Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1086/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC və N.Turan MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC və N.Turan MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev4 m11a (yeni qaydalarla Nərimanov rayonu. Sahib Zeynalov küçəsi, 72D) ünvanında yerləşən, AR ƏMDK yanında DƏDRX-nin №1455041 çıxarışına əsasən tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan qeyri- yaşayış sahəsinin sahəsinin qəsdən dağıdılmasından əmlakıma dəymiş zərər müqabilində 325335 (üç yüz iyirimi beş min üç yüz otuz beş) manat təzminatın, dağıntılar altında qalıb məhv olmuş avadanlıqların və əmlakların dəyəri olaraq 10335 manat məbləğində dəymiş maddi zərərin, həmçinin qeyri-yaşayış sahəsindən əldə ediləcək gəlirlərin (söküntü nəticəsində əldən çıxmış faydanın) aylıq 1500 (bir min beş yüz) manat olmaqla və xx xxxxxxx 2020-ci il tarixindən hesablanmaqla məhkəmə qətnaməsi icra olunan tarixədək cavabdehdən tutulması və cavabdeh tərəfindən bu günə kimi qeyri hüquqi hərəkəti nəticəsində keçirdiyi çoxlu sarsıntı və iztirablara müvafiq mənəvi olaraq dəymiş ziyana görə 30000(otuz min )manat əlavə təzminat ödənilməsi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-1086/2021 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-512/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələblərinin birləşdirilməsinə etiraz etmədi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair 2(005)-512/2021 saylı mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC və N.Turan MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair 2(005)-1086/2021 nömrəli mülki işlə İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair 2(005)-512/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC və N.Turan MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair 2(005)-1086/2021 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair 2(005)-512/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1086/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1086/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver