Məhkəmə qərarları › İş №2(005)-1509/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1509/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1509/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Mikayılova (Əmirova) Könül Mikayıl qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mikayılova (Əmirova) Könül Mikayıl qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3008/2020 saylı icra vərəqəsi (qətnaməsi) ilə cavabdehlə birgə nikahdan doğulmuş dörd uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin məbləğinin bir uşağa nisbətdə 100 manat məbləğində azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin qeydiyyatının İmişli rayon Xəlfəli kəndi olduğunu bildirərək mülki işin aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Mikayılova (Əmirova) Könül Mikayıl qızının qeydiyyat ünvanı İmişli rayonu, Xəlfəli ərazi dairəsi Xəlfəli kəndidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Mikayılova (Əmirova) Könül Mikayıl qızının qeydiyyat ünvanı İmişli rayonu, Xəlfəli ərazi dairəsi Xəlfəli kəndi olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı cavabdeh Mikayılova (Əmirova) Könül Mikayıl qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar