Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-147/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 baxıma ehtiyacı olduğu üçün qəyyumu olaraq təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. X2 15.05.2002-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Hər ikisi Bakı şəhəri Nərimanov rayonu X17 prospekti ev 118 mənzil 60 da yaşayır. X2 Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X4 “kvadroplegik spastik serebral iflic psixi və nitq inkaşfına kobud geriliyi” diaqnozu ilə qeydiyyatdadır. Uşaqlıqdan anası qəyyum olmuşdur. Lakin hazırda imtina edərək ona həvalə etmişdir. O psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini ifadə edə bilmir. Ona görə də onun qəyyum kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissyasından ona şifahi olaraq bildirilmişdir ki, qardaşının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də ərizəçi Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; 06.03.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. ASAN 1 tərəfindən verilmiş 05.11.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Ərizəçi xx.xx.2000-ci ildə, Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. ev.118, m. 60 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş 30.01.2019-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 18550002 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X7 15.05.2002-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. ev.118, m. 60 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş 05.07.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 13585956 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X6 04.06.1963-cü ildə Qazax rayonu, Kəmərli kəndində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. ev.118, m. 60 ünvanında qeydiyyatdadır. İ-AZ№154853 nömrəli 22.07.2000-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə doğulmuşdur. X3 anası isə X9r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 784 nömrə ilə qeyd edilmişdir. İ-AZ№270976 nömrəli 08.07.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15.05.2002-ci il tarixdə doğulmuşdur. X3 anası isə X9r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 851 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri İcraHakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Depatamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal İstismar Sahəsinin 43 nömrəli 19.02.2020-ci il tarixli arayışından görünür ki, X6 ondan ötrü ki, o həqiqətən F.X.Xoyski küçəsi 118 saylı evin 60 nömrəli mənzilində yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tibbi-Sosial Ekspert Komissyasında sonuncu müayinə barədə məlumatdan görünür ki, 15.05.2002-ci il təvəllüdlü X7 11.07.2019-cu il tarixli diqanoza əsasən F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, əqli inkşafdan kəskin geri qalır, yaddaşı və intellekti aşağıdır, təfəkkürü konkretdir, davranışı pozulub. Qeyri-adekvatdır, neqativdir, aqressivdir,hərəkət dayaq aparatı pozulub, USİ-nin qalıq əlamətləri qeyd olunub. Yerişi məhduddur, qıcolma tutmaları qeyd olunur. Yanaşı xəstəliklər kvadroplegik spastik serebral iflic, hərəkət dayaq aparatı pozulub, USİ-nin qalıq əlamətləri qeyd olunub. Əqli inkşafdan geri qalır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə İdarəsinin Uşaq Nevroloji Xəstəxanasının 18.06.2019-cu il tarixli 490 nömrəli rəyindən görünür ki, 15.05.2002-ci il təvəllüdlü X1 spastik serebral iflic, psixi və nitq inkişafının kobud geriliyi diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X15 24.04.2021-ci il tarixli 889 saylı rəyindən görünür ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən 24.04.2021-ci il tarixli, 889 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X5 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 15.05.2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.05.2002-ci il təvəllüdlü X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-147/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-147/2021
26.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver