Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1326/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətullayeva Sevda Ramiz qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1956-cı il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhumə X5 ərizəçinin anasıdır. 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2020-ci il tarixdə ərizəçinin anası Babayeva Nərgizin vəziyyəti ağırlaşdı və X13 gələnə qədər o vəfat etmişdir. X11 həkimi ondan mövcud vəziyyət ilə əlaqədar covid-19 testi götürülmüş və üç gün sonra xx.xx.2020-ci il tarixdə testin cavabı pozitiv çıxmışdır. Ərizəçinin anası Babayeva Nərgiz həmin gün (xx.xx.2020) Bakı şəhəri Bakıxanov qəbirstanlığına apararaq orada dəfn edilmişdir. Bundan sonra ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı Şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxsndən ərizəçiyə rəsmi qaydada bildirlmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər onda ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda onlar ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlidirlər. Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışıdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, rəhmətə gedən onun anasıdır. O, xx xxxxxx 2020-ci il tarixində coronavirus xəstəliyindən vəfat edib. Əvvəldən qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Onu Sabunçu rayonu, Bakıxanov qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında iştirak etmiş digər şahid X2 ifadəsində bildirmişdir ki, mərhum onun həyat yoldaşı idi. O, xx xxxxxx 2020-ci il tarixdə səhər vəfat etmişdir. Əvvəldən qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Onu Sabunçu rayonu, Bakıxanov qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında iştirak etmiş digər şahid X6 ifadəsində bildirmişdir ki, mərhum onun anası idi. O, xx xxxxxx 2020-ci il tarixində coronavirus xəstəliyindən vəfat edib. Əvvəldən qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Onu Sabunçu rayonu, Bakıxanov qəbirstanlığında dəfn ediblər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli Azərbaycan Respublikası şəxisyyət vəsiqəsindən görünür ki,Ərizəçi xx.xx.1984-cü ildə doğulmuşdur. Bakı şəhər Mənzil Komunal Təsərüfatı Departamentinin 2 saylı xüsusi təyinatlı mənzil kommunal təsüraffatı birliyinin 116 saylı mənzil-kommunal istismar sahəsinin 84 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 1984-cü il tarixdə doğulmuş və həqiqətən o, Ə.Əliyev küçəsi 69 saylı evin 45 nömrəli mənzilində pasport qeydiyyatındadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE seriyalı № 13399388 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da X1 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuş atası X2 anası isə X3r. Bakı Şəhəri Maraqlı şəxs 04 saylı xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. xx.xx.2021-ci il tarixli 13 nömrəli Sabunçu Bələdiyyəsinin arayşından görünür ki, verilir Ərizəçi ondan ötrü ki, onun anası 1956-cı il təvəllüdlü X5 həqiqətən xx.xx.2020-ci il tarixində Sabunçu qəsəbəsi “Bakıxanov Müsəlman qəbirstanlığı”nda dəfn olunmuşdur. Bakı şəhər Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 309 nömrəli məktubda qeyd edilmişdir ki, işin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanının olmadığına görə işə cavabdehin iştirkaı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə vəfat edib. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Bakıxanov qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 xx.xx.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1326/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1326/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver