Məhkəmə qərarları › İş №2(005)-1188/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1188/2021

01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1188/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.1934-cü ildə Zəngilan rayon Macalı kəndində anadan olmuşdur. 2000-ci ilin əvvəllərindən ünvan 1 ünvanında məcburi köçkün kimi yaşamışdır. Ərizəçi, X8 oğludur. X3 xx xxxxxx 2020-ci il tarixində 86 yaşında vəfat etmişdir. Yaşlı adam olaraq uzun müddətdir ki. ürək dərmanı, göz dərmanı və prostalı ilə bağlı dərman qəbul edirdi. xx xxxxxx 2020-ci ildə təzyiqi qəflətən qalxaraq səhhəti pisləşmiş və onlar dərhal təcili tibbi yardım çağırmışdır. Həkim yoxladıqdan sonra müəyyən etmişdir ki, atası insult keçirmişdir. xx xxxxxx 2020-ci ildə gecə saat 9-10 radələrində səhhəti yenidən pisləşmiş və ailə üzvləri yenidən təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım briqadası 23-15 radələrində gəlmiş, həmin vaxt artıq atası vəfat etmişdir. Hadisə yerinə gələn TTTYS- nin 2 saylı bölməsinin həkimi atasının ölməsi faktı ilə bağlı onlara 940 nömrəli, xx.xx.2020-ci tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin vaxt evdə onun yanında qardaşları Bəşir Hətəmov, Zahid Hətəmov, ailə üzvləri və başqa yaxın qohumlar olmuşdur. Calal Hətəmovun ölüm haqqında şəhadətnamə alınaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Nərimanov Rayon Qeydiyyat şöbəsi 03 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ölümü təsdiq edən sənədin olmamasını əsas gətirərək atasının ölümünü qeydiyyata almaqdan imtina etmişdir. Qeyd etmək istəyir ki, vərəsəliklə bağlı münasibətləri nizamlamaq və dəfn üçün müavinət almaqdan ötrü atasının ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnaməni almaq onun üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi, X4nun ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi və qətnamənin icrasını Nərimanov rayona X1 Dövlət Qeydiyyat idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X12 ifadəsində mərhum şəxsin onun atası olduğunu, xx.xx.2020-ci il tarixdə vəfat etdiyini və 2-ci sovxoz qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid X13 ifadəsində mərhumun oğlu olduğunu, xx.xx.2020-ci il tarixdə gecə saat Bakı şəhərində vəfat etdiyini, 2-ci sovxoz qəbirstanlığında dəfn edildiyini təsdiqlədi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 03 №-li məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi X7 müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhər Sabunçu rayonu, Pirşağı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 517 №-li arayışından görünür ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, Pirşağı qəsəbə 2 saylı sovxoz qəsbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X5 Stansiyası Ölüm Haqqımda Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci ildə X6 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 01970438 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1934-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. İş materiallarında olan Zəngilan Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ 056472 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Zəngilan rayonunun Hacallı kəndində anadan olmuşdur. X4, anası X2r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1934-cü il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar