Məhkəmə qərarları › İş №2(005)-2002/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2002/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2002/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMQBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-in cavabdehlər Cavabdeh1, X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMQBKT-nin cavabdehlər Cavabdeh1, X3 qarşı borcun tutulması qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3197.00 AZN, faiz borcuna görə 678.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 3875.00 (üç min səkkiz yüz yetmiş beş manat) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-ınn xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3085,00 AZN, faiz borcuna görə 290.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 3375.00 (üç min üç yüz yetmiş beş manat) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-ınn xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-ci il tarixli, **********1933 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 30.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 (üç min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 199 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Məhkəmə iclasında İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-in nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbini dəqiqləşdirimə barədə ərizənin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, X3 məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 27 may 2021-ci tarixli iclasında Cavabdeh1, iddia tələbini qəbul edərək, bildirdi ki, pandemiya ilə əlaqədar borclarını ödəyə bilməmişdir. Ona ödənişlər üçün vaxt lazımdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli, **********1933 saylı kredit müqaviləsindən görünür ki, borcluya istehlak məqsədləri üçün illik 30.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 (üç min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli **********1***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəymiş zərərin əvəzinin ödənilməməsinə görə Bank qarşısında tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29.12.2019-cu il tarixli, **********1933 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 3197 manat əsas borcu, 678 manat faiz borcu yaranmışdır. İş materiallarında olan 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29.12.2019-cu il tarixli, **********1933 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 3085 manat əsas borcu, 290 manat faiz borcu yaranmışdır. İş materiallarında olan 29.12.2019-cu il tarixli kreditvermə qəbzindən görünür ki, Cavabdeh1 3500 manat məbləğində borc verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 29.12.2019-cu il tarixli, **********1933 saylı kredit müqaviləsinə əsasən « “FİNCA Azerbaijan” MMQBKT tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün illik 30.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. 29.12.2019--cu il tarixdə «FİNCA Azerbayjan» X4 Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında **********1***-******* nömrəli zaminlik müqaviləsi bağlanmış. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəymiş zərərin əvəzinin ödənilməməsinə görə Bank qarşısında tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM kredit məbləğini Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Həmçinin zamin Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər iki cavabdeh müştərək qaydada iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3085 manat, 290 manat faiz borcu, cəmi 3375.00 (üç min üç yüz yetmiş beş ) manat məbləğində borcun və 30 manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3085 manat, 290 manat faiz borcu, cəmi 3375.00 (üç min üç yüz yüz yetmiş beş ) manat məbləğində borcun və 30 manat dövlət rüsumu iddiaçı “FİNCA Azerbaijan” MMQBKT xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar