Məhkəmə qərarları › İş №2(005)-1182/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1182/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1182/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxx 2019cu il tarixli kredit müqaviləsi üzrə 92,45 (doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 12,30 (on iki manat otuz qəpik) manat məbləğində faiz borcu və 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 154,49 (bir yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X2 Təşkilatından illik 35% olmaqla 15 (on beş) ay müddətinə 599 (beş yüz doxsan doqquz) manat məbləğində kredit götürmüşdür. “FİNtrend” X2 Təşkilatı ilə “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxx 2019cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X2 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il dekabrın 15-dək Cavabdehnun banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 92,45 (doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 12,30 (on iki manat otuz qəpik) manat məbləğində faiz borcu və 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 154,49 (bir yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Fintrend” X2 təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 15 (on beş) ay müddətinə illik 35% ödəmək şərtilə 599 (beş yüz doxsan doqquz) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavənin məzmunundan görünür ki, Cavabdeh qeyd edilən müqavilənin şərtlərinə əsasən 15 (on beş) ay müddətinə hər ay 49,87 (qırx doqquz manat səksən yeddi qəpik) manat (sonuncu ay 49,94 (qırx doqquz manat doxsan dörd qəpik) manat) aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 599 (beş yüz doxsan doqquz) manat məbləğində kredit vəsaiti “FİNtrend” X2 Təşkilatı tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş “FİNtrend” X2 Təşkilatı ilə “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişin surətindən görünür ki, müvafiq sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X2 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehnun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 92,45 (doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 12,30 (on iki manat otuz qəpik) manat məbləğində faiz borcu və 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 154,49 (bir yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə hesablanmış ödənilməmiş borcun 5 (beş) gün müddətində qaytarılması, əks təqdirdə müvafiq iddia ərizəsi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi ilə bağlı bank cavabdeh şəxsi xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X2 Təşkilatından illik 35% olmaqla 15 (on beş) ay müddətinə 599 (beş yüz doxsan doqquz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh qeyd edilən müqavilənin şərtlərinə əsasən 15 (on beş) ay müddətinə hər ay 49,87 (qırx doqquz manat səksən yeddi qəpik) manat (sonuncu ay 49,94 (qırx doqquz manat doxsan dörd qəpik) manat) aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür. “FİNtrend” X2 Təşkilatı ilə “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X2 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il dekabrın 15-dək Cavabdehnun banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 92,45 (doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 12,30 (on iki manat otuz qəpik) manat məbləğində faiz borcu və 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 154,49 (bir yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 92,45 (doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 12,30 (on iki manat otuz qəpik) manat məbləğində faiz borcu və 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 154,49 (bir yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar