Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1302/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası, X6 xx xxxxxx 2020-ci il tarixdə rəhmətə getmişdir. Atasının halı dəyişən kimi 1 saylı X9 çağırdıq. Lakin, 1 saylı Yardımçı Stansiyasının həkimləri gələnə atası dünyasını dəyişmişdir. Bu barədə 1 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Atam vəfat etdikdən sonra Sabunçu rayon Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn etmişlər. Atasının vəfat etmə vaxtının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsinə xx.xx.2021 -ci il taixli məktubu ilə ona ölüm haqında Tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müracitə etməyi göstərmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, mərhum X7 onun qardaşıdır. Şahidlik etmək istədiyi hal ondan ibarətdir ki, həqiqətən xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Mərhum uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. Təcili Tibbi yardım gələnə kimi X7 artıq vəfat etmişdi. Dəfnetmə mərasimində iştirak etmişdir. Kürdəxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ölüm faktının müəyyən edilməsi, ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması və gələcəkdə notarial hərəkətlətin aparılması üçün lazımdır. Məhkəmə iclasında X8 Azad oğlu bildirmişdir ki, ərizəçi onun dostudur. X1 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizəsnizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası 1 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 06:13da X7 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2020-cu ildə Sabunçu rayon Kürdəxanı qəsəbə qəbiristanlığında dəfn olunub. İş materiallarında olan 12 saylı MKİS tərəfindən verilmiş ******* saylı arayışın surətindən görünür ki, X7 Bakı şəhəri, F.Əhmədov küçəsi (köhnə adı Daş Karxanası) küçəsi, 542 saylı evdə qeydiyyatda olmuş və yaşammış. Təcili və X3 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İİ-ЖГ № 384095 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 349 № ilə qeydiyyat edilmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X7 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1302/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1302/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver