Məhkəmə qərarları › İş №2(005)-1392/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1392/2021

08.04.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1392/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi Azərbaycan Respublikası X14 Komitəsi yanında X12 Auksion Mərkəzinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası X14 Komitəsi yanında X18 Auksion Mərkəzinin (maraqlı şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi) “nəqliyyat vasitəsinin sahibsiz hesab olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası X14 Komitəsi yanında X12 Auksion Mərkəzi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülkiyyətçisinin olmadığı müəyyən edilmiş və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası X14 Komitəsi yanında X18 Auksion Mərkəzinə təhvil verilmiş «Ford Tranzit» markalı nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" qanunvericiliyin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Tranzit" markalı nəqliyyat vasitəsi saxlanılmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından, onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobil xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin təhvil-təslimi barədə Akt" əsasında X14 Xidmətinin yanında X12 Auksion Mərkəzinə təhvil verilmişdir. Nəqliyyat vasitəsi hazırda X12 Auksion Mərkəzinin faktiki sahibliyindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş “Ford Tranzit” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisinin müəyyən edilməməsi, həmin avtomobilin əvvəlki sahibinin ondan imtina edərək onu atması qeyd edilən nəqliyyat vasitəsinə sahiblik etməyə başlamış dövlətin (onun adından X14 Xidmətinin yanında X12 Auksion Mərkəzinin) onun üzərində mülkiyyət hüququnun tanınması üçün əsasdır. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası X14 Komitəsi yanında X12 Auksion Mərkəzinin nümayəndəsi X11 ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Yusif Yusifov oğlu tərəfindən tərtib edilmiş nəqliyyat vasitəsinin təhvil-təslimi barədə aktın məzmununu aşağıdakı kimidir: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X4, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, İqtisadiyyat Nazirliyi yanında X14 Xidməti X12 Auksion Mərkəzinin baş məsləhətçisi vəzifəsində çalışan X6, xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, ev 385 ünvanında yaşayan, X20 MMC-nin qiymətləndirici mütəxəssisi vəzifəsində çalışan X3 iştirakları ilə ondan ötrü ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” qanunvericiliyin icrasını təmin etmək məqsədi ilə DİN-in BMCMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılan sahibsiz “Ford Transit" markalı nəqliyyat vasitəsinin mühafizəsi və həmin nəqliyyat vasitəsi ilə bağlı aidiyyəti qərar qəbul edilməsi məqsədi ilə aşağıdakı göstəricilər üzrə nəqliyyat vasitəsinin təhvil təslimini həyata keçiririk”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərara əsasən toplanmış material üzrə şəxslərin əməllərində cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyinə görə barələrində cinayət işinin başlanması rədd edilmiş, “Ford Transit" markalı nəqliyyat vasitəsinin mühafizəsi və həmin nəqliyyat vasitəsi ilə bağlı aidiyyəti qərar qəbul edilməsi məqsədi ilə avtomobil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X14 Xidməti X12 Auksion Mərkəzinə təhvil verilməsi qərara alınmışdır. Qərarla müəyyən edilir ki, “araşdırma zamanı X2 izahatında göstərmişdir ki, o, fəhləliklə məşğul olub ailəsini dolandırır. O, təxminən 3-4 il olar ki, Rəsul (***-***-**-**) adlı şəxsi tanıyır. Rəsul onun bildiyinə görə təsərrüfatlara dərmanlar satmaqla məşğul olur. Rəsul xx.xx.2020-ci il tarixdə ona zəng edib demişdir ki, bir maşın gələcək onu həyətdə saxlamaq lazımdır. Rəsul həmçinin ondan üstündə 1500 manat pulunun olub-olmadığını soruşmuşdur. O, üstündə pulunun olmadığını demişdir. Belə olanda o, Rəsula maşını həyətində saxlaya biləcəyini bildirmişdir. Həmin gün axşam saatlarında evakuatorun üstündə Ford markalı avtomobil gətirib onun evinin qarşısında saxlamışlar. Evakuator sürcüsündən əlavə başqa maşında bir nəfər adını sonradan bildiyi Təravət Hacıyev adlı şəxs də gəlmişdir. O, həyətin qapısını açdıqdan sonra evakuator içəri girib maşını həyətə düşürmüşdür. Təravət adlı şəxs ondan pul ödəməli olduğunu dedikdə o, pulunun olmadığını demişdir. Bundan sonra evakuator sürücüsü ilə Təravət özləri söhbət edib çıxıb getmişlər. Maşın isə həyətdə qalmışdır. Avtomobilin üzərində hər hansı dövlət nömrə nişanı olmamışdır. O, avtomobilin kimə məxsus olub-olmadığını bilməmişdir. O, ancaq Rəsulu tanıyır və sonuncunun xahişi ilə avtomobili öz həyətində saxlamışdır. Sonradan polis əməkdaşları yaşadığı həyətə gəlib avtomobillə birlikdə onu BMCMl-nə aparmışlar. Araşdırma zamanı X7 izahatında göstərmişdir ki, özünə məxsus olan “Hyundai Elantra” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Bildirdiyinə görə əmisi X10 öz ailəsi ilə birlikdə Quba rayonunda yaşayır. Əmisi oğlu Dəmrəl Hacıyev hərbi qulluqçu olduğunda görə ölkədə baş vermiş hərbi vəziyyət ilə əlaqədar olaraq döyüş bölgəsinə getmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə xidmətdədir. Əmisi və onun ailə üzvləri ilə yaxın münasibəti yoxdur. Lakin xx xxxxxx 2020-ci il tarixdə əmisi Telman onunla əlaqə saxlayaraq Dəmrəlin onunla danışdığını, “Ford Transit” markalı avtomobili Bakı şəhərinə gətirmək lazım olduğunu demişdir. Əvvəlcə həmin avtomobilin Goranboy rayonu ərazisində olduğunu, sonradan isə Daşburun yaxınlığında olduğunu demişdir. Bunun müqabilində 1500 manat pul verəcəyini də qeyd etmişdir. O, da avtomobilin Bakı şəhərinə gətirilməsi üçün əvvəllər Günəşli qəsəbəsində onunla qonşuluqda yaşamış İbrahim adlı şəxs ilə əlaqə saxlamışdır. İbrahimə bütün məsələni izah etmişdir. İbrahimə isə işdən sonra 1000 manat pul verəcəyini demişdir. İbrahim də onunla razılaşmışdır. Həmin ərəfələrdə əmisi tez-tez onunla əlaqə saxlayaraq avtomobilin nə yerdə olmasını soruşmuşdur. O, da buna görə bir neçə dəfə İbrahimlə telefon vasitəsilə əlaqə saxlamışdır. İbrahimlə telefonda danışan zaman sonuncu ona bu işin 1000 manata alınmayacağını demişdir. O da bu barədə əmisinə demiş və 2000 manat göndərməsini istəmiş, əmisi də razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixində İbrahim ilə əlaqə saxlamış və birlikdə Maştağa qəsəbəsində görüşmüşlər. İbrahim ona avtomobilin yeri barədə dedikdən sonra əmisi ilə əlaqə saxlayaraq avtomobilin aparılacağı ünvanı soruşduqda əmisi ona Həmid adlı şəxsin onunla əlaqə saxlayacağını və avtomobili onun evinin həyətinə aparılacağını demişdir. O, da yoldan evakuator saxlamış və Həmid adlı şəxs ona zəng etdikdə evakuator ilə avtomobili deyilən ünvana aparmışdır. Sonra isə əmim ona “Sirk”-in yanına getməsini istəmiş və orada ona pulun veriləcəyini demişdir. O, da əmisinin dediyi kimi həmin ünvana getmiş və bir nəfər tanımadığı şəxs onun avtomobilinə əyləşərək 2000 manat pul vermişdir. Bundan sonra isə Maştağa qəsəbəsinə “Məmmədyarov” dairəsi adlanan ünvana tərəf getmişdir. Orada İbrahimlə görüşmüş və iş üçün danışdıqları 1000 manat pulu vermişdir. Onun deməsinə görə avtomobilin kimə məxsus olduğunu bilməmiş, sadəcə olaraq əmisi bugün işin görülməsi üçün ondan xahiş etdiyinə görə köməklik etmişdir. Araşdırma zamanı X8 izahatında göstərmişdir ki, iki ildir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə müddətdən artıq hərbi qulluqçu hazırki vəzifəsində xidmət edir. Deməsinə görə 2-ci Qarabağ müharibəsi vaxtı o, xüsusi təyinatlı bölüyün müddətdən artıq hərbi qulluqçusu olmaqla digər xidmət yoldaşları ilə birlikdə Hadrut istiqamətdə döyüşlər zamanı onlar düşmənlərə məxsus işğaldan azad edilən evlərdə axtarış aparmışlar. O, axtarış zamanı Hadrutda bir qarajda “Ford Tranzit” markalı avtomobil olduğunu görmüşdür. Həmin vaxt onların Kamaz markalı avtomobillərinin təkərinə qəlpə dəymişdir. Bu səbəbdən o, həmin “Ford Tranzit” markalı avtomobillə xidmət yoldaşlar ilə birlikdə Daşkəsən rayonuna gəlmişlər, onlar avtomobili Daşkəsənin ermənilərdən azad edilən hərbi hissəsində saxlamışlar. Bundan sonra müharibə davam etdiyinə görə o, yenidən cəbhə bölgəsinə qayıtmışdır. Təxminən 1 aydan sonra müharibə bitdidiyinə görə o, Dəmrəl Hacıyev hərbi qulluqçu olduğunda görə ölkədə baş vermiş hərbi vəziyyət ilə əlaqədar olaraq döyüş bölgəsinə getmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə xidmətdədir. Əmisi və onun ailə üzvləri ilə yaxın münasibəti yoxdur. Lakin xx xxxxxx 2020-ci il tarixdə əmisi Telman onunla əlaqə saxlayaraq Dəmrəlin onunla danışdığını, “Ford Transit” markalı avtomobili Bakı şəhərinə gətirmək lazım olduğunu demişdir. Əvvəlcə həmin avtomobilin Goranboy rayonu ərazisində olduğunu, sonradan isə Daşburun yaxınlığında olduğunu demişdir. Bunun müqabilində 1500 manat pul verəcəyini də qeyd etmişdir. O, da avtomobilin Bakı şəhərinə gətirilməsi üçün əvvəllər Günəşli qəsəbəsində onunla qonşuluqda yaşamış İbrahim adlı şəxs ilə əlaqə saxlamışdır. İbrahimə bütün məsələni izah etmişdir. İbrahimə isə işdən sonra 10C0 manat pul verəcəyini demişdir. İbrahim də onunla razılaşmışdır. Həmin ərəfələrdə əmisi tez-tez onunla əlaqə saxlayaraq avtomobilin nə yerdə olmasını soruşmuşdur. O, da buna görə bir neçə dəfə İbrahimlə telefon vasitəsilə əlaqə saxlamışdır. İbrahimlə telefonda danışan zaman sonuncu ona bu işin 1000 manata alınmayacağını demişdir. O da bu barədə əmisinə demiş və 2000 manat göndərməsini istəmiş, əmisi də razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixində İbrahim ilə əlaqə saxlamış və birlikdə Maştağa qəsəbəsində görüşmüşlər. İbrahim ora avtomobilin yeri barədə dedikdən sonra əmisi ilə əlaqə saxlayaraq avtomobilin aparılacağı ünvanı soruşduqda əmisi ona Həmid adlı şəxsin onunla əlaqə saxlayacağını və avtomobili onun evinin həyətinə aparılacağını demişdir. O, da yoldan evakuator saxlamış və Həmid adlı şəxs ona zəng etdikdə evakuator ilə avtomobili deyilən ünvana aparmışdır. Sonra isə əmim ona “Sirk”-in yanına getməsini istəmiş və orada ona pulun veriləcəyini demişdir. O, da əmisinin dediyi kimi həmin ünvana getmiş və bir nəfər tanımadığı şəxs onun avtomobilinə əyləşərək 2000 manat pul vermişdir. Bundan sonra isə Maştağa qəsəbəsinə “Məmmədyarov" dairəsi adlanan ünvana tərəf getmişdir. Orada İbrahimlə görüşmüş və iş üçün danışdıqları 1000 manat pulu vermişdir. Onun deməsinə görə avtomobilin kimə məxsus olduğunu bilməmiş, sadəcə olaraq əmisi bugün işin görülməsi üçün ondan xahiş etdiyinə görə köməklik etmişdir. Araşdırma zamanı X8 izahatında göstərmişdir ki, iki ildir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə müddətdən artıq hərbi qulluqçu hazırki vəzifəsində xidmət edir. Deməsinə görə 2-ci Qarabağ müharibəsi vaxtı o, xüsusi təyinatlı bölüyün müdətdən artıq hərbi qulluqçusu olmaqla digər xidmət yoldaşları ilə birlikdə Hadrut istiqamətdə döyüşlər zamanı onlar düşmənlərə məxsus işğaldan azad edilən evlərdə axtarış aparmışlar. O, axtarış zamanı Hadrutda bir qarajda “Ford Tranzit” markalı avtomobil olduğunu görmüşdür. Həmin vaxt onların Kamaz markalı avtomobillərinin təkərinə qəlpə dəymişdir. Bu səbəbdən o, həmin Ford Tranzit markalı avtomobillə xidmət yoldaşları ilə birlikdə Daşkəsən rayonuna gəlmişlər, onlar avtomobili Daşkəsənin ermənilərdən azad edilən hərbi hissəsində saxlamışlar. Bundan sonra müharibə davam etdiyinə görə o, yenidən cəbhə bölgəsinə qayıtmışdır. Təxminən 1 aydan sonra müharibə bitdidiyinə görə o, Beyləqan rayonunun Daşburun adlanan ərazisində olarkən həmin “Ford Tranzit” markalı avtomobilin yolun kənarında saxlandığını görmüşdür. Yaxınlaşıb baxdıqda avtomobilin Hadrutdan götürülən avtomobil olduğunu tanımışdır. O, avtomobilin kim tərəfindən gətirildiyini bilməsə də ətrafına baxmış və ora gətirilib atılıb gedildiyini başa düşmüşdür. O, oradan atasına zəng etmiş və avtomobilin Bakı şəhərinə aparılması üçün adam tapmasını tapşırmışdır. Atası da da əmisioğlu Təravətə tapşırmışdır ki, adam tapsın maşını Beyləqandan götürsün. Bundan sonra Təravət ona zəng edib adam tapdığını və avtomobilin Bakıya gətirilməsi üçün 1500 manat pulun tələb olunduğunu bildirmişdir. Təravətin dediyinə görə həmin pul evkuator və avtomobili gətirən şəxslərin zəhmət haqqına verilməli olmuşdur. Sonradam Təravət yenidən zəng edib demişdir ki, avtomobili yolda saxlayıblar, əlavə 500 manat pul verilməlidir. O, Təravətə demişdir ki, nə xərc çıxsa versin o, gəlib özü həmin pulu qaytaracaqdır. Təxminən dekabr ayının 22-23-ü tarixlərində o, Təravətlə görüşüb 2000 manat pulu sonuncuya vermişdir. Deməsinə görə onun məqsədi atası yaşlı adam olduğundan avtomobili kəndlərində yük daşımada istifadə etmələri üçün göndərmək olmuşdur. O, səhvini başa düşdüyünü və avtomobillə bağlı heç bir tələbimin olmadığını bildirmişdir” göstərilmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 323.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 323.3. Daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizə, dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan tərəfindən həmin əşyanın olduğu yerin məhkəməsinə verilir. 324.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. 324.2. Daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə vaxt sahibsiz kimi uçota götürüldüyü göstərilməli, habelə mülkiyyətçi tərəfindən həmin əşya üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir. 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. 326.3. Məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Ford Tranzit” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi yoxdur, həin avtomobil müvafiq hüquq mühafizə orqanları tərəfindən aşkar edilməklə onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobil xx.xx.2020ci il tarixli “Nəqliyyat vasitəsinin təhvil-təslimi barədə Akt" əsasında X14 Xidmətinin yanında X12 Auksion Mərkəzinə təhvil verilmişdir. Yuxarıda göstərilən hallar əmlakın sahibsiz hesab edilməsi üçün əsas var. Azərbaycan Respublikası Mülk Məcəllənin 184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır.( 184.2.) Mülki qanunvericilyin qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, “Ford Tranzit” markalı nəqliyyat vasitəsinin sahibsiz sayılması başqa şəxsin hüquqlarını pozmur, əmlakın mülkiyyətçisi yoxdur. Buna görə də, ərizə tmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası X14 Komitəsi yanında X18 Auksion Mərkəzinə təhvil verilmiş «Ford Tranzit» markalı nəqliyyat vasitəsinin sahibsiz hesab edilməli və dövlət mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317- 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası X14 Komitəsi yanında X18 Auksion Mərkəzinə təhvil verilmiş «Ford Tranzit» markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. Nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar