Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2318/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Bayramov Rəşad Mirələm oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MTK-a qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-a qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-n’ məxsus xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının həyata keçirilməsinə qoyulmuş süni manelərin aradan qaldırılması, qanunsuz sökülmüş sahənin bərpa edilməsi, həmin sahədə aparılan söküntü və tikinti işlərinə qadağa qoymaqla onun xeyrinə 50000 maddi və 10000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30 aprel 2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-a qarşı olan iddiadan imtina etdiyini, bunu nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən, iddia tələbindən imtina üçüncü şəxslərin maraqlarına toxunmadığından imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.2.-ci maddəsinə əsasən işə xitam verilməsinə dair məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh MTK-nə qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələblərindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh MTK-a qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2318/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2318/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver