Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1558/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, 3000 manat məbləğində pulun tutularaq İddiaçı3 ödənilməsi, 15.000 manat məbləğində pulun tutularaq İddiaçı1 İsgəndər qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 aprel 2021-ci il tarixli məhkəmə iddiaçılara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq zəruri sənədin ərizəyə əlavə edilməsi üçün vaxt vermiş, bu səbəbdən 28 aprel 2021-ci il tarixdə saat 11:40-a təyin edilmiş və tərəflər məlumatlandırılmışdır. 28 aprel tarixli məhkəmə iclasına tərəflər gəlməmiş və zərurui sübutları təqdim etməmişlər. Məhkəmə iclası barədə yenidən saat 31.05.2021-ci il saat 10:30-dək vaxt müəyyən edilməklə iddiaçı tərəfə sübutu təqdim etmək vəzifəsi izah edilmiş, bu barədə tərəfə bildiriş göndərilmiş, lakin təyin edilən vaxta iddiaçı tələb olunan sənədlərin əsillərini təqdim etməmiş və məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 9.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə bağlı iş materiallarında olan sənədlərin əsillərinin məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq üzrsüz səbəbdən iştirak etməmişdir. Bu hal isə iddia ərizəsinin baxılmamış saxlanılması üçün birbaşa əsasdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalı, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia verməklə iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1558/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1558/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver