Məhkəmə qərarları › İş №2(004)-737/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-737/2025

18.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-737/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneənin aradan qaldırılması və sair” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin olaraq İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, ərazinin boşaldılması, həmin ümumi istifadədə olan əraziyə o cümlədən pəncərəsinin qarşısına ağacın və ya hər hansı bir əşyanın qoyulmasının və oradan istifadə olunmasının cavabdehə qadağan edilməsi, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə də 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 86, "xxxx" MMC-yə məxsus yeni tikilidə ailəsi ilə birlikdə 5 ilə yaxın müddətdir ki yaşayırlar. Onunla eyni mərtəbədə yaşayan qonşusu Cavabdeh 1 ilə yaxındır ki, qeyd olunan mənzilə köçmüşdür. Mənzilə köçüb yaşamağa başladıqda yaşadıqları mənzil 3-cü mərtəbə olmaqla aşağısında çıxıntılı obyekt olduğu üçün pəncərələrinin qarşısında boş yer qaldığından, qonşusu mənzilin pəncərəsini sökərək oradan onların yataq otağı ilə üzbə üz qapı acdırmış və qeyd olunan sahəyə, hətta onun pəncərəsinin qarşısına şam ağacları düzərək həmin yeri özü üçün istirahət parkı etmişdir. Qeyd etdiyi kimi qonşusunun pəncərəsini sökərək yerinə qapı qoymasına görə təhlükəsizlik baxımından yataq otağının pəncərəsini acıq qoya bilməməyi, otağın havasının dəyişməsi və hətta otağına gün işığı düşməsinin qarşısını alınmışdır. Qonşusuna dəfələrlə müraciət edərək qeyd olunan halın ona narahatlıq yaratmasını, hətta sökdüyü öz pəncərəsinin qarşısında nə istəyir edə biləcəyini, evə gün işığının da düşmədiyini bildirib həmin halların aradan qaldırılmasını xahiş etsə də qonşusu buna məhəl qoymamışdır. Ona görə də məcbur olub müxtəlif dövlət orqanlarına müraciət etmiş, onun müraciətindən sonra qonşusunun çölə açdırdığı 3 qapının hamısı dəfələrlə tikilsə də, yenidən 1 qapını açdırmış və ona hara müraciət etsə də heç bir nəticəsi olmayacağını bildirmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı kameralarının yerinin dəyişdirilməsi, ona məxsus kondisionerin matorunun onun eyvanında yerləşən divardan götürülməsi və İddiaçı onun eyvanına rahat şəkildə daxil olmasının qarşısının alınması üçün onun pəncərəsinin önünün dəmir hasara alınması barədə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi, ərazinin boşaldılası və pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, guya o onun pəncərəsinin qarşısına şam ağacları düzəldərək həmin yeri özü üçün istirahət parkı etmişdir. İddia tələbi əsassızdır. Təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanın qarşısında yerləşən qeyri yaşayış sahəsi (eyvan) onun istifadəsinə verilmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, eyvanına şam ağacları düzdüyünə görə o, məcbur olub kamera yerləşdirmişdir. Ancaq o, şam ağaclarını o, kamera yerləşdirdiyinə görə düzmüşdür. O, guya onun yataq otağına baxdığını iddia edirdi. O da onun bu tələbinin əsassız olduğunu sübut etmək üçün onun pəncərəsinin önünə şam ağacları düzmək məcburiyyətində olmuşdur. İddiaçı iddia ərizəsində mülkiyyətindən istifadə edə bilmədiyinə görə əsəb yarandığını və nevroloji xəstəliklərlə bağlı mütəmadi müalicələr aldığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində onların qonşu olduqlarını qeyd edir, lakin o, ev 558-də, özü isə 560-da yaşayır. Yəni İddiaçı və o ayrı-ayrı binalarda yaşadıqlarına görə qonşu hesab edilə bilməzlər. Mübahisəli mənzildə ailəsi ilə birgə yaşayır. İddiaçı öz evinin künc hissəsinə kameralar yerləşdirərək onun və ailəsinin şəxsi həyatına müdaxilə edir və vidoe çəkilişlər aparır. Bu hərəkətlər artıq dözülməz vəziyyətə gəlib çatmışdır. Evlərində azyaşlı uşaqların şəkil və videolarını çəkərək üzərlərində qorxu yaradır. Onlar buna görə bütün gün pərdələri bağlı saxlamaq məcburiyyətində olurlar. Artıq özü və ailəsi təhlükəsizliklərinin təminatından narahatdırlar. Eyni zamanda İddiaçı evinin kondisionerinin motorunu ona məxsus olan qeyri yaşayış sahəsinin (eyvanın) divarına yerləşdirmişdir. Kondisioner hər dəfə xarab olduqda o əlində müxtəlif əşyalarla bəzən isə usta ilə, pəncərədən keçərək onun eyvanına daxil olur. Ailəsi onu eyvanlarında gördükdə hər dəfə qorxu keçirdir. Kondisionerin səsindən isə evdə oturmaq mümkün deyil. Hesab edir ki, İddiaçı nevroloji xəstəliyini nəzərə alaraq kameraların yeri dəyişdirilməli, kondisionerin matoru onun eyvanından götürülməli və İddiaçı onun eyvanına rahat şəkildə daxil olmasının qarşısı alınması üçün onun pəncərəsinin önü dəmir hasara alınmalıdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi nevroloji xəstəlikdən əziyyət çəkməsi və onun onun mülkiyyətində olan eyvana əlində müxətlif kəsici əşyalarla daxil olması onun və ailəsinin həyatı üçün təhlükə yaradır. Bu hal onun kameralarının yerinin dəyişdirilməsi, pəncərəsinin önünün dəmir hasara alınması üçün mütləqdir. İddiaçı təzminatla bağlı tələbi isə ümumiyyətlə əsasızdır, təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Qarşılıqlı iddianı qəbul etmir. Məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Qarşılıqlı iddianı qəbul etmir. Məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Hal-hazırda qarşı tərəf pəncərənin qarşısına ağaclar qoymuşdur. Kameranı dəyişmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir. Qarşılıqlı iddianı müdafiə edir. İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşı tərəfin pəncərəsinin önünə tərəflərindən heç bir əşya qoyulmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3 (Yeni qaydalarla: AZ 1122 Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 560, M3, m2) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) iddiaçı Cavabdeh tərəfindən istifadə edilməsinə, cavabdeh "xxxx" MMC tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli mülki iş üzrə yerli baxış protokolundan görünür ki, yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 7 saylı mənzilin qarşısında eyvan olduğu, həmin eyvana qapı açıldığı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən eyvana dibçək güllərinin və şam ağaclarının yerləşdirildiyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin mənzilinin bir pəncərəsinin həmin eyvana açıldığı, həmin pəncərənin üzərində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən kamera, həmçinin eyvanın divarında kondisionerin motorunun yerləşdirildiyi məlum olmuşdur. Yerli baxış zamanı digər mənzillərin qarşısında da qeyri-yaşayış sahələrinin (boş sahə) olduğu müşahidə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı, ünvan 4 ünvanında yerləşən mənzil isə Cavabdeh mülkiyyətindədir. Mübahisəli vəziyyətin aydınlaşdırılmasının təmin edilməsi məqsədilə müvafiq ünvanlara yerli baxış keçirilmiş, yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 7 saylı mənzilin qarşısında eyvan olduğu, həmin eyvana qapı açıldığı, Cavabdeh tərəfindən eyvana dibçək güllərinin və şam ağaclarının yerləşdirildiyi, İddiaçı mənzilinin bir pəncərəsinin həmin eyvana açıldığı, həmin pəncərənin üzərində İddiaçı tərəfindən kamera, həmçinin eyvanın divarında kondisionerin motorunun yerləşdirildiyi məlum olmuşdur. Hazırda İddiaçı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, ərazinin boşaldılması, həmin ümumi istifadədə olan əraziyə o cümlədən pəncərəsinin qarşısına ağacın və ya hər hansı bir əşyanın qoyulmasının və oradan istifadə olunmasının cavabdehə qadağan edilməsi, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə də 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh isə İddiaçı kameralarının yerinin dəyişdirilməsi, ona məxsus kondisionerin matorunun onun eyvanında yerləşən divardan götürülməsi və İddiaçı onun eyvanına rahat şəkildə daxil olmasının qarşısının alınması üçün onun pəncərəsinin önünün dəmir hasara alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin olaraq ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneənin aradan qaldırılması və sair” tələbinə dair ilkin iddia ərizəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilk iddia üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi sözügedən qətnamə ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə hüququ tanınmışdır. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh istifadə hüququnun tanındığı ərazidən istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi “"xxxx" MMC-yə məxsus Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 86 saylı mənzilin yataq otağının qarşısında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 7-də yaşayan qonşusu Cavabdeh tərəfindən pəncərənin yerinə açılmış qapıların bağlanması, cavabdehin onun yataq otağının pəncərəsinin qarşısında saldığı parkın onun hesabına sökülməsi, oradan istifadə olunmasının cavabdehə qadağan edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi yalnız “Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına ağac və ya hər hansı əşyanın yerləşdirilməsi ilk iddia üzrə Cavabdeh (ailə üzvlərinə) qadağan edilməsi” hissəsində təmin edilməlidir. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına Cavabdeh tərəfindən yerləşdirilmiş ağac və ya yerləşdiriləcək hər hansı əşya Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin mülkiyyətçisi İddiaçı mülkiyyət hüququnun keyfiyyətli şəkildə həyata keçirməsinə maneə yaradacaqdır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına hər hansı bir əşyanın yerləşdirilməsi müvafiq mənzilə günəş işıqlarının, havanın daxil olmasının qarşısını alacaqdır. Yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısında heç bir əşyanın olmadığı müşahid edilsə də, gələcəkdə yenidən Cavabdeh tərəfindən hər hansı bir əşyanın pəncərənin qarşısına qoyulması istisna edilmir. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, bir şəxsin ona tanınmış hüququnu həyata keçirməsi digər şəxsin hüquqlarına maneə yaradılması şəklində realizə edilə bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə hüququ tanınmasına baxmayaraq. O bu hüququndan sui-istifadə etməməli, digər mənzil mülkiyyətçisinin mülkiyyət hüququndan keyfiyyətli şəkildə yararlanmasının qarşısını almamalıdır. Məhkəmə ilk iddia üzrə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı mənəvi zərərlə əlaqədar tələbinin əsası kimi istinad etdiyi faktları (fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən faktları) təsdiq edə biləcək sübutları məhkəməyə tədim edə bilməmişdir. Bu baxımdan ilk iddia tələbi mənəvi zərərlə bağlı hissədə də rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddiası qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanıp müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə yerinin dəyişdirilməsi tələb edilən İddiaçı kameraları, o cümlədən eyvandan götürülməsi tələb edilən kondisionerin motoru İddiaçı özünün mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin divarına yerləşdirilmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, eyvandan götürülməsi tələb edilən kondisionerin motorunun qoyulduğu yerdən kənarda yerləşdirilməsi mümkün deyildir. İddiaçı tərəfindən quraşdırılmış kamera isə mülkiyyətçinin təhlükəsizliyinin təmin edilməsi vasitəsi kimi digər şəxslərin hüquqlarını pozmur. Bu baxımdan Cavabdeh tələbləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına ağac və ya hər hansı əşyanın yerləşdirilməsi ilk iddia üzrə Cavabdeh (ailə üzvlərinə) qadağan edilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162 ünvanında yerləşən 86 saylı mənzilin yataq otağının pəncərəsinin qarşısına ağac və ya hər hansı əşyanın yerləşdirilməsi ilk iddia üzrə Cavabdeh (ailə üzvlərinə) qadağan edilsin. İlk iddia qalan hissədə təmin edilməsin İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar