Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2194/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Cavabdeh “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakları ilə, X1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, müvafiq mənzillərə dair ipoteka yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi və bu barədə müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam təmin edilməsi, “X3 Mərkəzi” Məhdud Məsuliyyəyli Cəmiyyəti ilə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, Y-740 nömrəli Hərracın nəticələri haqqında protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə dair xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli və xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışların ləğv edilməsi, qeyd edilən mənzillər üzərində “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi və həmin mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsində “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3532/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X15 və qeyrilərinə qarşı “kredit müqavilələrinin ləğvi və sair” tələbləri barədə iddiası qismən təmin edilmiş, iddiaçı “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X17 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 0750/0801 nömrəli və xx xxxxxx 2008-ci il tarixli, 080832-0107/070750 nömrəli kredit müqavilələrinin ləğv edilməsi, xx xxxxxx 2008-ci il tarixli 080832-0107/070750 nömrəli kredit müqaviləsi üzrə yaranmış 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi dollar əlli altı sent) ABŞ dolları məbləğində əsas kredit borcunun cavabdeh X10 tutulub iddiaçı “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 750.000 (yeddi yüz əlli min) manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X12 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə olan 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi dollar əlli altı sent) ABŞ dolları borcunun ödənilməsi, həmin mənzillər satıldıqda 1 (bir) ay ərzində boşaldılması və sair qət edilmişdir. Həmin icra sənədi icra icraatına yönəldilmiş və bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Edilovun xx xxxx 2016-cı il tarixli qərarı ilə icraata başlanılmış, daha sonra həmin icra şöbəsi tərəfindən “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx/xx-2412/1 nömrəli, xx xxxxxx 2016-cı il tarixli sifariş məktubu ilə hərrac sifarişi verilmişdir. Lakin “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mülki Məcəliəsinin və “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozulmaqla keçirilən hərraclar təşkil olunmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbləri pozularaq, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 (otuz) təqvim günü ərzində deyil, qeyd edilən müddəti buraxdıqdan sonra ipoteka predmetini əldə etmişdir. Qanunvericiliklə müəyyənləşdirilmiş müddət ipoteka saxlayan tərəfindən buraxıldıqdan sonra “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, Y-740 nömrəli hərracın nəticələri haqqında protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillər “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin tələbinə əsasən iş üzrə iki (ilkin və təkrar) hərrac keçirmiş, kütləvi informasiya vasitələrində müvafiq qaydada elan dərc edilmiş və tərəflərə bildirişlər göndərilmişdir. Həmçinin, ipoteka saxlayan özünün mövcud və ehtimal olunan hər hansı bir maddi və prosessual hüququndan məhrum edilmiş hesab etsəydi hərrac təşkilatına qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia tələbi irəli sürə bilərdi. Göründüyü kimi, ipoteka saxlayan tərəfindən sözügedən hərracın nəticələrinin etibarsız hesab olunmasına dair hər hansı iddia tələbi irəli sürülməmişdir. Keçirilmiş hərracların nəticələrinin ipoteka qoyan və ipoteka saxlayan, eləcə də hər hansı üçüncü şəxs tərəfindən mübahisələndirilməməsi onun nəticələrinin mötəbərliyinə və etibarlılığına dəlalət edir. Lakin icra məmuru səlahiyyət həddini aşaraq faktiki olaraq ipoteka qoyan və ipoteka saxlayan tərəfindən mübahisələndirilməmiş hərracların nəticələrini məhkəmə hakimiyyətinin səlahiyyətlərini uzurfasiya edərək şübhə altına almışdır. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan və həmin maddələrin şərhindən aydın olur ki, ipoteka saxlayan ikinci hərrac baş tutmadıqdan sonra ipoteka predmetini müstəqil şəkildə, birbaşa, ona bu barədə hər hansı bir əlavə oferta verilməsinə və ya bu ofertanı aksept etməsinə ehtiyac duymadan birbaşa ətdə etmək imkanı qazanır. “İpoteka haqqında” Qanunun preambulasında qeyd olunmuşdur ki, bu qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Başqa sözlə, ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu tənzim edən ixtisaslaşdırılmış normativ-hüquqi akt olan “İpoteka haqqında” Qanunda ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və ipoteka saxlayanın həmin ofertanı aksept etməsi üsulu əldə etməsi forması nəzərdə tutulmamışdır. Çünki, yuxarıda qeyd olunduğu kimi “İpoteka haqqında” Qanunun 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan göründüyü kimi təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətinin 25% az olmayan qiymətlə əldə etməsinə dair subyektiv hüququ bilavasitə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi əsasında yarandığından onun hüququ əldə etməsi üçün hər hansı digər əsasa (ona bu barədə təklif və ya oferta verilməsi, onun əlavə bildirişlə məlumatlandırılması və sair) ehtiyac olmadığından sonuncunun belə bir ofertanı aksept etməsi proseduruna da ehtiyac yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin hərracda bağlanmasını tənzim edən 414-416-cı maddələrində də belə bir prosedur nəzərdə tutulmamışdır. Göründüyü kimi, üzərinə həbs qoyulmuş əmlakın realizə prosedurasından fərqli olaraq ipoteka predmetinin realizəsi zamanı hər hansı tərəfin hər hansı tərəfə təklifi (ofertası) və ya (aksept) proseduru nəzərdə tutulmamışdır. Buna görə hazırki iş üzrə ipoteka saxlayana hərrac təşkilatı tərəfindən hər hansı bir təklif məktubunun göndərilib-göndərilməməsi, çatıb-çatmaması və ya nə vaxt çatması kimi xüsusatların heç bir hüquqi əhəmiyyəti yoxdur. Göründüyü kimi, icra məmuru mövcud hüquq münasibətlərinə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin müddəalarını tətbiq etmək əvəzinə, faktiki olaraq “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş proseduraları tətbiq etmiş, bununla da qanunu səhv təfsir edərək iş üzrə hüquq münasibətlərinə aidiyyəti olmayan hüquq normalarını tətbiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş təkzibedilməz sübutlardan müəyyən edilir ki, qeyd edilən protokol qanunvericiliyin tələblərinə zidd olaraq 30 (otuz) təqvim günü buraxıldıqdan sonra tərtib edilmişdir. Mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X18 xx xxxx 2020-ci il tarixdə X1 iddia tələbinə dair yazılı etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2194/2020 nömrəli mülki iş hal-hazırda məhkəmənin icraatındadır. İddia ərizəsində İddiaçı iddia tələbinin tam təmin edilməsi, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, Y-240 nömrəli hərracın nəticələri haqqında protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli və xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışların ləğv edilməsi, qeyd edilən mənzillər üzərində “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi və həmin mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsində “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilməlidir ki, aşağıdakı səbəblərə görə İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı və bu barədə müvafiq qərar qəbul edilməlidir. Belə ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti işə cəlb edilməklə cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı xx xxxxxxxx 2019-cu il tarixli iddia qaldıraraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərin açıq hərracdan satışına dair “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə Y-740 nömrəli, xx xxxx 2018-ci il tarixli protokolun və alqı-satqı müqaviləsinin, eləcə də onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərinin “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi üzrə müvafiq çıxarışların ləğv edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərinin İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə həvələ edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2804/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti işə cəlb edilməklə cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2804/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi hazırkı iddianı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsində göstərilən əsasla qəbul etməkdən imtina etməli idi. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu halda iddia ərizəsi səhvən icraata qəbul olunubsa, həmin iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilən əsasla baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxanların ləğv edilməsi və müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-2194/2020 nömrəli qərardadı ilə X1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və müvafiq qeydlərin aparılması” iddia ərizəsinin “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsinin “cavabdeh “X3 Mərkəzi” Məhdud Məsuliyyəyli Cəmiyyəti ilə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, Y-740 nömrəli Hərracın nəticələri haqqında protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi” və “Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə dair xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli və xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışların ləğv edilməsi” hissələri üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında cavabdeh “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X13 iddia ərizəsini qəbul etməyərək, iddiaçı şəxsin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxıb, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 iddia ərizəsini qəbul etmədiyini bildirmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx xxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2008-ci il tarixli, 080832- 0107/070750 nömrəli kredit müqaviləsi üzrə yaranmış 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi dollar əlli altı sent) ABŞ dolları ödəniş gününə valyutanın cari kursu Azərbaycan manatı ifadəsində borclu X10 tutulub “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət altı otaqlı 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət altı otaqlı 21 nömrəli mənzillərə yönəldilməli, həmin mənzillər 765.000 (yeddi yüz altmış beş min) manat məbləğində ilkin satış qiyməti ilə satışa açıq hərraca çıxarılmalı və satışdan əldə ediləcək vəsait hesabına borclu X12 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə olan 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi dollar əlli altı sent) ABŞ dolları məbləğində kredt borcu ödənilməli, həmin mənzillər hərracda satıldıqda 1 (bir) ay ərzində boşaldılmalı, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 100 (bir yüz) manat ekspertiza xərcinin 69 (altmış doqquz) manat hissəsi borclu şəxslərə, 62 (altmış iki) manat hissəsi isə tələbkara aid edilməlidir. Müvafiq qərarla icraata başlanılaraq, borclu İddiaçı icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü təmin edilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır; Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx xxxx 2016-cı il tarixli könüllü icra barədə bildirişinin surətindən və məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)-3532/2015 nömrəli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra olunması borclu İddiaçı təklif edilmiş, icra sənədi üzrsüz səbəbdən icra edilmədikdə, icra hərəkətlərinin məcburi qaydada həyata keçirilməsi barədə borclu şəxs xəbərdar edilmişdir; “Market” qəzetinin xx xxx 2018-xx xxx 2018-ci ilə aid 19 (952) nömrəli qəzetinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, 18 və 21 nömrəli mənzillərə dair xx xxx 2018-ci il tarixdə keçirilmiş təkrar hərracı baş tutmamışdır; “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli Y-740 nömrəli hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, 18 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, 21 nömrəli mənzil ilkin satış qiyməti 765.000 (yedi yüz altmış beş min) manat olmaqla hərraca çıxarılmış, ilkin və təkrar hərrac baş tutmadığından müvafiq daşınmaz əmlak 487.688 (dörd yüz səksən yeddi min altı yüz səksən səkkiz) manat qiymətə tələbkar “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və tələbkar şəxs həmin qiymətə müvafiq əmlakı almışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, mənzil 18 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6293 nömrəli vərəqində xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, mənzil 21 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6294 nömrəli vərəqində xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2804/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti işə cəlb edilməklə cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamışdır; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 3336/2020 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2804/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qətnaməsi iddiaçı şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarının 1-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43- cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Sözügedən qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmin Qərarın 3-cü bəndinə əsasən “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(103)-3532/2015 nömrəli icra vərəqəsi ilə xx xxxxxx 2008-ci il tarixli, 080832-0107/070750 nömrəli kredit müqaviləsi üzrə yaranmış 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi dollar əlli altı sent) ABŞ dolları ödəniş gününə valyutanın cari kursu Azərbaycan manatı ifadəsində borclu X10 tutulub “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət altı otaqlı 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət altı otaqlı 21 nömrəli mənzillərə yönəldilməli, həmin mənzillər 765.000 (yeddi yüz altmış beş min) manat məbləğində ilkin satış qiyməti ilə satışa açıq hərraca çıxarılmalı və satışdan əldə ediləcək vəsait hesabına borclu X12 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə olan 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi dollar əlli altı sent) ABŞ dolları məbləğində kredt borcu ödənilməli, həmin mənzillər hərracda satıldıqda 1 (bir) ay ərzində boşaldılmalı, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 100 (bir yüz) manat ekspertiza xərcinin 69 (altmış doqquz) manat hissəsi borclu şəxslərə, 62 (altmış iki) manat hissəsi isə tələbkara aid edilməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx xxxx 2016-cı il tarixli könüllü icra barədə bildirişinin və eyni tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)-3532/2015 nömrəli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra olunması borclu İddiaçı təklif edilmiş, icra sənədi üzrsüz səbəbdən icra edilmədikdə, icra hərəkətlərinin məcburi qaydada həyata keçirilməsi barədə borclu şəxs xəbərdar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, müvafiq əmlak açıq hərraca çıxarılmış və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, 18 və 21 nömrəli mənzillərə dair xx xxx 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac baş tutmamışdır. Bu barədə “Market” qəzetinin xx xxx 2018-xx xxx 2018-ci ilə aid 19 (952) nömrəli qəzetində “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq elan verilmişdir. “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli Y-740 nömrəli hərracın nəticələri haqqında yekun protokolu ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, 18 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, 21 nömrəli mənzil ilkin satış qiyməti 765.000 (yedi yüz altmış beş min) manat olmaqla hərraca çıxarılmış, ilkin və təkrar hərrac baş tutmadığından müvafiq daşınmaz əmlak 487.688 (dörd yüz səksən yeddi min altı yüz səksən səkkiz) manat qiymətə tələbkar “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və tələbkar şəxs həmin qiymətə müvafiq əmlakı almışdır. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, mənzil 18 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6293 nömrəli vərəqində xx xxxxxx 2019-cu il tarixdə və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, mənzil 21 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6294 nömrəli vərəqində xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2804/2019 nömrəli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti işə cəlb edilməklə cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-3336/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 2804/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qətnaməsi iddiaçı şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-2194/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin “cavabdeh “X3 Mərkəzi” Məhdud Məsuliyyəyli Cəmiyyəti ilə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, Y-740 nömrəli Hərracın nəticələri haqqında protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi” və “Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.metr ümumi, 114 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə dair xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli və xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışların ləğv edilməsi” hissələri üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, İddiaçı qeyd edilən protokolun qanunvericiliyin tələblərinə zidd olaraq 30 (otuz) təqvim günü buraxıldıqdan sonra tərtib edilməsi ipotekaya xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən protokolun qanunvericiliyin tələblərinə zidd olaraq 30 (otuz) təqvim günü buraxıldıqdan sonra tərtib edilməsi barədə iddiaçı şəxsin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə istinad etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014cü il tarixli Plenum qərarında qeyd edilir ki, “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Qeyd edilməlidir ki, bank tərəfindən alınmış əmlak müvafiq icra vərəqəsi ilə müəyyən edilmiş kredit borcu müqabilində əldə edilmişdir. Hərracın keçirilməsinin məqsədi isə ipoteka predmeti hesabına kredit borcunun ödənilməsini təmin etməkdir. Göründüyü kimi, araşdırma zamanı ipoteka yüklülüyünə xitam verilməsi üçün məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı şəxsin irəli sürdüyü tələblərin isə heç birinin hüquqi əsası yoxdur. Belə ki, qeyd edilən tələblərin heç biri ipotekaya xitam verilməsi üçün əsas hesab edilə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, X1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, müvafiq mənzillərə dair ipoteka yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi və bu barədə müvafiq qeydlərin aparılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: X1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, müvafiq mənzillərə dair ipoteka yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi və bu barədə müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı şəxsə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2194/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2194/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - D
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver