Məhkəmə qərarları › İş №2(005)-2199/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2199/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2199/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Zirəddin qızı maraqlı şəxs 4 saylı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 09.05.1959-cu il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş X9 22 fevral 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 09 may 1959-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş X15 ərizəçinin anasıdır. Ərizəçinin anası ölən günə qədər ünvan 1 ünvanda yaşamışdır. 22 fevral 2021-ci il tarixdə ərizəçinin anasının səhhəti qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq anasının yaşadığı ünvan 1 ünvana həkim dəvət etmişlər. Lakin təcili tibbi yardım həkimləri gələnədək ərizəçinin anası evdə ölmüşdür. Ərizəçi anasını 22 fevral 2021-ci il tarixdə Suraxanı rayonu Günəşli qəbirstanlıqda dəfn edildiyini bildirmişdir. Ərizəçinin bütün qohumları ərizəçinin anasının yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də ərizəçinin anasının ölməsi faktını təsdiq edə bilərlər. 22 fevral 2021-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri ərizəçinin anasının öldüyünü görüb sahə həkimi üçün xəbərdalıq vərəqəsi vermişdir. Ərizəçi həmin xəbərdarlıq vərəqəsi ilə Maraqlı şəxsnə gedərək anasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Maraqlı şəxsndən ərizəçinin anası X9 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ərizəçinin anası 22 fevral 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ərizəçiyə bir sıra hüquqi məsələlərin həli edilməsinə görə ölüm haqqında şəhadətnamə almağı üçün lazımdır. Ərizəçinin anası 22 fevral 2021 -ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ərizəçiyə bir sıra hüquqi məsələlərin həll edilməsinə görə ölüm haqqında şəhadətnamə almağı üçün lazımdır. Ərizəçinin anası X9 ölüm faktının müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə Nərimanov rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Maraqlı şəxs Qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, İsayeva Sona ərizəçinin anasıdır. Onun yüksək təzyiqi var idi. O, 40 gün bundan əvvəl vəfat edib. O, yas mərasimində iştirak etdiyini və yas mərasiminin Binə qəsəbəsində keçirildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid Təmirli İlham Fərman oğlu ifadəsində bildirmişdir ki, İsayeva Sona onun qardaşının qaynanası, bacısının baldızıdır. O, 5-6 il idi ki, xəstəlikdən əziyyət çəkirdi. O, Binə qəsəbəsində vəfat edib və 1 ay yarım bundan əvvəl Əhmədli qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 15.03.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 22.02.2021-ci il tarixdə xəstənin yanına gəlmə vaxtı 02:29 dəqiqə olmuşdur. Aparılmış müalicə tədbirləri nəticəsində həkimə qədər qadın cinsli meydi müəyyən edilmişdir. Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin 15.03.2021-ci il tarixli 256 nömrəli arayışından görünür ki, Ərizəçi ondan ötrü ki, anası X2 qəsəbə qəbirstanlıqlında 22.02.2021-ci il tarixində dəfn edilmişdir. AA1276629 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 09.05.1959-cu il tarixdə doğulmuşdur. Vİ-TИ № 392471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X5 xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuşdur. X1, anası isə X12r. Vİİ-ЖГ № 442449 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təmirov Kamal Fərman oğlu ilə X6 08 aprel 2003-cü ildə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında183 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” X8 10.03.2021-ci il tarixli 05/Q-718/15 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 09.05.1959-cu ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş X15 22.02.2021-ci ildə vəfat etmiş və 22.02.2021-ci ildə Qaraçuxur qəsəbəsi ərazisindəki qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 09.05.1959-cu il təvəllüdlü, Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş X15 22.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.05.1959-cu il təvəllüdlü X9 22 fevral 2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar