Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1268/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların övladları xx.xx.2005-ci il təvəllüdlü Həsənov Ömər Mahər oğlunun, xx.xx.2006-cı il təvəllüdlü X2 xx.xx.2018-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 549 saylı evə istifadə hüquqlarının itirlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehlərin və onların uşaqlarının heç vaxt onun evində yaşamadığını, başqa ünvanda yaşadıqlarını, habelə onun razılığı ilə evə qeydiyyata alındığını iddia ərizəsində qeyd etmişdir. Odur ki, İddiaçı mülkiyyətində olan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı inzibati orqana müraciət etməli, (Nərimanov RPİ) müraciətə imtina olunduqda isə həmin imtina əsasında inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə hüququnun itirilməsi tələbinə qarşı “mənzildən istifadə və yaşamaq hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılma tələbi”nə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1268/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1268/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver