Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1722/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 250 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixində rəsmi nigaha daxil olmuşdur. Bu nigahdan xx.xx.2013 doğumlu X5 doğulmuşdur. Ailə qurduğu gündən bu günə kimi ailədəki, kənar müdaxilələrin və cavabdehin öz əməlləri sayəsində səngimək bilməyən şiddətli keçimsizlik səngimir. O 10 ildir artıq səbr edir, hər bir ləyaqətli azərbaycanlı qadını kimi ailəni qorumağa çalışsa da, maddi və mənəvi yoxsulluğa dözüb, səsini çıxarmasa da, fiziki və mənəvi şiddətə məruz qalmışdır. Artıq can güvənliyi və uşağının aldığı mənəvi trvamdan yorulmuşdur. Aradakı şiddətli keçimsizlik qonşuları da rahatsız edir. Vicdan sahibi hər kəs iddiaçı üçün narahatlıq keçirir ki, əvvəl axır fiziki şiddət sayəsində ya əlində öləcək, ya da fiziki sağlamlığı ciddi şəkildə zədələnəcək. Dəfələrlə ölümünə döyülsə də, boğulsa da, mentalitetin qadına biçdiyi ayıb donuna görə Polisə müraciət etməmiş, yaralarını gizli sağaltmışdır. Cəmiyyətdə adi hal alan qadın ölümləri siyahısında adının hallanmağını istəmədiyi üçün, 10 il səbr etdiyi, bir dəfə boşanma ərəfəsində barışığa razı olduğu, dəfələrlə xətirlər üçün, kimsəsizliyi üçün, bağışladığı insan düzəlmədi. Hər dəfəsində ondan böyük şiddət tətbiq etdi, övladının gözü önündə, dəfələrlə uşaq gecə qışqırıb oyanıb, körpə canı ilə iddiaçını onun əlindən almağa çalışıb. Filmlərdə şahid olduğu əsərlərdə oxuduğu təxəyyül məhsulu saydığı şiddətli ailə fonunu iddiaçı 10 ildir öz həyatında canlı yaşayır. Çoxları buna şahiddir. Bu insanda “öfkə kontrolsuzluğu’ var. Dəfələrlə mütəxəsisdən müalicə al deyilsə də, vecinə almayıb. Həmin anda bəlkədə 2 döyüşçü, qoluzorlu kişi elə zərbələr endirməz ki, bu insan o fonda savaşır. Vurduğu yumruqlardan başında şiddətli ağrılar yaranıb. Bilərəkdən hər dəfə qəsdən zərbələrini başına endirir. Mənəvi şiddət isə vaxtsız itirdiyi valideynlərini hər addımbaşı təhqir etməsi, bacılarının, körpə bacısı qızının ünvanın söylədiyi dilə alınmayan təhqir edici söyüşlər bütün mənəviyyatını alçaldır. Kimsəzilik, arxasızlığ və ən əsası gedəcək çox məharətlə istifadə edir. Lakin artıq o anlayır ki, əzilib, əksildikcə 7 yaşlı oğlunun psixikası günügündən pozulur. Uşaq hər gün anasının bu gün döyülmədi və ya döyüləcək qorxusu ilə yaşayır. İddiaçı istəmir ki, onun çarəsizliyi ucbatından oğlu gələcəyin travmalı vətəndaşı kimi formalaşsın. Onun sağlam təfəkkürdə, cəmiyyətə yararlı vətəndaş kimi yetişdirmək istəyir. Zədələnmiş sağlamlığı da,buna daxildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini, məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZ-İİİ № 150473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olub. Atası Cavabdeh və anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixdə akt qeydləri kitabında qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X7, X6, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ № 866446 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2011-ci il tairxdə nikahları bağlanmış və bu barədə xx.xx.2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 270 nömrə ilə qeyd edilmişdir. İsmayıllı RPŞ tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 İsmayıllı rayonu, Mican kəndində qeydiyyatdadır. ASAN 1 tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəh, Nərimanov ray, Montin y/s İ.Hidayətzadə küç, 20 A, m.93 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmədə iddiaçının və cavabdehin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx xxxx 2013-cü il təvəllüdlü X5 doğulmuş, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşağları isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması vaxtı xx.xx.2021-ci il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1722/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1722/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver