Məhkəmə qərarları › İş №2(005)-1479/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1479/2021

16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1479/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, mərhum X4 onun yoldaşı olmuşdur. O, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə yoldaşının vəziyyəti ağırlaşmış və onlar X11 zəng etmişlər, lakin tibbi yardım gələndə artıq yoldaşı vəfat etmişdir. 21 dekabrda yoldaşını Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, xx xxxxxx 1968-ci il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X2 ifadəsində mərhumun atası olduğunu, ürək xəstəsi olduğunu və xx.xx.2020-ci il tarixdə qəflətən vəfat etdiyini bildirdi. Məhkəmə iclasında şahid X5 ifadəsində atası Raufun ürək tutmalarından əziyyət çəkdiyini, xx.xx.2020-ci il tarixdə qəflətən vəfat etdiyini bildirdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 22 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhər Pirallahı rayonu, Gürgən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02 №-li arayışından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı Nikah Evi qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİ-JQ №li 381785 saylı, xx.xx.1993-cü il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 ilə X7 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 1346 saylı akt qeydi tərtib olunmuş, ərə Tarverdiyev, arvada Tarverdiyeva soyadı verilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X3 Stansiyasının 1 saylı bölməsinin 247№-li xx.xx.2020-ci il tarixli sorğuya cavabından görünür ki, xx.xx.2020-ci il tarixli 22:14-də İsaqzadə 1, m.1 ünvanına X4 adına çağırış daxil olmuşdur. Çağırışı 1 saylı bölmənin həkimi Məşədiyeva L. Tərəfindən yerinə yetirilmiş, həkimə qədər ölüm və kişi cinsli meyid müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər Ərizəçi, X5 və X2 aktı ondan ötrü tərtib etmişdir ki, Tarverdiyev Rauf xx.xx.2020-ci il saat 22:14-də öz əcəli ilə ailə üzvlərinin qarşısında dünyasını dəyişmişdir. Ölüm faktının təsdiqlənməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhər Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2020ci il tarixli, 122 №-li arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, Şüvəlan qəsbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı 18587838 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar