Məhkəmə qərarları › İş №2(005)-200/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-200/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-200/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq? MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X11. xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının 1/2 hissəsində alimentin İddiaçı xeyrinə tutulması, eyni zamanda birgə nikah dövründə əldə edilmiş Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF-PARK" (hazırki Abşeron City yaşayış kompleksi) yaşayış massivi, 240-B saylı binadakı ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzil və Xırdalan şəhəri, Heydər Əliyev prospekti. “AAAF-PARK" (hazırki Abşeron City yaşayış kompleksi) yaşayış massivi, 240-B (hazırki 240D) saylı binadakı ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi üzərində 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi 240, “Kristal ünvan 1 ünvanında yerləşən ev birgə nikah dövründə əldə edildiyindən, həmin evin tərəflərin paylarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, İddiaçı mülkiyyətində olmaqla Cavabdeh icazəsi və xəbəri olmadan satılmış “Toyota RAV-4” minik markalı, 90PU625 (indiki dövlət qeydiyyat nişanı 90PF347) dövlət qeydiyyat nişanlı avtomobilin real bazarı müəyyən edilməklə satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin və lazer aparatının alınmasına xərclənmiş pul məbləğinin 1/2 hissəsinin cavabdehdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olmuş, 2013-cü il buraxılışlı, qara rəngli, mühərrik B112103, Ban JTMREREV40D009813 olan, "Toyota Rav 4" markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısmdan əldə edilmiş 35000 manat məbləğin ½ hissəsinə, uyğun olaraq 17500 manat və lazer aparatının dəyəri olaraq "xxxx" MMC-nə ödənilmiş 12321.07 manat məbləğin ½ hissəsi 6160 manat pul vəsaitinin və ödənilmiş 160 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı birgə nikah dövründə əldə edilmiş mübahisəli 2013-cü il buraxılışlı, qara rəngli, mühərrik Bİ 12103, Ban JTMREREV40D009813 olan, “Toyota Rav 4" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı, daha sonra lizinqə götürülməsi barədə izahat vermədiyindən, avtomobillə bağlı aparılmış əməliyyatlar DİN BDYPİ-nin və "xxxx" MMCnin müvafiq vəkil sorğularına cavablarından sonra müəyyən edildiyindən, qarşılıqlı iddia tələbinin məhkəmə baxışı iclasında dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iş materillarında olan DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13- 16/2-15985/2023 saylı məktubu ilə müəyyən edilmişdir ki, X2 Aslan Mətləb oğlu ilə birgə nikahda olduğu müddətdə, mübahisələndirilən 2013-cü il buraxılışlı, qara rəngli, mühərrik B112103, Ban JTMREREV40D009813 olan, "Toyota Rav 4" markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə cavabdeh İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Həmin avtomobil hər hansı lizinq şirkətində lizinqdə və ya girovda olmamışdır. Cavabdeh həmin avtomobilin alınması üçün ödənilməli olan məbləğ olaraq 24000 ABŞ dolları Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək avtomobil İddiaçı istifadəsində olmuş və sonuncu avtomobili satmaq istəməsi barədə Cavabdeh hər hansı məlumat verməmişdir. Cavabdeh 15 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmiş, bundan sonra İddiaçı "xxxx" MMC-dən lazer aparatı lizinqə götürmək istədiyini, lazer aparatını lizinq obyekti kimi qeydiyyata alınmanın mümkün olmaması səbəbindən, avtomobili formal olaraq "xxxx" MMC-ə lizinqə qoyduğunu, lazer aparatına görə aylıq 1450 manat ödənilməli olduğunu bildirmişdir. Lakin lazer aparatına dair lizinq müqaviləsinin hansı qaydada rəsmiləşdirilməsindən qarşılıqlı iddia üzrə iddiaçının məlumatı olmamışdır. Lakin, iş məhkəmənin icraatında olduğu dövrdə DİN BDYPİ-nin xx.xx.2023- cü il tarixli 3-13-16/2- 15985/2023 saylı məktubu ilə və "xxxx" MMC tərəfindən vəkil sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2018-ci il tarixli, A462 saylı alqı-satqı satqı müqaviləsinin surətini əldə etdikdən sonra müəyyən edilmişdir ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş mübahisəli "Toyota Rav 4"' markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili 35000 manata "xxxx" MMC-nə satmışdır. Həmin avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmasından məlumatı olmadığından, avtomobilin alqı-satqısına da onun tərəfindən hər hansı razılıq verilməmişdir. Daha sonra, avtomobilə dair alqı-satqı müqaviləsi bağlandığı tarixdə, xx.xx.2018-ci il tarixli eyni ilə alqı-satqı müqaviləsinin nömrəsi ilə A462 saylı daxili lizinq müqaviləsi əsasında avtomobilin guya İddiaçı bacısı Əfəndiyeva (İslamova) Leyla Rza qızı tərəfindən lizinqə götürülməsinə dair müqavilə bağlanmış, lakin avtomobil xx.xx.2018-ci il tarixdən daimi olaraq İddiaçı istifadəsində olmuş və Cavabdeh lazer aparatının dəyəri olaraq aylıq 1450 manat olmaqla, "xxxx" MMC-ə aylıq ödənişləri ödəmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 0115/23 saylı məktuba cavab olaraq verilmiş xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsi ilə də mübahisəli avtomobilin dəyəri 35000 manat məbləğində qiymətləndirilmiş, ilkin ödəniş olaraq 10200 manat hesablanmaqla, 24800 manat lizinq predmetinin dəyəri olaraq aylıq 1413 manat hesablanmaqla 33904 manat ödənilməli olmasına dair ödəniş cədvəli tərtib edilmişdir. Eyni zamanda, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ödənilmiş məbləğlərə dair arayışda göstərilmişdir ki, guya X12 tərəfindən 7695.07 manat ödənilmişdir. Lakin, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 0089/23 saylı məktubda göstərilmişdir ki, qeyd olunan avtomobilə dair X9 avtomobilə dair hər hansı etibarnamə verilməmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Buradan isə belə müəyyən edilir ki, X12 ilə formal olaraq müqavilə bağlanmış, ödənişlər də Cavabdeh tərəfindən ödənilmiş, avtomobil də daim İddiaçı istifadəsində olmuşdur. Mübahisəli avtomobilə dair X10 ilə lizinq müqaviləsi bağlanmasından, məhkəmə araşdırması zamanı məlumatı olmuşdur. Daha sonra, xx.xx.2020-ci il tarixdə yenidən "xxxx" MMC ilə İddiaçı arasında eyni həmin A462 nömrəsi ilə daxili lizinq müqaviləsi bağlanmış, lizinq predmeti olan mübahisəli avtomobil 2020-ci ildə müqavilə bağlanarkən də 35000 manat məbləğində qiymətləndirilmiş, avtomobilin X7 adında lizinqdə olduğu ödənişlər hesablanmaqla, ödənilməmiş 8482 manat lizinq ödənişi aylıq 836 manat olmaqla 12 ay müddətinə ümumilikdə 10021.59 manat ödənilməli olmasına dair ödəniş qrafiki tərtib edilmişdir. Buradan da aydın olur ki, dəyəri 35000 manat qiymətəndirilmiş avtomobilə dair 8482 manat lizinq ödənişinin hesablanması, qalan ödənişlərin X7 dövründə ödənilmiş məbləğlərin hesablanması, sonuncu ilə lizinq müqaviləsinin formal olaraq bağlanmasım təsdiq edir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 10021.59 manat ödənilmişdir. Daha sonra, "xxxx" MMC ilə X12 arasında daxili lizinq müqaviləsi bağlanan zaman, müqavilədə öhdəlik götürən şəxs qismində çıxış edən X5 ilə "xxxx" MMC arasında bağlanmış təhvil-təslim aktına əsasən avtomobil X3 adına qeydiyyata alınmış, avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək ** HV *** olmuş, həmin tarixdə eyni ilə xx.xx.2021-ci il tarixdə X5 ilə "xxxx" MMC arasında yenidən alqı-satqı müqaviləsi bağlanaraq, avtomobilə "xxxx" MMC-də lizinqdə olduğu ** PU *** dövlət qeydiyyat nişanı verilmişdir. xx.xx.2021-ci il tarixdən də xx.xx.2021-ci il tarixinədək qeyd edilən avtomobil İddiaçı tərəfindən "xxxx" MMC-dən lizinqə götürülmüş və xx.xx.2021-ci il tarixdə artıq başqa şəxsə satılmışdır. Birgə nikah dövründə əldə edilmiş avtomobilin ilkin olaraq dövlət qeydiyyat nişanı ** SJ *** dən ** PU *** nömrəsi ilə əvəzlənməsi barədə məlumatı olmuş, avtomobilə dair digər əməliyyatlar, addan-ada keçirmələr, hansı səbəbdən baş verməsi, bir neçə dəfə mülkiyyətçinin dəyişməsi, lizinq şirkətinin "xxxx" MMC-dən "xxxx" MMC-ə dəyişdirilməsi barədə hər hansı məlumatı olmamışdır. Sonradan, xx.xx.2021-ci il tarixdə avtomobilin artıq İddiaçı tərəfindən idarə olunmadığını gördükdə, avtomobilin özgəninkiləşdirilməsi barədə məlumatı olmuşdur. Eyni zamanda, lizinqə götürülmüş lazer aparatı da cavabdeh İddiaçı külli miqdarda pul borclu olduğu şəxslər tərəfindən əlindən alındığını bilmişdir. Cavabdehlə münasibətlərinin pozulmasına və boşanmasına səbəb də məhz cavabdehin Cavabdeh məlumat vermədən, yalan məlumat verməklə bir çox şəxslərdən borc pul alması, qaytarmaması, avtomobili və lazer aparatını sataraq pulunu Cavabdeh məlum olmayan yerlərə xərcləməsi olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3297/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması” barədə tələbi üzrə mülki işin ayrıca icraata ayrılması, İddiaçı Cavabdeh qarşı “cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə 2(005)-3297/2022 nömrəsinin saxlanılması, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsi, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi qərara alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxılır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinə uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən əsaslıdır və və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2014-cü il tarixli İH/B-B(b)/043 saylı mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindı inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzili Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə həmin mənzilin dəyəri olan 84660 manat pulu "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli İH/-A(b)/0033 saylı mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindı inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə həmin əmlakın dəyəri olan 10000 manat pulu "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İcbari sığortaya müqaviləsinə dair məlumatlardan çıxarışdan müəyyən olunur ki, “Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasına dair “sığortalı” İddiaçı "xxxx" ASC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubuna əlavə olunmuş çıxarışdan müəyyən olunur ki, “Toyota RAV- 4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi ilə İddiaçı mülkiyyətinə keçmişdir. Həmin Avtomobil xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixdən AE130703 nömrəli şəhadətnamə ilə "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixdən BB177389 nömrəli şəhadətnaməyə əsasən “Toyota RAV-4” minik markalı, 90PF347 dövlət qeydiyyat nişanlı avtomobil nömrə və qeydiyyat şəhadətnaməsinin dəyişməsi ilə bağlı "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli, A462 nömrəli daxili lizinq müqaviləsinə əsasən "xxxx" MMC Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobili satıcıdan əldə etməyi, X7 istifadəsinə verməyi, X12 isə müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. X7 ilkin öhdəliyi 24800 manat müəyyən edilir. xx.xx.2018-ci il tarixli, A462 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı “Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə satmağı, "xxxx" MMC isə həmin əmlakın dəyəri olan 35000 manat pulu İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli A462 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən “öhdəlik ötürən” X12 “lizinq verən” "xxxx" MMC-nin razılığı ilə A462 saylı daxili lizinq müqaviləsio üzrə bütün hüquq və öhdəliklərini, borcunu “Öhdəlik götürən” İddiaçı verir və İddiaçı da bütünlüklə qəbul edir. Lizinqin müddəti xx.xx.2020-ci il, lizinq verənin mükafatı maliyyələşdirilən məbləğin illik 32 fazidir. Lizinq müqaviləsinin bitmə müddətinin uzadılması barədə xx.xx.2020-ci il tarixli A462 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən A462 saylı X8 2.1-ci bəndi dəyişdirilərək müqavilənin bitmə müddəti daha 12 ay, uzadılır və xx.xx.2021-ci il təyin edilir. xx.xx.2021-ci il tarixli öhdəliyin ötürülməsi haqqında A462 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən “öhdəlik ötürən” İddiaçı “lizinq verən” "xxxx" MMC-nin razılığı ilə A462 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu “Öhdəlik götürən” X4 verir və X5 da bütünlüklə qəbul edir. Lizinqin müddəti xx.xx.2021-ci il, lizinq verənin mükafatı maliyyələşdirilən məbləğin illik 32 faizdir. xx.xx.2021-ci il tarixli ALİZ-00220-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" MMC “Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ ilə əldə etməyi və İddiaçı müvəqqəti istifadəsinə və sahibliyinə verməyi, İddiaçı isə həmin avtomobili lizinqə qəbul etməyi və lizinq ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” X5 “Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMCnin mülkiyyətinə verməyi, "xxxx" MMC isə əmlakın dəyəri olan 40000 manat pulu X4 ödəməyi öz öhdəsinə götürüb. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı maddi vəziyyətinin pisləşdiyini əsas gətirərək, xx.xx.2021-ci il tarixli ALİZ-00220-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ALİZ-00220-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsinin xitamına dair xx.xx.2021-ci il tarixli sazişdən müəyyən olunur ki, İddiaçı “Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-yə verməyi, "xxxx" ASC xx.xx.2021-ci il tarixli ALİZ-00220-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan İddiaçı borcunu güzəşt edir. xx.xx.2021-ci il tarixli ALİZ- 00220-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsinə xitam verilir. Beləliklə mülki iş materiallarından aydın olur ki, tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər birgə nikahda olduqları dövrdə, xx.xx.2016-cı il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindı inşa edilmiş 240- B saylı binada ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair, xx.xx.2014-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindı inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzilin alqı-satqısına dair Cavabdeh və "xxxx" MMC arasında müqavilələr bağlanmışdır. xx.xx.2018-ci il tarixdə isə İddiaçı tərəfində alqı-satqı müqaviləsi ilə “Toyota RAV-4” minik markalı, 90PU625 dövlət qeydiyyat nişanlı avtomobil satın alınmışdır. Bu avtomobil daha sonra bir neçə dəfə mülkiyyətçi dəyişdikdən sonra xx.xx.2021-ci il tarixli sazişlə İddiaçı və "xxxx" MMC arasında olan lizinq müqaqviləsinə xitam verilmiş və İddiaçı həmin tarixdən sonrakı ödənişləri güzəşt olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ərarvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür” Beləliklə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur.Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumsiyasını müəyyən edir. Bu o deməkdir ki:

1. birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur;

2. birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır;

3. hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır(məhkəmə qərarı və s.) Məhkəmə qeyd edir ki, ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyətdir. Ərarvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olamsı zəruridir: a)əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b)əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ərarvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindı inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsinin və Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindı inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzilin tərəflərin birgə nikahda olduqları dövrdə alındığı iş materialları ilə sübut olunduğundan həmin əmlaklar üzərində hər iki tərəfindən bərabər hissələrdə pay hüquqları tanınmalıdır. Məhkəmə “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi 240, “Kristal ünvan 1 ünvanında yerləşən evdən tərəflərin paylarının müəyyən edilməsi” hissəsində ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi 240, “Kristal ünvan 1 ünvanında yerləşən evdən payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, bu hissədə iddia tələbinin əsaslı olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki iş üzrə toplanmış heç bir materialla həmin evin mövcudluğu və bu evin nikah dövründə əldə edilməsi təsdiq olunmur. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi 240, “Kristal ünvan 1 ünvanında yerləşən evdən tərəflərin paylarının müəyyən edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Toyota Rav 4" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən 35000 manat məbləğində pul vəsaitinin yarısının qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmasına tutulmasına münasibətdə məhkəmə hesab edir ki, nə qədər ki alqısatqı müqaviləsinin etibarlılığı, alıcının vicdanlılığı, hüquqa zidd əməlin mövcudluğu məhkəmə araşdırmasının predmeti olmamışdır, tələb alqı-satqı müqaviləsindən əldə edilən vəsaitə münasibətdə təmin edilməlidir. Nəqliyyat vasitəsinin tərəflərin ümumi birgə mülkiyyəti olması işn mübahisəsiz halı olduğundan, tərəflərin ümumi birgə mülkiyyətdəki payları bərabər olduğundan nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait də tərəflərin ümumi birgə mülkiyyətidir. Belə olan halda nəqliyyat vasitəsinin satışından əldə olunan vəsaitin yarısı, yəni 17500 manat məbləğində pul ilkin iddia üzrə iddiaçıdan tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia ərizəsinin qalan hissəsi – lazer aparatının dəyəri olaraq 12321.07 manat məbləğin ½ hissəsinin tutulması barədə tələbə münasibət bildirərək qeyd edir ki , bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi lizinq ödənişlərinin cavabdehdən tutulması barədə tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından qarşılıqlı iddia tələbinin ikinci hissəsi əsaslı sayıla və təmin edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, sözügedən lazer aparatının mövcud olması, həmin aparata görə lizinq ödənişlərinin ödənilməsi ilə bağlı hər hansı sübut məhkəməyə qədim edilməmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsinin və Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzilin ½(ikidə bir) hissəsində İddiaçı, ½(ikidə bir) hissəsində Cavabdeh payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir; qarşılıqlı iddia qismən təmin edilməli, cavabdehdən 17500 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya; qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı Mətləb qızının ilkin iddia üzrə Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” (Absheron City) yaşayış massivində inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsinin və Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” (Absheron City) yaşayış massivində inşa edilmiş 240-B saylı binada ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzilin ½ (ikidə bir) hissəsində İddiaçı, ½ ( ikidə bir) hissəsində Cavabdeh payı müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mətləb qızına qarşı “pul” tələbinə dair ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 17500 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver