Məhkəmə qərarları › İş №2(005)-1304/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1304/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1304/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətullayeva Sevda Ramiz qızının katibliyi ilə, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1950-ci il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, vəfat edən X5 ərizəçinin qaynanasıdır. xx xxxx 1950-ci ildə Ağdaş rayonunun Yenicə kəndində doğulmuşdur. xx xxxxxx 2020-ci ildə vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardıma müraciət edilmiş və həmin gün vəfat etmişdir. Ərizəçi qaynanasını həmin gün Ağdaş rayonunun Yenicə kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Bundan sonra ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə məktubla ərizəçiyə bildirmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər onda ölüm haqqında tibbi şəhdətnamə yoxdursa bu halda ərizəçi ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməldir. Ərizəçi bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadəsində bildirmişdir ki, Əzimə xanım onun xalasıdır. O, şəkər xəstəsi idi. Vəfat edəndə sümük vərəmi var idi. O, öz evində, Zabrat-2 qəsəbəsində vəfat edib. Ağdaş rayonu, Yenicə kəndində dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X12 ifadəsində bildirmişdir ki, mərhum onun xalasıdır. O, keçən il vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Ağdaş rayonu, Yenicə kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. ASAN 5 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE seriyalı № 16784817 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu, Ləki kəndində anadan olmuş X8 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev.26, m.129 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE seriyalı № 02854098 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə Ağdaş rayonunda, anadan olmuş X5 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev.26, m.129 ünvanında qeydiyyatdadır. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli nikah haqqında akt qeydinə əsasən xx.xx.1979-cu il tarixdə X2 ilə X10 nikah bağlandıqdan sonra 08 nömrəli akt qeydi tərtib edilmişdir. xx xxxxx 2006-cı il tarixli AZ-İ 221914 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi ilə X8 ilə X6 xx.xx.2006-cı il tarixdə nikahları bağlanmışıdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Abdulrəhimova” soyadı verilmişdir. 17.12.2.2020-ci il tarixli, 201159 nömrəli etibarnamənin surətindən görünür ki, ərizəçinin əri X8 məhkəmə orqanlarında onu təmsil etməyi, adından imza etməyi və s. Ərizəçi xx.xx.2021-ci il tarixədək etibar etmişdir. xx.xx.1982-ci il tarixli Vİİİ-ЖГ 447501 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə doğulmuş atası X2 anası isə X4r. Bakı şəhəri Təcili və X9 Stansiyası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:20-də X3 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Bakı Şəhəri Maraqlı şəxs 190 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. ИЕ 467947 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1950-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində doğulmuşdur. Bakı şəhər Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 312 nömrəli məktubda qeyd edilmişdir ki, işin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanının olmadığına görə işə cavabdehin iştirkaı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1950-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə vəfat edib. xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, Yenicə kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qaynanasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 xx.xx.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü, Ağdaş rayonunda anadan olmuş X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar