Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2080/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11.02.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, X1 ilə 2002-ci ildə nikaha daxil olmuşlar. 2003-cü ildə X6 adda oğlu dünyaya gəlmişdir. Ərizəçinin oğlu X16 müəyyən səbəblərdən beyin xəsətlikləri olduğu aşkar olundu. Ona həkimlər tərəfindən ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə autizim əlamətləri diaqnozu qoyulmuşdur. Uzun müddətli müalicələr heç bir nəticə vermir. Ruhi əsəb dispanserində qeydiyyatdadır. Psixi sağlamlıq mərkəzində və 28 nömrəli şəhər poliklinkasında psixatr nəzarətindədir və onun daimi olaraq kənar şəxsə ehtiyacı var. Ərizəçi oğluna tək baxır. 2012-ci ildə yoldaşından rəsmi olaraq boşanmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; 15.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə doğulmuşdur. “xxxx” Mənzil-Tikinti Kooperativinin 12.02.2021-ci il tarixli 12 nömrəli arayışından görünür ki, Ərizəçi “xxxx” MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 51 saylı mənzilində yaşayır. AA0619535 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 11.02.2003-cü il tarixdə doğulmuşdur. AZ-İ№344074 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki,X17 Rahim 11.02.2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X18 X20 anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 276 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçadan çıxarışdan görünür ki, X17 Rahimin obyektiv müayinəsinin nəticələrinə əsasən xəstə müvafiq məsləhətlər ilə evə sahə psixatırının müşahidəsinə yazılmışdır. 02.06.2009-cu il tarixli 337/2009 nömrəli epikrzin surətindən görünür ki, X5 doğulandan xəstədir. Şikayətləri əqli inkişafdan geri qalır. Yaddaş və intellekti kəskin aşağıdır. Uşaq özünə qapanır. Yaşıdları ilə ünsiyyət qura bilmir. Nitqi pozulub, əsəbidir, narahatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 16.10.2017-ci il tarixli məlumatından görünür ki, 11.02.2003-cü il təvəllüdlü X2 nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin F-027/U ambulator, stasionar xəstəsi xəstəlik tarixindən olan çıxarışdan görünür ki, uşaq autizim, kanner autizimi, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X13 18.05.2021-ci il tarixli 1053 nömrəli ekspert rəyindən görünür ki, X3 düçar olduğu xroniki psixi xəstəliklə əlaqədar o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəktlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyətli olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən uşaq autizimi, Kanner sindromu ilə (ağır dərəcəli kəmağıllıq) ilə əlaqədar səhətti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən 18.05.2021-ci il tarixli, 1053 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X5 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11.02.2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.02.2003-cü il təvəllüdlü X5 (şəxsiyyət vəsiqəsi seriya AA 0619535) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2080/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2080/2021
09.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver