Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2539/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 12.04.2021 tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X10 onun atasıdır. O, 13.01.1936 tarixdə Bakı şəhərində doğulub və 12.04.2021 tarixdə ünvan 1 ünvanında qeydiyyatda olaraq, faktiki ünvan 2 ünvanda atası 12.04.2021 tarixində evdə yatarkan dünyasini dəyişib. X25 briqadası gəlib ölüm faktını ölüm haqqında xəbərdarlıq vərəqəsini verməklə təsdiqləmişdir. Mərhum 13.04.2021 tarixində, Xızı rayonu, Şorabad qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. O, 13.04.2021 tarixdə Bakı şəhər Maraqlı şəxsnə mərhum atasının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktını təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması ücün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindəyə qalmışdır. Həmçinin ölüm haqqında şəhadətnamə alınmadan, mərhum atasının qeydiyyatda olan ünvandan qeydiyyatdan çıxarılması mümkün deyil. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 08 may 2021-ci il tarixli 840 nömrəli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 ifadə verərək bildirmişdir ki, ərizəçi onun oğludur. Mərhum həyat yoldaşı X10 12 aprel 2021-ci il tarixdə yaşadığı mənzildə vəfat etmişdir və Xızı rayonu, Şorabad qəsəbə qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Oktyabr Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 fevral 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadıtnamədən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X9r. Oktyabr Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyul 1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadıtnamədən görünür ki, X5 13.01.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçihüseyn Hüseyn oğlu, anası X4r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 01916547 №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev V, mənzil 4 xüsusi mülkiyyət kimi 27.06.2013-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. İşdə olan Vətəndaşlıq Vəziyyəti aktlarının reyestr xidmətinin verdiyi 17 aprel 2021-ci il tarixli məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 12.10.2020-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyronilorkən H.Əsgərovun ölümü barədə məlumat aşkar olunmamışdır. Qeyd edilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən ölümün tibb müəssisəsinin sənədi əsasında dövlət qeydiyyatına alınması üçün qeydiyyat şöbəsinə, müvafiq sənəd olmadıqda isə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Bakı şəhəri Təcili və X14 Stansiyasının 1 nömrəli Bölməsinin 12 aprel 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 12 aprel 2021-ci il saat 16:16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev V, mənzil 1-2-4-ə X2 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm (kişi cinsli meyid) diaqnozu qoyulmuşdur; Xızı rayon Şorabad Bələdiyyəsinin 19 aprel 2021-ci il tarixli, 11№-li arayışından görünür ki, 12.04.2021-ci il tarixdə vəfat etmiş Bakı şəhər sakini X11 həqiqətən Xızı rayon Şorabad qəsəbə qəbirsanlığında dəfn olunmuşdur. Oktyabr Rayon ZAQS Şöbəsinin İ-JQ 277890 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X13 arasında 26 aprel 1974-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 aprel 1974-cü il tarixdə 415 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X3 13.01.1936-cı il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.01.1936-cı il təvəllüdlü X3 12 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2539/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2539/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver