Məhkəmə qərarları › İş №2(005)-2486/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2486/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2486/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı İnqlab qızının Cavabdeh qarşı “alimentin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İnqlab qızının Cavabdeh qarşı “alimentin ödənilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14.03.2015-ci il və 29.04.2018-ci illdə doğulmuş iki qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancından 200 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikah 2019-cu ilin 06-cı ayının 01-ci günündə pozulmuş və bu barədə Nərimanov rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamədə vermişdir. Cavabdehlə birgə nikahlı münasibətlərindən iki uşaq 14.03.2015-ci il tarixində bir qızı -X5 və 29.04.2018-ci il tarixində X6 anadan olmuşdur. Boşanan ərəfədə cavabdehin səhhətində problem olduğuna görə aliment tələb olunmamışdır. Uşaqları saxlamaq iddiaçı üçün maddi cəhətdən çətin olduğuna görə cavabdehdən aliment tələb edir. Hal-hazırda cavabdeh işlədiyinə görə aliment vermə gücünə malikdir. İddiaçı İnqlab qızı 27.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək səhəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan mülki işə baxıb iddia tələbinin təmin olunmasnı məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 14.04.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Əliskəndərova X14 rayonu, Pirəhmədli ərazi dairəsi, pirəhmədli kənd ünvanında qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İnqlab qızı xx.xx.1989-cu il tarixdə doğulmuşdur. Bakı Şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 01.06.2019-cu il tarixli, AZ- İ№323842 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı İnqlab qızının nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08.04.2015-ci il tarixli, AZ-İİİ№517219 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X3 14.03.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı İnqlab qızıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2025 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 22.05.2018-ci il tarixli, AZ-İV№120068 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X4 29.04.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı İnqlab qızıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2590 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin20.04.2021-ci il tarixli 798 nömrəli arayışından görünür ki, Əliskəndərova X14 rayonundan məcburi köçkündür. Ə.Qayıbov 24 ünvanında müvəqqəti məskunlaşmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(005)- 1858/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək X7 ilə Əliskəndərova (Sadıqova) Vahidə İnqlab qızı arasında Bakı şəhəri Nərimanov Rayon qeydiyya şöbəsində 11 noyabr 2014-cü il tarixdə 564 saylı akt qeydi ilə bağlanmış nikah pozulmaqla, tərəflərin birgə nikahlarından doğulmuş 14 mart 2015-ci il təvəllüdlü X5 və 29 aprel 2018-ci il təvəllüdlü X6 anaları Əliskəndərova (Sadıqova) Vahidə İnqlab qızının yanında saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmədə mülki iş materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən 14 mart 2015-cı il X5 və 29 aprel 2018-ci il təvəllüdlü X6 doğulmuşlar, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşağları isə iddiaçı ilə birlikdə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(005)-1858/2019 saylı qətnaməsi ilə aliment məbləği tutulmamışdır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladlarının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması 16.04.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 14 mart 2015-cı il X5 və 29 aprel 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat hər ay sabit pul məbləğində aliment İddiaçı İnqlab qızına ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 14 mart 2015-cı il təvəllüdlü X2 və 29 aprel 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilkdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı İnqlab qızına ödənilsin. Alimentin tutulması vaxtı 16.04.2021-ci il tarixindən hesabla nsın. İddia qalan hissədə təmin ediməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar