Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2135/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk; iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 51.9 kv.m-dən ibarət 2 (iki) otaqlı 15 nömrəli mənzil, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 100.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Qeyd edir ki, o, son vaxtlara qədər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuş və bunun üçün əmlaklarını girov qoyaraq “Access Bank”-dan kredit götürmüşdür və kifayət qədər ödənilməyən borcu qalmışdır. Borcu ödəməyəcəyi halda əmlakları hərrac yolu ilə satılacaqdı. Belə olan halda da əmlakının dəyəri qat-qat aşağı qiymətləndiriləcəkdi. Bu səbəbdən tanıdığı və Səhiyyə Nazirliyinin nəzdində olan Tikinti idarəsinə rəhbərlik edən Zahir Qəribovdan borca pul istəmişdir. Çünki əvvəllər də ona borca pul vermişdir və güman edirdi ki, yenə də ona maddi dəstək olacaq. Doğrudur, o, həmin borcu qaytarmasa da, düşünürdü ki, maddi imkanı yaxşı olduğundan imtina etməz. Beləliklə onlar görüşmüş, məsələnin hansı yerdə olduğunu ona danışmış və ondan 2.000.000 manat borca pul istəmişdir. Sözsüz ki, o əvvəldən bilirdi ki, onun qiymətli əmlakı var və əmlakın dəyəri 2.500.000 manatdır. Zahir Qəribov ona bildirmişdir ki, borca istədiyi pul yüksək məbləğ olduğundan həmin məbləği girovsuz verməyə risk etmir. Bu zaman ona əmlakının bankda girovda olduğunu və_banka 600.000 manat borcu olduğunu demiş, Zakir isə ona yalnız əmlakı öz adına keçirməklə pulu verə biləcəyini bildirmişdir. Bundan sonra o, Zahirlə razılaşmalı olmuşdur. Zahir Qəribov bildirmişdir ki, ona məxsus əmlakı baldızının nəvəsinin adına rəsmiləşdirəcək, pulun bir hissəsini alqı-satqı zamanı, digər hissəsini isə alqı-satqıdan sonra nağd şəkildə verəcək. O, Zahirdən nə üçün öz adına keçirməkdən daşındığını soruşduqda, bildirmişdir ki, dövlət orqanında vəzifə daşıyır və buna görə öz qohumunun adına rəsmiləşdirir. Beləliklə onlar öz aralarında razılıq əldə etdikdən sonra bankla da razılığa gəlmiş və əmlakları Zahir Qəribovun baldızı nəvəsi Cavabdeh adına etmişlər. Alqı-satqı zamanı ona 1000.000 manat puldan 200.000 manata yaxın pul verilmişdir. Çünki həmin puldan 600.000 manatı banka olan kredit borcuna çıxılmış, 170.000 manatını Zahir Qəribov ona olan borca görə çıxmış və eyni zamanda vergi ödənişinə də çıxıldıqdan sonra qalan pul ona verildi. Alqı-satqıdan sonra Zahir Qəribov bildirmişdir ki, bir neçə günə qalan 1000.000 manatı da verəcək. Lakin xeyli müddət keçmiş və o həmin pulu verməmişdir. Daha sonra o, 1000.000 manatı verməyə imkanının olmadığını və ona olan 1000.000 manat borcu həmin əmlakları sataraq verməyini bildirmişdir. O da Zahirə olan borcunu qaytaracağımı bildirmişdir. Lakin bir müddətdən sonra Cavabdeh adlı şəxs Yasamal RPİ-nin əməkdaşı ilə birlikdə əmlakının yerləşdiyi ünvana gələrək, obyekti boşaltmağı, oradan çıxmağı və ona təhvil verməyi ondan tələb etmişlər. O, həmin şəxslərə əmlakını Cavabdeh satmadığını, onunla hər hansı bir danışığının olmadığını, onu tanımadığını, yalnız bu işdə Zahir Qəribovu tanıdığını və ondan kredit şəklində pul (borc) aldığını və həmin borcu qaytararaq əmlakını yenidən öz adına qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı həmin əmlakı zəbt etdiyini bildirərək obyekti boşaltmağı və oradan çıxmağını təkidlə tələb etmişdir. O isə ona bu məsələnin məhkəməyə aid olduğunu, polisin səlahiyyətində olmadığını xatırladaraq bu barədə aidiyyəti instansiyalara şikayət edəcəyini bildirmişdir. Göründüyü kimi onun niyyəti həmin əmlakaları satmaq deyil, girov qoyaraq borca pul götürmək olmuşdur. Zahir Qəribov isə fiziki şəxs olduğundan, kredit müqaviləsi bağlamaq üçün xüsusi lisenziyası olmadığından o, həmin borcu ona, ona məxsus əmlakları özgəninkiləşdirməklə vermişdir. Onlar alqı-satqını kredit müqaviləsini pərdələməklə həyata keçirmişlər. Çünki başqa formada Zahir Qəribov həmin pulu ona verməyə risk etməmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ölürülməsi ilə əlaqədar iddia müddəti tətbiq etməklə ilkin iddianın rədd edilməsi, İddiaçı onun xeyrinə 16500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay X 1500 manat) icarə haqqı borcunun və 139,5 manat dövlət rüsumunun tutulması, İddiaçı ünvan 2 ünvanında yerləşən 136,1 kv.metrdən ibarət 100,4 kv,metrdən ibarət və 51.9 kv.metrdən ibarət əmlaklardan (Everest kafesi) çıxarılması və əmlakların ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb, aralarında bağlanmış və 55 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, 0925469, 0925470, ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə bağlı qısaca qeyd edir ki, orada göstərilənlər cəfəngiyyat və uydurmadır, həqiqəti əks etdirmir. İddiaçı görüntü yaratmaq istəyir ki, guya əmlakın dəyəri daha yüksəkdir və onu daha yüksək qiymətə satıb. Bununla bağlı bildirir ki, əmlaka cəmi 10000000 manat versə də, sonradan bəlli olmuşdur ki, onun dəyəri əslində 700000-800000 manat civarındadır. İddiaçı onları aldatmışdır ki, guya əmlakın aylıq icarə qiyməti 6000 manatdır, məhz bu səbəbdən onlar əmlakı almağa qərar vermişlər. Sonra bəlli olmuşdur ki, aylıq icarə qiyməti 6000 manatdan aşağıdır. Hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, 2021-ci ilin əvvəllərində icarəyə verib, aylıq icarə haqqı almaq məqsədi ilə yuxarı qiyməti 10000000 manat olan daşınmaz əmlak almaq qərarına gəlmişlər. Bununla bağlı axtarışlar etmiş və bəlli olmuşdur ki, ünvan 3 ünvanında yerləşən Everest kafesi satılır. Kafenin sahibi İddiaçı ilə görüşmüş, o bildirmişdir ki, kafeni ******* manata satır və əmlakı asanlıqla 6000 manata icarəyə vermək mümkündür. Danışıqlar zamanı biz bildirdik ki, ən yuxarı halda ******* manat verə bilər. O, təklifin onu qane etdiyini, lakin əmlakın bankda girovda olduğunu, bankla danışıb girov məsələsini həll etməli olduğunu bildirmişdir. İddiaçı bank razılıq vermişdir ki, 600000 manat borcun bağlanması şərli ilə əmlakın satılımasına etiraz etmir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş biilün prosedurlardan keçməklə xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələrini bağlamış və İddiaçı cəmi ******* manat ödəmiş, həmin pulun 600000 manat hissəsini bank götürmüş, qalan 400000 manal hissəsi isə İddiaçı qaldı. Müqavilələr bağlanandan sonra İddiaçı bildirmişdir ki, ona 2 ay möhlət versin, özünə başqa obyekt tapıb, çıxsın. Onlar razılaşmış, ona başqa yer tapmaq üçün 2 ay möhlət vermişlər. 2 ay sonra Ramiz yer tapa bilmədiyini, eyni zamanda pandemiya ilə əlaqədar müştəri olmadığını, qazanc olmadığını demişdir. Bu kafenin işini özündən yaxşı heç kim bilmir, iş getmədiyi üçün onunla ilin sonuna qədər aylıq 1500 manal olmaqla icarə müqaviləsi bağlansın, hələlik 1500 manatdan icarə haqqı versin, vəziyyət düzələrsə bu aylar ərzində icarə haqqını artırar. Onlar İddiaçı inanmış və xx.xx.2021-ci il tarixdə onunla xx.xx.2021-ci il tarixədək qüvvədə olan icarə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən əmlak ona 1500 manat icarəyə verilmişdir. Müqavilənin qüvvədə olduğu 6 ay ərzində kafeni işlətsə də, İddiaçı 1 manat da olsun icarə haqqı ödəməmiş, sözünü dəyişməyə başlamışdır ki. buranın icarə qiyməti devalvasiyadan əvvəl 6000 manat olsa da, indi aşağıdır, bir tərəfdən də bu pandemiya ilə əlaqədar müştərinin olmaması səbəbindən 1500 manatı da ödəyə bilmir. Vəziyyət belə davam etdiyi, əmlak onlara təhvil verilmədiyi və o boyda vəsaitin müqabilində 1 manat da olsun xeyir götürmədikləri üçün 2021-ci ilin dekabr ayında İddiaçı yazılı və şifahi pretenziyalar etmişlər ki, icarə haqqını ödəsin, icarə müqaviləsinin müddəti bitdiyi üçün əmlakı təhvil versin. Bundan sonra İddiaçı xahiş etmişlər ki, ona 3 ay, yəni xx.xx.2022-ci il tarixə kimi vaxt versin. Əmlakı onlara təhvil verəcək və icarə haqlarını da ödəyəcək. Onlar humanistlik edib. Ramizə 3 ay da əlavə vaxt vermişlər. Mart ayının əvvəlinə kimi 1 manat da olsun icarə haqqı ödənilməmiş və o, xx.xx.2022-ci il tarixli prelenziya ilə yenidən İddiaçı müraciət edib, icarə haqlarını ödəməyi və mart ayının sonunda obyektdən çıxmağı tələb etmişdir. xx.xx.2022-ci il tarixdə onlar kafeyə gəlmiş və Ramizdən tələb etmişlər ki, çıxsın, o dava salmış, hədə qorxu gəlmiş, sonra çıxmaq üçün 10 gün vaxt istəmişdir. Onlar yenə humanistlik etmiş, ona 10 gün vaxt vermişdir. xx.xx.2022-ci il tarixdə onlar yenə kafeyə gəlmiş, o yenə dava salmış, şüşələri qırmış, obyektdə olan əmlakları dağıdacağını bildirmiş və onlar 102 xidmətinə məlumat vermişlər, kafeyə polislər gəlmiş Polislərin yanında o əməlindən peşman olduğunu bildirmiş və söz vermişdir ki, əlavə 10 gün vaxt versin, kafedən çıxacaq. Növbəti humanistlik edilərək ona əlavə 10 gün vaxt verilmiş və bundan sonra o məhkəmədə iddia qaldırmış, bəlli olmuşdur ki, İddiaçı 10 günlük müddəti çıxmaq üçün yox, əslində məhkəmədə iddia qaldırmaq üçün istəyirmiş. Qeyd etdikləri Bakı şəhər Yasamal rayon polis İdarəsinin 27-ci polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-cı ıl tarixli qərarı ilə təsdiq edilir. Bu qərardan görünür ki. müraciətləri xx.xx.2022-ci il tarixdə olunub və məhz bundan sonra İddiaçı hazırkı uydurma iddianı qaldırmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin həqiqəti əks etdirməməsi həmçinin aşağıdakılarla təsdiq edilir: Əgər o, əmlakı daha yuxarı qiymətə almışdısa, onda ötən müddət ərzində Ramiz ondan niyə pul tələb etmir, əksinə icarə müqaviləsi bağlayırdı? Əgər əmlak artıq qiymətə satılmışdırsa bu barədə müqavilədə niyə hər hansı qeyd olmamışdır. xx.xx.2021-ci il tarixli müqavilələr etibarsız idisə Ramiz niyə daha əvvəl məhkəməyə müraciət etmir və iddia müddətini ötürürdü? Onun hazırkı iddianı qaldırmaqda məqsədi əmlakdan çıxarılmağını uzatmaqdır. xx.xx.2022-ci il tarixdə Reyestri Xidmətindən ona məlum olmuşdur ki, qeyd edilən əmlaklarının üzərində Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bununla bağlı o, Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və qərardadın surəti eyni tarixdə mənə təqdim edildi. Qərardadla mülkiyyətində olan yuxarıda qeyd edilmiş əmlakların üzərinə X1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixlə qətnaməsi üzrə külli miqdarda borcunun olması əsas gətirilərək həbs qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də məhkəmə heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkli Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz verərək etirazında bildirmişdir ki, İddiaçı ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb, aramızda bağlanmış və 53 saylı Notariat Ofisində təsdiq, edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, 0925469, 0925470, ******* saylı alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2021-ci ilin əvvəllərində icarəyə verib, aylıq icarə haqqı almaq məqsədi ilə yuxarı qiyməti 10000000 manat olan daşınmaz əmlak almaq qərarına gəlmişlər. Bununla bağlı axtarışlar etmiş və bəlli olmuşdur ki, ünvan 3 ünvanında yerləşən Everest kafesi satılır. Kafenin sahibi İddiaçı ilə görüşmüş, o bildirmişdir ki, kafeni ******* manata satır və əmlakı asanlıqla 6000 manata icarəyə vermək mümkündür. Danışıqlar zamanı biz bildirdik ki, ən yuxarı halda ******* manat verə bilər. O, təklifin onu qane etdiyini, lakin əmlakın bankda girovda olduğunu, bankla danışıb girov məsələsini həll etməli olduğunu bildirmişdir. İddiaçı bank razılıq vermişdir ki, 600000 manat borcun bağlanması şərli ilə əmlakın satılımasına etiraz etmir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş biilün prosedurlardan keçməklə xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələrini bağlamış və İddiaçı cəmi ******* manat ödəmiş, həmin pulun 600000 manat hissəsini bank götürmüş, qalan 400000 manal hissəsi isə İddiaçı qaldı. Müqavilələr bağlanandan sonra İddiaçı bildirmişdir ki, ona 2 ay möhlət versin, özünə başqa obyekt tapıb, çıxsın. Onlar razılaşmış, ona başqa yer tapmaq üçün 2 ay möhlət vermişlər. 2 ay sonra Ramiz yer tapa bilmədiyini, eyni zamanda pandemiya ilə əlaqədar müştəri olmadığını, qazanc olmadığını demişdir. Bu kafenin işini özündən yaxşı heç kim bilmir, iş getmədiyi üçün onunla ilin sonuna qədər aylıq 1500 manal olmaqla icarə müqaviləsi bağlansın, hələlik 1500 manatdan icarə haqqı versin, vəziyyət düzələrsə bu aylar ərzində icarə haqqını artırar. Onlar İddiaçı inanmış və xx.xx.2021-ci il tarixdə onunla xx.xx.2021-ci il tarixədək qüvvədə olan icarə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən əmlak ona 1500 manat icarəyə verilmişdir. Müqavilənin qüvvədə olduğu 6 ay ərzində kafeni işlətsə də, İddiaçı 1 manat da olsun icarə haqqı ödəməmiş, sözünü dəyişməyə başlamışdır ki. buranın icarə qiyməti devalvasiyadan əvvəl 6000 manat olsa da, indi aşağıdır, bir tərəfdən də bu pandemiya ilə əlaqədar müştərinin olmaması səbəbindən 1500 manatı da ödəyə bilmir. Vəziyyət belə davam etdiyi, əmlak onlara təhvil verilmədiyi və o boyda vəsaitin müqabilində 1 manat da olsun xeyir götürmədikləri üçün 2021-ci ilin dekabr ayında İddiaçı yazılı və şifahi pretenziyalar etmişlər ki, icarə haqqını ödəsin, icarə müqaviləsinin müddəti bitdiyi üçün əmlakı təhvil versin. Bundan sonra İddiaçı xahiş etmişlər ki, ona 3 ay, yəni xx.xx.2022-ci il tarixə kimi vaxt versin. Əmlakı onlara təhvil verəcək və icarə haqlarını da ödəyəcək. Onlar humanistlik edib. Ramizə 3 ay da əlavə vaxt vermişlər. Mart ayının əvvəlinə kimi 1 manat da olsun icarə haqqı ödənilməmiş və o, xx.xx.2022-ci il tarixli prelenziya ilə yenidən İddiaçı müraciət edib, icarə haqlarını ödəməyi və mart ayının sonunda obyektdən çıxmağı tələb etmişdir. xx.xx.2022-ci il tarixdə onlar kafeyə gəlmiş və Ramizdən tələb etmişlər ki, çıxsın, o dava salmış, hədə qorxu gəlmiş, sonra çıxmaq üçün 10 gün vaxt istəmişdir. Onlar yenə humanistlik etmiş, ona 10 gün vaxt vermişdir. xx.xx.2022-ci il tarixdə onlar yenə kafeyə gəlmiş, o yenə dava salmış, şüşələri qırmış, obyektdə olan əmlakları dağıdacağını bildirmiş və onlar 102 xidmətinə məlumat vermişlər, kafeyə polislər gəlmiş Polislərin yanında o əməlindən peşman olduğunu bildirmiş və söz vermişdir ki, əlavə 10 gün vaxt versin, kafedən çıxacaq. Növbəti humanistlik edilərək ona əlavə 10 gün vaxt verilmiş və bundan sonra o məhkəmədə iddia qaldırmış, bəlli olmuşdur ki, İddiaçı 10 günlük müddəti çıxmaq üçün yox, əslində məhkəmədə iddia qaldırmaq üçün istəyirmiş. Qeyd etdikləri Bakı şəhər Yasamal rayon polis İdarəsinin 27-ci polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-cı ıl tarixli qərarı ilə təsdiq edilir. Bu qərardan görünür ki, müraciətləri xx.xx.2022-ci il tarixdə olunub və məhz bundan sonra İddiaçı hazırkı uydurma iddianı qaldırıb. İddia ərizəsində göstərilənlərə cəfəngiyyat və uydurmadır, həqiqəti əks etdirmir. İddiaçı görüntü yaratma istəmişdir ki, guya əmlakın dəyəri daha yüksəkdir və onu daha yüksək qiymətə satıb. Bununla bağlı bildirmişdir ki, əmlaka cəmi 10000000 manat versə də, sonradan bəlli olmuşdur ki. onun dəyəri əslində 700000-800000 manat civarmdadır. İddiaçı onları aldatmışdır ki, guya əmlakın aylıq icarə qiyməti 6000 manatdır, məhz bu səbəbdən onlar əmlakın almağa qərar vermişdir. Sonra bəlli oldu ki. aylıq icarə qiyməti 6000 manatdan aşağıdır. İddiaçı iddia ərizəsi aşağıdakılara əsasən rədd edilməlidir: İddiaçı tərəfindən iddia müddəti ölürülüb, tərəfindən iddia müddət, ötürülüb, əgər ona qarşı hər hansı iddiası var idisə, bu barədə ən yaxşı halda 1 il ərzində məhkəmədə iddia qaldırmalı idi. İddiaçı aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələri bir çox hərəkətləri ilə bəyəndiyini şəksiz nümayiş etdirib. Bu hərəkətlərə onunla bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin bağlanması, 10000000 manat vəsaiti məndə qəbul etməsi, bununla bağlı bankdan razılıq alması və s. daxildir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi rədd, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* №li alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 51.9 kv.m-dən ibarət 2 (iki) otaqlı 15 nömrəli mənzili 300000 (üç yüz min) manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1941 nömrəli reyestr kitabının 179143 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır; Reyestrdə 8İ-2244 № ilə qeyd edilmiş X8 Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı X9 çəxsus olan ünvan 4 ünvanında mənzilin satılmasına etiraz etmir. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* №li alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 100,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 300000 (üç yüz min) manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən ümumi sahəsi 100,4 kv.m olan qeyriyaşayış sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 4720 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır; Reyestrdə 8İ-2242 № ilə qeyd edilmiş X8 Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı X9 çəxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən ümumi sahəsi 100,4 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmir. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 400000 (dörd yüz min) manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0,0895 ha torpaq sahəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində 136,1 kv.m ümumi, 87,9 kv.m əsas, 48,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır; Reyestrdə 8İ-2243 № ilə qeyd edilmiş X8 Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı X9 çəxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 1-ci mərtəbəsində 136,1 kv.m ümumi, 87,9 kv.m əsas, 48,2 köməkçi sahəsi olan qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmir. “İcarəyə verən” Cavabdeh ilə “İcarəçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru X4 xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru X10 xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri N.Nərimanov rayonu X18 küçəsi ev 9 V mənzil 12 saylı ünvanda yaşayan X2 müraciəti əsasında toplanmış materialda cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə cinayət ışının başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri N.Nərimanov rayonu X18 küçəsi ev 9 V mənzil 12 saylı ünvanda yaşayan X5 50 manat maddi ziyan vurmuş ünvan 6 ünvanda yaşayan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış müqavilədən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1 maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Nəzərinə çatdırılır ki, ünvan 7 ünvanda yerləşən 136.1 kv.m sahənin icarəyə verilməsi ilə bağlı onların aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Eyni zamanda bildirilir ki, qeyd olunan icarə müqaviləsinin 5-ci bəndinin şərtlərinə uyğun olaraq, tərəfindən icarə haqqları aylıq olaraq ödənilməli idi. 2022-ci ilin yanvar ayında onun xəbərdarlığından sonra aralarında baş tutmuş şifahi razılaşmaya əsasən icarə müddəti 2022-ci ilin mart ayının sonunadək artırılmış və o, icarə haqqlarının ödənişinə söz vermişdir. Lakin bu günə qədər tərəfindən icarə haqlarının da ödənilməsi təmin edilməmişdir. Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, ona pul lazım olduğu üçün tanışı Z.Qəribovdan borca 200000 manat pul istəmiş, Z.Qəribov isə məbləğin yüksək olmasını səbəb kimi göstərərək yalnız girov qarşılığında borc pul verə biləcəyini bildirmişdir. Bundan sonra İddiaçı ilə arasında Z.Qəribovun qohumu Cavabdeh arasında girov müqaviləsi niyyəti ilə 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Hazırda iddiaçı Z.Qəribov və onun qohumu olan iş üzrə Cavabdeh tərəfindən aldadıldığını iddia edərək, Cavabdeh ilə onun arasında 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə alqı-satqı müqavilələrinin etibarsızlığına dair mübahisəyə ilkin olaraq münasibət bildirməyi zəruri hesab edərək, tərəfindən mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə göstərilən hüquq normalarını əsas tutaraq hazırkı iş üzrə bildirir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır. Beləki, iş materiallarındakı mədaxil qəbzlərindən müəyyən edilmişdir ki, 3 müqavilə üzrə ümumilikdə alqı-satqı qiyməti ******* manat müəyyən edilərək İddiaçı ödənilmişdir. Hər bir müqavilə üzrə İddiaçı həyat yoldaşı R.Uğurovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizələri alınmışdır. Həminin tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilk iddia ərizəsində göstərildiyi kimi alqı-satqı müqavilələri başqa əqdi pərdələmək niyyəti ilə bağlanmış olsaydı, yəni əmlaklar təkcə sənəd üzərində Cavabdeh məxsus olmaqla, faktiki olaraq İddiaçı sahibliyində olsaydı tərəflər arasında belə bir müqavilənin bağlanmasına zərurət yaranmazdı. Tərəflər arasında icarə müqaviləsinin bağlanmış olması alqı-satqı müqavilələri üzrə əmlakların real olaraq Cavabdeh verildiyini sübuta yetirir. Bunun əksi olaraq ilk iddia üzrə iddiaçı mübahisələndirilən müqavilələrin aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğunu məhkəmə qarşısında sübuta yetirməmiş və bu halları sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qərarda həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Normanın məzmunu bu əqdlərin mübahisələndirilə bilən əqd olduğu fikrini yaradır. Lakin müraciətedən hüquq ədəbiyyatına istinad edərək fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqdin bağlandığı andan etibarsız əqdlər sırasına aid edildiyini və yalnız bəyənildiyi təqdirdə düzələ bilən etibarsızlıq halı kimi təsnif edilməli olduğunu göstərir. …Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqavilələri xx.xx.2021-ci il tarixdə bağlanmış, həmin müqavilələrin etibarsızlına dair iddia ərizəsi isə məhkəməyə 1 ildən sonra təqdim edilmişdir. Bu halda məhkəmə hesab edir ki, əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə də ilk iddia ərizəsi rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. - Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlər in geri qaytarılması tələblərinə tətbiq edilir; - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir; Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Mülki Məcəllənin 705-ci maddəsində qeyd edilir ki, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh İddiaçı icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş, müqavilə xx.xx.2021-ci il tarixədək bağlanmış və ayliq icarə haqqı 1500 (bir min beş yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin icarə obyektindən istifadə etmişdir. Bu səbəbdən də 11 ay müddətində İddiaçı istifadəsində olan icarə obyekti üçün aylıq 1500 manat olmaqla, ümumilikdə 16500 (on altı min beş yüz) manat icarə haqqının tutulub iddiaçıya ödənilməsi tələbi təmin edilməlidir. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən, icarəyə verilmiş əmlak öz qanuni sahibinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə 16500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay X 1500 manat) icarə haqqı borcu və 139,5 manat dövlət rüsumu tutulmalı, İddiaçı ünvan 2 ünvanında yerləşən 136,1 kv.metrdən ibarət 100,4 kv,metrdən ibarət və 51.9 kv.metrdən ibarət əmlaklardan (Everest kafesi) çıxarılmalı və əmlaklar Cavabdeh təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh xeyrinə 16500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay X 1500 manat) icarə haqqı borcu və 139,5 manat dövlət rüsumu tutulsun. İddiaçı ünvan 2 ünvanında yerləşən 136,1 kv.metrdən ibarət 100,4 kv,metrdən ibarət və 51.9 kv.metrdən ibarət əmlaklardan (Everest kafesi) çıxarılsın və əmlaklar Cavabdeh təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2135/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2135/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver