Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2230/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi X21 oglunun iştirakı ilə, Ərizəçi X21 oglunun Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X21 oglu Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X15 ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2003-cü ildə X5 ilə Lənkəran ŞİHB-nın Aşağı- Nüvədi qəsəbə ərazi vahidi nümayəndəliyində rəsmi qaydada nikah daxil olmuşdur. Rəsmi nikahdan 3 övladı dünyaya gəlmişdir. 10 ildən atıqdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989- məhəllə, Ə.Əliyev küçəsi ev 26 mənzil 531-də ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. X1 xx xxxxxx 2005-ci ildə Lənkəran rayonunun Kənarmeşə kəndində doğulmuşdur. Yuxarıda qeyd etdiyi ünvanda yaşayır, Nərimanov rayonu 45 saylı orta məktəbin 10cu sinifində oxuyurdu. xx xxxxxx 2021-ci il tarixdə 18 radələrində yaşadığı mənzilin hamam otağında sürüşərək alın nahiyyəsi hamam otağının döşəməsinə dəymiş təcili yardım və onların səylərinə baxmayaraq ayılmamışdı. Qızının qəfil ölməsi onu və ailə üzvlərini dəhşətli dərəcədə sarsıtdı. Hadisə yerinə gələn Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun əməkdaşları ona proseduru izah etdilər. Həmin zaman o və ailə üzvləri qəfil baş verən hadisənin şokunu yaşayırdılar, keçirdikləri sarsıntı onlarda şok effekti yaratmışdı. Bu səbəbdən meyidin daxili müayinəsinə qəti şəkildə etiraz etmişlər. Bununla bağlı o və həyat yoldaşı ərizə ilə Nərimanov Rayon Prokurorluğuna müraciət etmişlər. Həmin gecə qohumların və dostların köməyi ilə qızı doğulduğu Lənkəran rayonunun Kənarmeşə kəndinə aparmışlar. Səhəri, yəni xx xxxxxx 2021-ci il tarixdə qohumların və kənd camaatının iştirakı ilə mərhum qızını Lənkəran rayonunun Kənarmeşə kənd qəbirstanlığında dəfn etmişlər. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Kənarmeşə Kənd İnizbati Ərazi dairəsi üzrə nümayəndiliyindən verilmiş 12-6/104 saylı 0xx xxxx 2021-ci il tarixli arayış da bunu təsdiq edir. Hadisə yerinə çağırışa gəlmiş təcili tibbi yardım briqadasının təqdim etdiyi siqnal kağızını keçirtdiyi şok nəticəsində həmin qarşılıqda itirmişlər. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı Şəhər Təcili və X9 Stansiyası” Publik HÜQUQİ Şəxs tərəfindən verilmiş N:57 saylı xx xxxx 2021-ci il tarixli məktubda da qızının ölümü öz əksini tapmışdır. Bakı şəhər Nərimanov Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsi olaraq cinayət işi başlanmasından imtina etmişlər. Ərizəçi X21 oglu məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi X10 izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci il təvəllüdlüdür. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 oglu X5 ilə xx xxxxxx 2003-cü ildə rəsmi nikaha daxil olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2003-cü il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Atası X15, anası X2r. İşdə olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Kənarmeşə Kənd İnizbati Ərazi dairəsi üzrə nümayəndiliyindən verilmiş 12-6/104 saylı 0xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X8 xx xxxxxx 2020-ci il tarixdə Lənkəran rayonunun Kənarmeşə kəndinə dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən xx xxxx 2021-ci il tarixdə X12 verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Məhkəmə iclasında ifadə ərizəçinin qonşusu X13 və ərizəçinin dostu X11 ifadələrində bildirdilər ki, ərizəçinin qızı X8 xx xxxxxx 2021-ci il tarixdə 18 radələrində yaşadığı mənzilin hamam otağında sürüşərək alın nahiyyəsi hamam otağının döşəməsinə dəymiş və keçinmişdir. X8 xx xxxxxx 2020-ci il tarixdə Lənkəran rayonunun Kənarmeşə kəndinə dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X4 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2230/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2230/2021
29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver