Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2542/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5, Qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və "xxxx" MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh MTK-ya və "xxxx" MMCyə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin onun istifadəsinə və sahibliyinə verilməsi, həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə əlavə cavabdeh kimi "xxxx" MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin onun istifadəsinə və sahibliyinə verilməsi, həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qız övladlarına mənzil almaq məqsədi ilə İddiaçı və həyat yoldaşı Əliş Paşayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən 5 otaqlı mənzillərini satmışlar və Cavabdeh MTK (Kooperativ) tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evindən mənzil almaq qərarına gəlmişlər. Kooperativin təsisçiləri və direktoru ilə görüşüb danışıqlar aparandan sonra razılıq əldə olunmuşdur. 14 dekabr 2018-ci il tarixdə ünvan 1 üııvanda tikilən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilin alınması barədə Cavabdeh MTK ilə İddiaçı ilə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə mənzilin hər kv.metrinin dəyəri 1300 manat qiymətləndirilməklə ümumi dəyəri 109551 manat müəyyən edilmişdir. Müqavilə bağlanan gün o, həyat yoldaşı ilə birlikdə 109 551 manat məbləğində pulu Cavabdeh MTK-ya tam ödəyərək üzərimə götürdüyüm öhdəliyi yerinə yetirmiş və mənzilin dəyərinin tam ödənilməsinə və borcunun olmamasına dair 14 dekabr 2018-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. Mənzili alınan gün ikinci övladlarına da həmin binadan mənzil almaq istədiklərini Kooperativin rəhbərliyinə bildirmişlər. İki gündən sonra həyat yoldaşı ilə telefon əlaqəsi saxlayaraq həmin binadan 2 otaqlı mənzilin satışa çıxarıldığı bildirilmişdir. 17 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanda tikilən 21 mərtəbəli binanın B blokunun 19-cu mərtəbəsində 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilin alınması barədə Cavabdeh MTK ilə İddiaçı arasında B-125/19 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə mənzilin hər kv.metrinin dəyəri 1300 manat qiymətləndirilməklə ümumi dəyəri 109551 manat müəyyən edilmişdir. Müqavilə bağlanan gün o, 109551 manat məbləğində pulu Cavabdeh MTK-ya tam ödəyərək üzərimə götürdüyü öhdəliyi yerinə yetirmiş və mənzilin dəyərinin tam ödənilməsinə və borcunun olmamasına dair 17 dekabr 2018-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. Lakin, bu yaxınlarda internet vasitəsi ilə ona məlum olmuşdur ki, Cavabdeh MTK-nın təsisçiləri arasında qalmaqal yaranmış və mənzillərin satışı ilə bağlı mübahisə yaranmışdır. Səhəri gün İddiaçı həyat yoldaşı ilə birlikdə dərhal Kooperativin ofisinə gedərək orada kooperativin payçıları ilə təsisçilər və kooperativin direktoru arasında mübahisə olduğunun şahidi olmuşdur. Kooperativin rəhbərliyi həyat yoldaşının sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan mənzillərlə bağlı heç bir problem yoxdur və yaranmış mübahisə kooperativin təsisçiləri arasında olan problemdir və onlara heç bir aidiyyatı yoxdur. Şifahi danışıqlardan sonra rəsmi qaydada ərizə ilə cavabdeh təşkilata müraciət edərək yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsini xahiş etsə də, onun müraciətləri cavabsız qalmışdır. Cavabdeh təşkilatla bağlı qalmaqal davam etdiyindən və mənzillər bu gün kooperativin təsisçiləri və direktoru tərəfindən ona təhvil verilmədiyindən o, mənzil tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Digər tərəfdən, onunla Kooperativ arasında bağlanmış 14.12.2018 və 17.12.2018-ci il tarixli müqavilələr mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki, Cavabdeh MTK mübahisəli mənzilləri inşa edərək ona təhvil verməyi, o isə həmin mənzillərinin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. O, müqavilə üzrə öhdəliyini icra etmiş və Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən hər bir mənzilə görə müqavilədə nəzərdə tutulmuş 109551,00 manat məbləğində pulun cavabdehə ödəmişdir və belələliklə də, öhdəliyini yerinə yetirməklə mənzillərə sahiblik və istifadə hüququ əldə etmişəm. Eyni zamanda bildirilmişdir ki, şifahi danışıqlardan sonra rəsmi qaydada ərizə ilə cavabdeh təşkilata müraciət edərək yaranmış mübahisə məhkəmədən kənar həll edilməsini xahiş etsə də, İddiaçı müraciətləri cavabsız qalmışdır. Cavabdeh təşkilatla bağlı qalmaqal davam etdiyindən və mənzillər gün kooperativin təsisçiləri və direktoru tərəfindən ona təhvil verilmədiyindən mənzil tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və sonradan ona məlum olmuşdur ki, Cavabdeh MTK ilə "xxxx" MMC arasında ünvan 3 ünvanda inşa edilmiş bina ilə bağ mübahisə mövcuddur. Belə olan halda hesab edir ki, "xxxx" MMC də hazırki iş üzr iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi X3 “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə 22.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 14 dekabr 2018-ci il tarixli B-125/19 saylı və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 17 dekabr 2018-ci il tarixli B-125/19 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı “KONSTRA" MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı, 14 dekabr 2018-ci il tarixli B-119/15 saylı müqavilə və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv. m yaşayış sahəsi 7/, 80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzillərə 17 dekabr 2018-ci il tarixli 8-12519 saylı müqavilə bağlamışdır. Əlavə olaraq bildirilmişdir ki, ünvan 5 ünvanda 25 yanvar 2018-ci tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1.X11-50 manat, 50 pay haqqı, 50%, 2.X22 - 20 manat, 20 pay haqqı, 20%, 3.X15 - 5 manat, 5 pay haqqı, 5%, 4.X7 5 manat, 5 pay haqqı. 5% və X23 20 manat, 20 pay haqqı, 20%) "xxxx" Mənzil-Tikinti Kooperatim təsis etmişlər. "KONSTRA” Mənzil-Tikinti Kooperati ünvan 6 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx" MMC və "xxxx" MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "ORXAN TİT” MMC ilə "KONSTRA MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi də tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 7 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X12, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X22 tərəfindən aparılması, X8 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X6 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X16 tərəfindən kooperativin digər üzvü X6 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. "KONSTRA ” MTK-nın üzvü X16 tərəfindən "KONSTRA” MTK-nın digər üzvü X6 verilən 29 yanvar 2018-ci tl tarixli 7E-İ466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "ORXAN TİT” MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X4 qeyri qanuni hərəkətlərindən xəbər tutan X16 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur kı, X13 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X22 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslrə satmışdır. X13 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaş Əliyev Tahir Təmiraz oğlu və X22 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 8 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzillərə mənzillərə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. Belə ki, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, iddiaçı "xxxx"MTK-ya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X23, X14, X19 etibardan sui istifadə edərək; qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: Cavabdeh MTK-nin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 4 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın balansında mənzil olmayıb və hal-hazırdada yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də 2(005)-1223/2021 saylı mülki işin tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 14 dekabr 2018-ci il tarixli B- 119/15 saylı müqavilə və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 17 dekabr 2018ci il tarixli B-125/19 saylı müqavilələr əhəmiyyətsiz müqavilələrdir. Əhəmiyyətsiz müqavilələr bağlandığı andan etibarsızdır. Belə olan halda göstərilən 14 dekabr 2018-ci il tarixli B-119/15 saylı və 17 dekabr 2018- ci il tarixli B-125/19 saylı müqavilələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi X17 izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi X3 ilkin iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə\ baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh 17.12.2018-ci il tarixli B-125/19 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71,80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B04 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh MTK-nın 17.12.2018-ci il tarixli 100 nömrəli maliyyə arayışının surətindən görünür ki, arayış İddiaçı ona görə ki, verilmişdir ki, o həqiqətən Cavabdeh MTK-nın ünvan 4 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 19-cu mərtəbəsində yerləşən, B04 mənzil, ümumi sahəsi 84.72 m2, yaşayış sahəsi 71,80m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə B-125/19 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Cavabdeh 14.12.2018-ci il tarixli B-119/15 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71,80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B04 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh MTK-nın 14.12.2018-ci il tarixli 094 nömrəli maliyyə arayışının surətindən görünür ki, arayış İddiaçı ona verilmişdir ki, o həqiqətən Cavabdeh MTK-nın ünvan 4 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 15-ci mərtəbəsində yerləşən, B04 mənzil, ümumi sahəsi 84.72 m2, yaşayış sahəsi 71,80m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə B-119/15 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. 28.08.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. 22.06.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh MTK məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-nin, Cavabdeh MTK-nın direktoru X9 ünvanlanmış 18.04.2019-cu il tarixli 12/72, 24.06.2019-cu il tarixli 12/79, 10.07.2019-cu il tarixli 12/62 nömrəli bildirişxəbərdarlıqların surətindən görünür ki, “"xxxx" MMC ilə Konstra MTK arasında 05 iyul 2018-cı ildə 0507/01 -18 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən BŞİH başçısının 29.12.2015-cı il tarixli 566 saylı sərəncamı və 15.12.2016-cı ildə 539 saylı Nərimanov rayonu, M.Sənani küçəsi 13/15-də 3 girişli, 21 mərtəbəli və 2 səviyyəli zirzəmi mərtəbəsinin tikintisinə icazəsi verilmiş "xxxx" MMC-yə məxsus olan ərazidə tikintiquraşdırma işlərinin 24 (iyirmi dörd) ay müddətində başa çatdırılması nəzərdə tutulurdu. Bu 'müqavilənin bağlandığı vaxtdan indiyədək tikinti quraşdırma işlərinin 30%-dək həcmində yerinə, yetirilmişdir. Tikinti-quraşdırma işlərinin Konstra MTK tərəfindən gecıkdirilməsi ilə bağlı Konstra MTK- da dəfələrlə şifahi xəbərdarlıq edildiyi, 18 aprel 2019cu il 12/72 saylı və 24 iyun 2019-cu ıl 12/73 savlı bildiriş-xəbərdarlıqlar göndərilmişdir. Təəssüf ki, bu xəbərdarlıqlardan da Cavabdeh MTK heç bir nəticə çıxarmamış və tikinti işlərinin sürətini artırmaq üçün heç bir addım atmamışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq indiyədək Konstra MTK görülən işlər barədə Orxan TİT MMC-yə heç bır rəsmi hesabat verməmişdir. Müqavilənin 9-cu maddəsindəki 9.1, 9.1.1, 9.1.2, 9 1.3 bəndlərinə əsasən "xxxx" MMC şirkətə dəyən zərəri azaltmaq üçün və «C» blokundakı tikinti işlərini Cavabdeh MTK-nın başlaya bilmədiyi üçün «C» blokundakı tikinti-quraşdırma işlərini başa çatdırmaq üçün müqavilə əsasında başqa bir şirkətə verməyi qərara almışdır. Son olaraq Cavabdeh MTK-ya xəbərdarlıq edərək onlara işlərində ciddi dönüş yaratmağı «A» və «B» bloklarında görüləcək işləri sürətləndirməyi, görülən işlər barədə ətraflı rəsmi hesabat vermələrini və tərəfinizdən təqdim olunacaq Forma-2-ləri təsdiq edərək görülmüş işlərin tanınmasına dəvət edildiyi bildirilmişdir. ”Orxan TİT” MMC-nin 07 yanvar 2020-ci il tarixli təhvil-təslim altının surətindən görünür ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 9 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. Cavabdeh MTK-nın 30.10.2019-cu il tarixli 03 nömrəli qərarının surətindən görünür ki, 05.10.2019-cu ildə "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış razılaşma müqaviləsində 05.07.2018-ci il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1,2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıü yalnız “Şəhər incisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etmişdir. 05 iyul 2018-ci il tarixli №0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 10ət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X10 şəxsində, bundan sonra “sifarişçi” adalandırılacaq və digər tərəfdən Cavabdeh MTK (VÖEN: **********), X13 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 6 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gələrək ehtimal olunan qiymət 5.000.000.00 manatı, ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. 21.01.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi "xxxx" MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 25.02.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, sifarişçi "xxxx" MMC tərəfindən A bloku üzrə, ümumi sahəsi 1681.86 kv.m olan 27 ədəd mənzilin podratçı “Konstra MTK”-a verilməsi barədə razılığa gəlmişlər. Cavabdeh 01 və 02 nömrəli 02.12.2019-cu il tarixli və 09.12.2019-cu il tarixli əmrlərin surətində qeyd edilmişdir ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixdə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus ünvan 9 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. Məhkəmə hər iki (ilk və qarşılıqlı) iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına uyğun əsaslanıdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mənzil Məcəlləsinin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh Mənzil Tikinti Kooperativi icraçı direktoru X6 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X13 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X13 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd olunan hal ardı-arda bir neçə iddiaçının iddia tələbi yaranmasına əsas olmuşdur. Bundan başqa o da qeyd edilməlidir ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddiaçının iddia tələbində qeyd etdiyi hər iki cavabdehə yönələn tələbə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüququnu şərtləndirir. Öhdəliklə bağlı Cavabdeh MTK-nın müqavilə bağlaması isə, "xxxx" MMC-nin deyil məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Qarşılıqlı iddia tələbi üzrə verilmiş ayrıca ərizə ilə cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 265.4cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Məhkəmə ilk iddia üzrə müqavilənin etibarlılığını nəzərə alıb yuxarıda qeyd edilənlərə əsaslanaraq qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, ilkin və qarşılıqlı iddiaçının iddia ərizələrində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzili və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə təhvil verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2542/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2542/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver