Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-940/2021 27.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndə və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2014cu il tarixdə 1 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən nikahları rəsmiləşdirilməklə ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 adında uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar, mübahisələr başlamışdır. O, ailəsinin dağılmasını istəməmiş, amma birlikdə yaşamaqları mümkün olmamışdır. Hazırda iddiaçı 5 (beş) aydır ki, övladları ilə birlikdə valideynləri ilə yaşayır. Cavabdeh həmin gündən ailəsinə baxmır və övladlarının maddi təminatını lazımınca yerinə yetirmir. Bu səbəbdəndə aliment tələbi ilə bağlı məhkəməyə müraciət edir və hesab edir ki, himayəsində olan uşaqları yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat aliment alınıb ona ödənilməlidir. Cavabdeh "Dənizçi" restoranında administrator vəzifəsində işləyir və onun gəliri tələb edilən alimenti ödəməyə imkan verir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından 2 övladları anadan olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2. İddiaçı və cavabdeh ayrı yaşayırlar. Uşaqlar faktiki olaraq, anasının himayəsindədir. Cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Ailə qanunvericiliyinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsaslı olduğundan, lakin cavabdehin gəliri ilə bağlı hissə əsaslandırılmadığından qismən təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün 175 manat aliment tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən aparılmalı və alimentin tutulması dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-940/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-940/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver