Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2024/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “barışıq sazişinin ləğvi, ödənilməmiş icarə haqqının tutulması və icarə obyektinin boşaldılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MTK Cavabdeh qarşı “barışıq sazişinin ləğvi, ödənilməmiş icarə haqqının tutulması və icarə obyektinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-1176/10 saylı 20.07.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin ləğv edilməsi, Cavabdeh (və ya onun qeyri-qanuni istifadəyə verdiyi digər şəxslərin) anbar kimi istifadə etdiyi ünvan 1 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus binanın 5-ci girişindən 10-cu girişinədək yerləşən zirzəmidən çıxarılması və cavabdehdən İddiaçı MTK-nın xeyrinə 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək icarə haqqı artımının aylıq 460 (dörd yüz altmış) manat olmaqla, 7 (yeddi) ay üçün 3220 (üç min iki yüz iyirmi) manat, 2021-ci ilin yanvar ayıncan mübahisə üzrə yekun qərar qəbul olunub icra edilən anadək aylıq icarə haqqının 860 (səkkiz yüz altmış) manatdan hesablanıb tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı» Mənzil Tikinti Kooperativi (bundan sonra - iddiaçı MTK) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında uzun müddətli icarə hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 25.09.2008-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı MTK kooperativ üzvlərinin vəsaiti hesabına tikilmiş və onun ümumi mülkiyyətində olan kooperativ binasının özülünə aid texniki zirzəminin 600 kv.m sahəsini aylıq icarə haqqı 600 (altı yüz) manat olmaqla cavabdehə icarəyə vermişdir. Cavabdeh həmin icarə müqaviləsinin şərtlərini pozaraq icarə haqqını ödəməkdən imtina etmiş və səbəbini onunla izah etmişdir ki, icarəyə götürdüyü qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən özəlləşdirmiş və sonuncu cavabdehin adına həmin qeyri-yaşayış sahəsinə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə vermişdir. Bundan sonra tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və iddiaçı MTK tərəfindən hazırki cavabdehə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində 11.09.2008-ci il tarixli, 8492 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında imzalanan 15.10.2008-ci il tarixli, 2787 saylı alqı-satqı müqaviləsinin və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin ləğv edilməsi, sahənin boşaldılması və həmin sahənin cavabdehin vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətə salınması tələbinə dair iddia qaldırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.11.2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı MTK tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı MTK-nın apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında (sədrlik edən hakim G.Quliyev, hakimlər İ.Vəliyev və M.Əhmədova) baxılarkən müəyyən olunmuşdur ki, hazırki cavabdehin özəlləşdirdiyini və şəhadətnamə aldığını iddia etdiyi 362 kv.m qeyri-yaşayış sahəsi iddiaçı MTK binasının fasad tərəfdən 1ci mərtəbəsi hesab edilən və dövlət əsaslı vəsait qoyuluşu hesabına ticarət məqsədləri üçün yerləşdirilməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə aiddir. Bundan sonra tərəflər məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq barədə razılığa gəlmiş və tərəflərin 01.07.2010-cu il tarixli barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-1176/10 saylı 20.07.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.11.2009-cu il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Tərəflər həmin qərardaddan şikayət verməmiş və qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1176/10 saylı 20.07.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş hər iki tərəfin barışıq sazişinin şərtlərinə əsasən iddiaçı MTK: Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia tələbindən imtina edir (bənd 1); Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus binanın 5-ci girişindən 10-cu girişinədək yerləşən zirzəmidən anbar kimi istifadəyə görə 100 (yüz) il müddətində hər ayın 1-ci günü olmaqla MTK-ya 400 (dörd yüz) manat məbləğində icarə haqqının ödənilməsinə etiraz etmir (bənd 2); Cavabdeh “İddiaçı’' MTK-ya məxsus binanın 5-ci girişindən 10-cu girişinədək yerləşən zirzəmidən anbar kimi istifadə edilməsinə hər bir şərait yaradılmasını öhdəsinə götürür (bənd 3); Həmin barışıq sazişinin şərtlərinə əsasən cavabdeh: Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus binanın 5-ci girişindən 10-cu girişinədək yerləşən zirzəmidən anbar kimi istifadəyə görə 100 (yüz) il müddətində hər ayın 1-ci günü olmaqla MTK-ya 400 (dörd yüz) manat məbləğində icarə haqqının ödənilməsini və bu icarə haqqı nəticəsində İddiaçı MTK-nın dövlətə ödəməli olduğu vergi ödənişini və digər rüsumları ödəməyi öhdəsinə götürür (bənd 1); Manatın inflyasiyası halında (manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi) icarə haqqının məbləğinə yenidən baxılmasını öhdəsinə götürür (bənd 2); Cavabdeh barışıq sazişi üzrə onun istifadəsinə verilmiş zirzəmidən başqa İddiaçı MTK-nın balansında olan tikilidən, qurğudan və ərazidən istifadə edə bilməz (bənd 3); İddiaçı MTK-nın 5-ci girişindən 10-cu girişinədək yerləşən zirzəmisindən (layihə üzrə mövcud olan) keçən istilik kommunikasiya xəttlərinin 1 (bir) il müddətində bərpa edilməsini və gələcəkdə vaxtaşırı təmirini öhdəsinə götürür (bənd 4); Saziş bağlandıqdan sonra binanın zirzəmisində yerləşən kommunikasiya xəttlərində, sanitaı-texniki qurğularında İddiaçı MTK ilə razılaşdırılmamış hər hansı bir konstruktiv dəyişikliklərin aparılmamasmı öhdəsinə götürür (bənd 6); Binanın zirzəmisində yerləşən dayaq və sütünları qorumaqla binanın dayanıqlığını və təhlükəsizliyinin təmin edilməsini öhdəsinə götürür (bənd 7); Cavabdeh İddiaçı MTK-ya məxsus binanın 5-ci girişindən 10cu girişinədək yerləşən zirzəminin ərazisində baş verə biləcək hər bir fövqəladə hala görə tam məsuliyyət daşıyır (bənd 8); Qeyd olunan barışıq sazişinin şərtləri cavabdeh tərəfindən mütəmadi olaraq pozulmuş, cavabdeh sazişlə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Belə ki, həmin sazişin şərtlərinə əsasən cavabdeh manatın inflyasiyası halında (manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi) icarə haqqının məbləğinə yenidən baxılmasını öhdəsinə götürsə də (cavabdehə münasibətdə 2-ci bənd), 2015-ci ilin 21 fevral və 22 dekabr tarixlərində baş vermiş devalvasiyalar nəticəsində manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsinə (1 AZN - 1,27 ABŞ dollarından 0,59 ABŞ dollarınadək, yəni 2,15 dəfə ucuzlaşmışdır) və həmin ucuzlaşmaya uyğun olaraq icarə haqqını aylıq 860 (400 x 2,15) manatdan ödəməli olmasına baxmayaraq, cavabdeh icarə haqqım 2020-ci ilin sonunadək aylıq 400 (dörd yüz) manat məbləğində ödəməkdə davam etmiş, 2020-ci ilin aprel ayının əvvəllərində cavabdehdən aylıq icarə haqqının məbləğinin manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsinə uyğun faizlə ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı ödənişini 2020-ci il üçün aylıq 400 (dörd yüz) manatdan olmaqla, illik birdəfəyə iddiaçı MTK-nın mərhum idarə heyətinin sədrinə ödədiyini bildirməklə, icarə haqqını ödəməkdən imtina etmişdir. İddiaçı MTK-nın 05.10.2020-ci il tarixli 10 №-li pretenziya məktubu ilə bir daha barışıq sazişi ilə cavabdehin üzərinə götürdüyü öhdəliklər onun diqqətinə çatdırılmış, eyni zamanda, həmin öhdəliklərin yerinə yetirilinəsi, o cümlədən icarə haqqı üzrə 2020-ci ilin əvvəllindən iyun ayınadək aylıq 400 manatdan, 2020-ci ilin iyun ayından indiyədək ödənilməmiş icarə haqqının isə aylıq 860 manatdan hesablanıb ödənilməsi ondan tələb edilmiş və həmçinin xəbərdarlıq edilmişdir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə davam etsə, tərəflər arasında bağlanmış barışıq sazişinin ləğvi, ödənilməmiş icarə haqqı borcunun ödənilməsi və icarə obyektinin boşaldılması tələbinə dair aidiyyəti üzrə məhkəmədə iddia qaldırılacaqdır. 28.10.2020-ci il tarixdə iddiaçı MTK-ya rəsmi qaydada təqdim edilmiş 14.10.2020-ci il tarixli cavab məktubundan (adı “ərizə” qeyd olunmuşdur) görünür ki, cavabdeh yenə də əvvəllər tərəflər arasında məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə araşdırması nəticəsində müəyyən olunmuş halları mübahisələndirməklə yanaşı, icarə haqqı ödənişini 2020-ci il üçün ilin əvvəlində illik birdəfəyə iddiaçı MTK-nın mərhum idarə heyətinin sədrinə ödədiyini bildirməklə, icarə haqqını ödəməkdən imtina edir. Onu da qeyd edim ki, cavabdeh həmçinin qanunvericiliyin tələbini pozaraq barışıq sazişi ilə onun istifadəsinə verilmiş zirzəmini, iddiaçı MTK-nın razılığı olmadan digər şəxslərin qeyriqanuni istifadəsinə vermiş, ona edilmiş xəbərdarlığa baxmayaraq, yenə də həmin sahəni digər şəxslərin qeyri-qanuni sahibliyində saxlamaqda davam edir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir, lakin cavabdehin vəkili və nümayəndəsi Vəkil2 səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsi yalnız müstəsna hallarda mümkündür və birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə baxmaq səlahiyyəti mövcud deyildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1176/2010 saylı 20 iyul 2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazışinin yenidən iddia icraatı qaydasında məhkəmədə mübahisələndirilməsi mümkün deyil. Belə ki, iş üzrə iddiaçı tərəfin hüquqlarının pozulduğunu hesab etdiyi həmin qərardaddan şikayət vermək hüququ olduğu halda, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata hallarda xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olması hazırki mülki işə baxılmasını mümkünsüz edir və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “barışıq sazişinin ləğvi, ödənilməmiş icarə haqqının tutulması və icarə obyektinin boşaldılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2024/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2024/2021
04.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - İcarə müqaviləsi üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver