Məhkəmə qərarları › İş №2(005)-2277/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2277/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2277/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, mərhum X6 onun anası idi. O, 01.05.1937-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 14 dekabr 2020-ci il tarixdə anası X3 vəziyyəti ağırlaşmış və X15 gələnə qədər o, vəfat etmişdir. Həmin tarixdə BŞT və TTYS-nin 8 saylı bölməsi tərəfindən ******* nömrəli müşayiət vərəqəsi verilmişdir. Anası Binəqədi rayonunda yerləşən 3 saylı şəhər qəbirstanlığında dəfn etmişlər. Bundan sonra, BŞT və TTYS-nin 8 saylı bölməsi tərəfindən verilmiş ******* nömrəli müşayiət vərəqəsi əsasında ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamənin alınmasından ötrü Bakı şəhəri 4 saylı şəhər poliklinikasına müraciət etmişdir. Ona şifahi formada bildirildi ki, poliklinikada mərhum X3 adına tibbi kartoçka yoxdur. Bu səbəbdən, ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. Daha sonra anası X3 ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxs2nə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Maraqlı şəxs2 23.01.2021 ci il tarixli, 19 saylı imtina məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınması bildirilmişdir. Sonradan 22.02.2021 -ci il tarixdə tibbi şəhadətnamənin alınmasından ötrü Bakı şəhəri 4 saylı şəhər poliklinikasına ərizə ilə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Qeyd edir ki, tibbi şəhadətnaməni aldıqdan sonra ölümün qeydə alınması ilə bağlı 10 gün müddətində Maraqlı şəxs2nə müraciət etməli idi. Hal-hazırda həmin müddəti ötürmüşdür. Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, mərhum X3 14 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxs2nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda 03.05.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X9 ifadəsində X3 14 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini və Biləcəri qəbristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində X3 14 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini ifadəsində təsdiq etdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin 23.01.2021-ci il tarixli, 19 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs2 Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Biləcəri Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli, A-214 №-li arayışından görünür ki, Ərizəçi 14.12.2020-ci il tarixdə vəfat etmiş və o, Binəqədi rayon, Biləcəri qəsəbəsində 3 saylı qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 14 dekabr 2020-ci il tarixli 04 saylı arayışından görünür ki, 01.05.1937-ci il tarixdə anadan olmuş X6 yaşadığı ünvan 1 ünvanında 14.12.2020-ci il tarixdə saat 07:00 radələrində vəfat etmişdir. İş materiallarında olan i doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X8 Stansiyasının 8 saylı bölməsinin xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu, Qədirli küçəsi ev 138 ünvanında 14.12.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 01.05.1937-ci il təvəllüdlü X3 14 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.05.1937-ci il təvəllüdlü X3 14 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar