Məhkəmə qərarları › İş №2(005)-2391/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2391/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2391/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon Məhkəməsinin 27 mart 2019-u il tarixli 2 (007)-466/2019 saylı qətnaməsi ilə 15 may 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə tutlması qət edilmiş alimentin məbləğini dəyişdirərək, hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(007)-466/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuş, həmin nikahdan doğulmuş 15 may 2014-cü il təvəllüdlü Mönsumlu inci Qüdrət qızı iddiaçının (anasıın) yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə çıxarılan tarixdən xeyli müddət keçib. Bu müddət ərzində uşaq böyümüş, onun tələbatları artmış, habelə iqtisadiyyatda da müxtəlif dəyişikliklər baş verdiyi üçün müxtəlif qiymət yüksəlişi hiss olunur. Bu müddət ərzində uşaq orta məktəbdə təhsilə başlamışdır, bu da öz növbəsində yeni xərclərə səbəb olmuşdur. Minimum yaşayış həddi artdığı üçün, hazırda 160 manat pul məbləğində ödənilən aliment uşağın sağlamlığına, təhsilinə, dünyagörüşünün artırılmasına xərclənən məsrəfləri ödəmir. Cavabdeh bir müddət aliment öhdəliyinin icrasından qəsdən yayınmışdır, icraçı tərəfindən müxtəlif inzibati tədbirlər görülmüşdür, hazırda da 700 manata yaxın borcu vardır. Cavabdeh aliment öhdəliyini vaxtlı vaxtında icra etmir. Məhkəmə göstərilənləri nəzərə alaraq tutulan alimentin sabit pul məbləğində müəyyən etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 25 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı M.Ağayev küçəsi, 25 a saylı mənzildə qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1988-ci ildə Ermənistan respublikası, Meqri rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə doğlumuşdur. AA1108445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 15.05.2014-ci ildə doğlumuşdur. AZ-İ №365028 nömrəli, 25.09.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X1 nikahı Nizami rayon məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Bu barədə akt qeydləri kitabında 228 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ № 333902 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X10 15.05.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 592 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli 2(005)-466/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək X9 ilə Mönsümova (Abbasova) Gülnar Rizvan qızı arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış və 25 iyun 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 915 nömrə ilə qeyd edilmiş nikah pozularaq, tərəflərin birgə nikahından 15 may 2014-cü il tarixdə doğulmuş X10 anası Mönsümova (Abbasova) Gülnar Rizvan qızının yanında qalması, X6 15 noyabr 2018-ci il tarixdən 20 dekabr 2018-ci il tarixədək olan müddət üçün 160,0 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, 15 may 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mönsümova (Abbasova) Gülnar Rizvan qızına verilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, X13 oğlundan 15.05.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində sabit pul miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli 2(005)-466/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh X4 qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15.05.2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment hesablanaraq iddiaçı X7 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar