Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2272/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 01.07.1950-ci il tarixdə doğulmuş həyat yoldaşı X6 21.03.2001-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X10 01.07.1950-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. O, 21.03.2001-ci il tarixdə qəflətən yaşadıqları ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri, Keşlə qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün əraiz üzrə Maraqlı şəxsnə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum həyat yoldaşı X10 oğlunun adına ölüm haqqında şəhadətnamə verilmədi. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anası, mərhum Əliyev Dilqəm isə onun atasıdır. O 2001-ci ilin mart ayında hərbi xidmətdə olarkən atası vəfat etmişdir. Mərhum keşlə qəbirstanlığında dəfn edilmişdir. Mərhum Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdə vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun rəfiqəsidir. Dilqəm isə onun həyat yoldaşı olmuşdur. Mərhum 2001-ci ildə Bakı şəhərində vəfat edib. Öz evində ürək tutmasından vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 02.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 18.03.2021-ci il tarixli 23 nömrəli arayışından görünür ki, Ərizəçi (ərizəsinə əsasən) ondan ötəri ki, həqiqətən onun həyat yoldaşı X3 rayonu, Keşlə qəbirstanlığında 21.03.2001-ci il tarixində dəfn olunmuşdur. Nərimanov RPİ tərəfindən verilmiş 09.02.2013-cü il tarixli AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə İmişli şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs 30.03.2021-ci il tarixli 68 nömrəli məktubundan görünür ki, X6 ölümünün qeydiyyata alınması barədə 18.03.2021-ci il tarixlə ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilimiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. XVİ-ЖГ 623589 nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01.07.1950ci il tarixdə İmişli şəhərində doğlumuşdur. İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.04.1979-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 04.04.1979-cu il tarixdə X10 ilə X2 nikahları bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Maraqlı şəxs 17.04.2021-ci il tarixli 725 nömrəli məktubda qeyd edilmişdir ki, işin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanının olmadığına görə işə cavabdehin iştirkaı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 01.07.1950-ci il tarixdə İmişli şəhərində anadan olmuş X10 21.03.2001-ci il tarixdə vəfat edib. 21.03.2001-ci il tarixdə Keşlə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 07.11.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1950-ci il təvəllüdlü X6 21.03.2001-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2272/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2272/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver