Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2185/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 May 2019-cu il tarixli, RBNPU-4688 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1087,89 (bir min səksən yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 45,75 (qırx beş manat 75 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1133.64 (bir min bir yüz otuz üç manat 64 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofıs ilə Cavabdeh arasında bağlanmış 30 may 2019-cu il tarixli, RBNPU-4688 saylı kredit müqaviləsinə əsasən illik 19,9 % (iyirmi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.E; 2.3.; 2.4 bəndləri). 30 May 2019-cu il tarixli, RBNPU-4688 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 May 2019-cu il tarixli, RBNPU-4688 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 152,55 (bir yüz əlli iki manat 55 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 30 May 2019-cu il tarixli. RBNPU-4688 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1087.89 (bir min səksən yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 45,75 (qırx beş manat 75 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1133,64 (bir min bir yüz otuz üç manat 64 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 30.05.2019-cu il tarixli, № RBNPU-4688 saylı kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh qızı ilə müqavilə bağlanmışdır. Bank cavabdehə istehlak məqsədləri üçün illik 19,9 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "İddiaçı" ASC-nin 19.03.21-ci il tarixli maliyyə arayışından görünür ki, № RBNPU-4688 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 16 mart 2021-ci il tarixə olan əsas borcu 1087,89 manat, faiz borcu 45,75 manat, cərimə borcu 0 manat, cəmi 1133,64 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 20 iyul 2020ci il tarixli bildirişdən görünür ki, bank 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materialarında olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 152,54 manat, son ay üçün isə 151,88 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bank tərəfindən 30.05.2019-cu il tarixli, № RBNPU- 4688 saylı kredit sazişinə cavabdehə istehlak məqsədləri üçün illik 19,9 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 30 May 2019-cu il tarixli, RBNPU-4688 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1087,89 (bir min səksən yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 45,75 (qırx beş manat 75 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1133.64 (bir min bir yüz otuz üç manat 64 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 May 2019-cu il tarixli, RBNPU-4688 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1087,89 (bir min səksən yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 45,75 (qırx beş manat 75 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1133.64 (bir min bir yüz otuz üç manat 64 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2185/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2185/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver