Məhkəmə qərarları › İş №2(005)-1285/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1285/2021

17.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1285/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumun təyin edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumun təyin edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04.06.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Ərizəçi onun qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 04.06.1994-cü il təvəllüdlü X5 Ərizəçi qızıdır. Aynurə Əmiraslanovanın anadangəlmə əqli çatışmazlığı var. Artıq 26 ildir ki. ev şəraitində və ambulator qaydada çoxsaylı müalicələr almışdır. Daimi qulluğa ehtiyacı var, həyati vacib tələbatlarını yaxınlarının köməyi olmadan yerinə yetirə bilmir. O, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. ƏƏSMN yanında TSEK -nin 14.06.2013-cü il tarixli arayışından məlum olur ki, A.Əmiraslanovaya İ dərəcəli müddətsiz əlillik verilmişdir və əlilin başqasının köməyinə ehtiyacı vardır. Qeyd olunmalıdır ki, Ərizəçi xəstəyə tək qulluq edir. Aynurə Əmiraslanova xəstəliyi ilə əlaqədar özünü sərbəst idarə edə bilmir, ona görə də hazırki ərizənin verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X13 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Asan 1 tərəfindən verilmiş seriya AZE № 08568391 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04.06.1994-cü il tarixində Bakı şəhərində doğulmuş X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı 836355 nörmrəli, 03.04.2012-ci il tarixli Nixzami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.06.1994-cü il təvəllüdlü X5 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05.07.1994-cü il tarixində 1517 № ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 175624 nömrəli arayışının surətindən görünür ki, X4 birinci qrup əllik dərəcəsinə malikdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(005)- 1285/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizasının təyin edilmiş və Azərbaycan Respubdikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 593 saylı, 18.03.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 593 saylı, 18.03.2021-ci il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Ərizəçinin X2 üzərində qəyyum təyin edilməyinə münasibətdə məhkəmə bildirir ki, bununla bağlı məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. Bu səbəbdən də həmin hissədə ərizə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10.12.1991-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 04.06.1994-cü il tarixində ünvan 2 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar