Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1362/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi iştirakı ilə, Ərizəçinun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1971-ci il təvəllüdlü X4 Bakı şəhəri, Zabrat qəsəbəsi, 5-ci məhəllə küçəsi, 13D nömrəli evdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1971-ci təvəllüdlü X3 ünvan 1 ünvanda yaşayırdı. X3 qara ciyər sirrozu qida borusu venalarından qanaxma nəticəsində Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmiş və xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Qusarçay kənd qəbirstanlığında dəfn edilmişdir. X2 ölüm haqqında şəhadətnamə almaq üçün yaşadığı ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin şöbənin xx xxxxxx 2021-ci il tarixli 12 nömrəli cavabında göstərilmişdir ki, 106 nömrəli həkim arayışı olmadan ölüm haqqında akt qeydiyyatı aparıla bilməz. Belə halda ona yaşadığı yerin məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. X1 ölüm faktının müəyyən edilməsi ona qeydiyyatda olduğu ünvan 1 nömrəli evdən qeydiyyatdan çıxarılması üçün lazımdır. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, xx xxxxxx 1971-ci il təvəllüdlü bacısı X4 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2021-ci oil tarixli 511 nömrəli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Qusarçay kənd sahə xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli arayışının məzmunundan görünür ki, xx xxxxxx 1971-ci təvəllüdlü Bakı şəhəri sakini X10 həqiqətən qara ciyər sirrozu qida borusu venalarından qanaxma nəticəsində Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmişdir; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Maraqlı şəxs onun X1 ölümünün qeydiyyata alınması barədə xx xxxxxx 2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Xaçmaz Rayon Qusarçay kənd VVAQ Şöbəsinin 580503 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxxx 1960-cı il tarixdə Xamçaz rayonu Qusarçay kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1960-cı il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. X6, anası hüseynova Gülcahan Səfər qızı qeyd edilmişdir; Xaçmaz Rayon Qusarçay kənd VVAQ Şöbəsinin 167050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1971-ci il tarixdə Xamçaz rayonu Qusarçay kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 1971-ci il tarixdə 108 nömrə ilə qeyd edilmişdir. X6, anası hüseynova Gülcahan Səfər qızı qeyd edilmişdir; Xaçmaz Rayon Qusarçay kənd VVAQ Şöbəsinin 288271 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 arasında xx xxxxxxx 1989-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxx 1989cu il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mövsümova soyadı verilmişdir; Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli 1139 nömrəli arayışının məzmunundan görünür ki, mərhum X9 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmişdir; Xaçmaz rayonu Qusarçay bələdiyyəsinin xx xxxxxx 2021-ci il tarixli 41 nömrəli arayışının məzmunundan görünür ki, mərhum X9 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmiş və Qusarçay kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X16 bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Onun bacısı X9 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmiş və Qusarçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X13 bildirmişdir ki, o da ərizəçi şəxsin qonşusudur. Onun bacısı X9 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmiş və Qusarçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X4 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1971-cı il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1362/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1362/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver