Məhkəmə qərarları › İş №2(005)-1118/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1118/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1118/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci ildə Qazax rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.1976-cı ildə anadan olmuş, anası X8, atası isə Ərizəçi olmuşdur. Atasının anası X8 xx.xx.1951-ci ildə Qazax rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X2 xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında ürək çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardıma mərhum nənəsinin adına çağırış edilmiş, lakin 03:00 radələrində həkim gələnə qədər X8 vəfat etmişdir. Nənəsi poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında həkim şəhadətnaməsi ala bilməmişlər. Atası uşaqlıqdan, 1-ci qrup ömürlük əlildir. Nənəsinin atasından başqa yaxın qohumu yoxdur. Atası xəstəliyi ilə əlaqədar məhkəməyə müraciət edə bilmədiyindən, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum nənəsinin adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Təcili və X6 Stansiyasının 1 nömrəli Bölməsinin xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2020-ci il saat 03:0 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli evin 177 nömrəli mənzilinə X5 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 02854488 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-cı il təvəllüdlü Qazax rayonunda anadan olan X8 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur; AZ-İİİ 642203 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq ildə 222-B nömrə ilə qeyd edilmişdir. Atası X16 oglu, anası X14 qeyd olunmuşdur. İşdə olan xx.xx.1076-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi oglu, anası X8 qeyd olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X14 bildirmişdir ki, o, ərizəçinin anasıdır. X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X10 bildirmişdir ki, o, mərhum X5 bacısıdır. X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X5 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-cı il təvəllüdlü X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar