Məhkəmə qərarları › İş №2(005)-1504/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1504/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1504/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş həyat yoldaşı Abdinova Ellada Möhübbət qızının xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş həyat yoldaşı Abdinova Ellada Möhübbət qızı onun həyat yoldaşıdır. Həyat yoldaşı ölən günə qədər Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi döngə 2, ev 1, ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Abdİnova Ellada Möhübbət qızı ömrünün son günləri xəstə olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə onun səhhəti qəfil pisləşmiş və onlar evə təcili yardım çağırmış sonuncu təcili yardım gələndə həyat yoldaşı keçinmiş, bu barədə ərizçiyə arayış verilmişdir. Mərhum xx xxxxxx 2021-ci il tarixdə Şüvəlan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə dəfn mərasimi səbəbi ilə vaxt olmadığından, onun ölüm haqında şəhadətnaməsini almaq barədə heç bir orqana müraciət etməmişlər. Lakin Maraqlı şəxs gedərək, yoldaşının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Maraqlı şəxsndən həyat yoldaşı Abdinova Ellada Möhübbət qızının ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyisi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid Abdinov Möhübbət Boli oğlu məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Abdinova Ellada Möhübbət qızı onun qızı olmuşdur. Uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi döngə 2, ev 1, ünvanda yaşayırdı, Ərizəçi onun həyat yodaşıdır. xx xxxxxx 2021-ci il tarixdə qızının vəziyyətinin pisləşdiyini bildirdilər. Təcili yardım da çağrılmışdır. Lakin təcili yardım gələndə artıq qızı ölmüşdür. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid Abdinov Emin Möhübbət oğlu məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Abdinova Ellada Möhübbət qızı onun bacısı idi. Uzun müddət idi ki, xəstəliyi ilə bağlı müalicə alırdı. xx xxxxxx 2021-ci il tarixdə vəfat etmişdir. Atası da, özü də hüzrdə, dəfn mərasimində iştirak etmişdilər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı Maraqlı şəxs tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır; xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı Maraqlı şəxs tərəfindən verilmiş AZE seriyalı 17209674 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Abdinova Ellada Möhübbət qızı ünvan 3 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə saat 08:13 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn həkim L.Marina 1982-ci il təvəllüdlü Abdinova Ellada Möhübbət qızının vəfat etməsini qeyd etdi; Azərbaycan Respublikası Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2021-ci il nömrəli, 25 saylı arayışından görünür ki, mərhum Abdinova Ellada Möhübbət qızı xx.xx.2021-ci il tarixdə Şüvəlan qəbirstanlığında dəfn olunmuşdur; Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli, 05/Q-252-15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Abdinova Ellada Möhübbət qızı Ərizəçi arvadıdır. Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Abdinova Ellada Möhübbət qızı xx.xx.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı Bakı ünvan 3 ünvanında vəfat etmişdir. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə Abdinova Ellada Möhübbət qızının ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Abdinova Ellada Möhübbət qızının xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Abdinova Ellada Möhübbət qızının xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi 4 saylı Maraqlı şəxs Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar