Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-816/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx xxxxxxx 2020-ci il tarixdə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında qeyd etmişdir ki, cavabdehlə ailəvi tanışlıq nəticəsində tanış olmuşdur. Nişan mərasimi olmuş və evlənmək üçün razılığa gəlmişlər. Ailəvi olaraq pandemiya ilə əlaqədar aralarında nikahı rəsmləşdirmişlər ki, pandemiya bitəndə toy edib evlilik həyatına başlasınlar. Lakin nikahı rəsmləşdirdikdən çox az vaxt sonra cavabdehlə miinasibətləri kəşkinləşmiş və ailənin qarşılıqlı razılığı əsasında ayrılmaq qərarına gəlmişlər. Nikahları sadəcə rəsmiyyətdə qalmış və formal xarakter daşıyır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X2 iddia tələbini qəbul edərək təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx xxxxxxx 2020-ci il tarixdə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması üçün iddiaçı tərəfin irəli sürdüyü əsaslar məhkəmədə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixində 1621 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-816/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-816/2021
29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver