Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1571/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətullayeva Sevda Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölümün faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölümün faktının müəyyən edilməsi tələbi” ərizə ilə məhkəməyə müraciət edərək X9 oğlunun xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçinin qardaşı X8 xx.xx.2020-ci ildə vəfat etdikdə həmin gün Nizami rayonu, 8 km qəbirsanlığında dəfn olunmuşdur. Onun vəfat etməsi Təcili və X4 Stansiyasının xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq olunmasına baxmayaraq, Bakı ş. Nərimanov Rayon Qeydiyyat məktubunda göstərərək, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçinin qardaşı X7 qeyd olunan tarixdə vəfat etməsi Təcili və X4 Stansiyasının xx.xx.2020-ci il tarixli arayışından başqa Nizami rayonu, 8 km, Qəbirstanlığının xx.xx.2021-ci il tarixli 29 saylı arayışı ilə də təsdiq olunur. X7 vəfatı ilə əlaqədar ölüm haqqında şəhadətnamə hüquqi əhəmiyyətə malik olan vacib sənəd olduğundan və qardaşı X7 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Aslanov Rövşən Feyruz oğlu izahatında bildirmişdir ki, Samir onun uşaqlıq dostu idi. O, qarabağ qazisi idi. Samir 8-ci km qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X1 izahatında bildirmişdir ki, mərhum onun dostu idi. O, dekabrın 14-də vəfat etməmişdn əvvəl Cavidə səhhətinə görə zəng vurmuş və o da təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gələnə qədər Samir vəfat etmişdir. Cavid dəfndə iştirak etmişdir. 8-ci km qəbirstanlığında Samir dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuşdur. Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:35-də X7 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Bakı Şəhəri Maraqlı şəxs 29 saylı xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. XV-ЖГ 266040 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 38 saylı Mənzil-Kommunal İstismarı sahəsinin xx.xx.2021-ci il tarxili arayışından görünür ki, Ərizəçi A.Məmmədov küçəsi 28 nömrəli evin 7 nömrəli mənzilində pasport qeydiyyatındadır. xx xxxxxx 2016-cı il tarixli AZ-T 016583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 694 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx xxxxxx 2021-ci il tarixli 9 nömrəli arayışından görünür ki, Ərizəçi ondan ötəri ki, həqiqətən onun qardaşı X3 rayonu, 8 km qəbistanlığında xx xxxxxx 2020-ci il tarixdə dəfn olunduğu qeyd edilmişdir. Bakı şəhər Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 312 nömrəli məktubda qeyd edilmişdir ki, işin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanının olmadığına görə işə cavabdehin iştirkaı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X8 xx.xx.2020-ci il tarixdə vəfat edib. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 km qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X7 xx.xx.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cüi il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X7 (şəxsiyyət vəsiqəsi nömrəsi: AA0624735, fin kod: 49KC35X) xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1571/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1571/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver