Məhkəmə qərarları › İş №2(004)-901/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-901/2021

27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-901/2021 27.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əri X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində Dənizçilər poliklinikasının dəhlizində vəfat etmişdir. Hadisə yerinə gələn Bakı Şəhəri Təcili və X2 Stansiyasının 4 saylı bölməsinin verdiyi xəbərdarlıq vərəqəsində ölüm faktını təsdiq etmişdir. Ərizəçi Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamələrin verilməsini xahiş etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamələrin verilməsinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, AR MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün heab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin əri X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etmiş, onu Bakı şəhəri, Badamdar qəsəbəsində dəfn etmişdirlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun keçmiş qonşusudur. Ərizəçinin əri X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etmiş, onu Bakı şəhəri, Badamdar qəsəbəsində dəfn etmişdirlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən əri X1 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X2 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 05 saylı Arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1960-cı il təvəllüdlü X4 xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:55 radələrində Dəzinçilər Poliklinikasının dəhlizində öz əcəli ilə qəflətən rəhmətə getmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu və şahid ifadələri ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar