Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1661/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi oglunun iştirakı ilə, Ərizəçi oglunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oglu maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və ölüm şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X4 xx.xx.1973-cü il tarixində Bakı şəhərində anadan olmuş və ünvan 1 m. 32 ünvanında xx xxxxxxxx 2020-ci il tarixədək yaşamışdır. xx xxxxxxxx 2020-ci il tarixində günorta saatlarında qardaşının halı son dərəcədə pisləşdiyindən və yaranmış vəziyiyyətlə bağlı təcili tibbi yardıma zəng vurulmuş, lakin həkim briqadası gələnə qədər qardaşımın həyatım xilas etmək mümkün olmamışdır. Qardaşı həmin tarixdə saat 16:00 radələrində ölmüşdür. Ölüm faktı Təcili və X3 Stansiyası tərəfindən təsdiq edilmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə qardaşının dəfnetmə mərasimi Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşmiş qəbiristanlığında həyata keçirilmişdir. O, qardaşına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydasının 8.5 bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsinin imkanları xaricində olduğunu şifahi bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Hazırda qardaşının ölüm haqqında şəhadətnaməsinin olmamasına görə, bir sıra sənədləşdirmə işlərinin həll edilməsinə çətinlik yaranmışdır. Ərizəçi oglu tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi oglu məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan şəxsiyyət vəsiqəsinin surətindər görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 Bakı şəhəri Nərimanov rayonu Mayakovski küç.ev 15 mənzil 32-də qeydiyyatda olmuşdur. Bakı şəhəri Təcili və X3 Stansiyasının xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il saat 16:00 radələrində Bakı şəhəri, Mayakovski küç.ev 15 mənzil 32-yə X2 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm (kişi cinsli ölüm) diaqnozu qoyulmuşdur; Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; İşdə olan Sabunçu Bələdiyyəsinin 17 saylı, xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakıxanov Müsəlman Qəbristanlıgında dəfn edilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X5 və X6 bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı X4 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2020-ci il tarixdə Bakıxanov Müsəlman Qəbristanlıgında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X2 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1661/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1661/2021
07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver