Məhkəmə qərarları › İş №2(005)-2253/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2253/2023

15.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2253/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 mart 2023-cü ildə MŞB/13/2023-00228 qeydiyyat nömrəli mediator X4 bağladığı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o , keçmiş həyat yoldaşı, Maraqlı şəxs qarşı alimentin artırılması ilə bağlı 13 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Barışıq sazişinə əsasən birgə nikahdan olan övladlarının saxlanılması üçün hər ay Maraqlı şəxs tərəfindən 220 manat aliment ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin Maraqlı şəxs barışıq sazişini ödəməkdən qərəzli şəkildə imtina edir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs hal-hazırda əmək fəaliyyəti ilə məşğul olmadığından aliment ödəmək iqtidarında deyildir. Bu səbəbdən ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/13/2023-00228 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

1. Tərəflər razılaşır ki, birgə nikahlarından doğulmuş 20 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay aprel ayının 25dən başlayaraq 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınaraq Ərizəçi verilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-878/2018 saylı, 28 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 223 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 20 yanvar 2014-cü il təvəllüdlü X5 anası Ərizəçi yanında qalması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi xeyrinə xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhər Nərimanov rayon sektoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, Füzuli rayon, Mollavəli kəndindən məcburi köçkün Rüstəmova X8 rayonu, Koroğlu Rəhimov küçəsi 824/835-ci məhəllə ünvanında müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X6 tərəfindən tərəflər arasında 29 mart 2023-cü il tarixdə təsdiq edilən barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/13/2023-00228 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. 1.Tərəflər razılaşır ki, birgə nikahlarından doğulmuş 20 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay aprel ayının 25-dən başlayaraq 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınaraq Ərizəçi verilsin; Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar