Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1487/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oglunun və İddiaçı4 cavabdehlər İddiaçı5 və Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oglu və İddiaçı4 cavabdehlər İddiaçı5 və Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı5 təkrar götürdüyü kredit məbləği ilə bağlı iddiaçı şəxslər tərəfindən imzalanmamış kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, vergi ödəyicilərinin məlumatlarının elektron çıxarışının surətindən görünür ki, cavabdeh Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanıdır. Digər cavabdeh İddiaçı5 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 127A ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh şəxslərin hüquqi və qeydiyyat ünvanları başqa rayon aidiyyəti olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı şəxslərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, cavabdeh Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 və digər cavabdeh İddiaçı5 qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 127A olduğundan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oglunun və İddiaçı4 iddiasına ərazi aidiyyəti baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oglunun və İddiaçı4 cavabdehlər İddiaçı5 və Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçı şəxslərə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oglunun və İddiaçı4 cavabdehlər İddiaçı5 və Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ogluna və İddiaçı4 aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1487/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1487/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver