Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2653/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit tələbinə dair Cavabdeh 1388.10 ABŞ dolları, faiz borcu 907.02 ABŞ dollan, cəmi 2295.12 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilən iddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında 19.02.2015-ci il tarixdə № 10-15-11-005263 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 28 % olmaqla 48 ay müddətinədək 3173 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 19.02.2015-ci il tarixdə № 10-15-11-005263 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Bildirmək istəyir ki, aralarında bağlanmış 19.02.2015-ci il tarixdə № 10-15-11-005263 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 19.02.2015-ci il tarixdə № 10-15-11-005263 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16 % miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 56 % miqdarında cərimə faiz ödəyir. 19.02.2015-ci il tarixdə № 10-15-11-005263 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı Əlavəsindəki cədvələ uyğun olaraq ona aynlmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfmə ödəməlidir. 26.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 26.02.2021-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 1388.10 ABŞ dolları, faiz borcu 907.02 ABŞ dolları, cəmi 2295.12 ABŞ dolları təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 may 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 2021-ci il tarixə saat 09:45-ə təyin edilmiş məhkəmə prosesində nümayəndəsi iştirak edə bilməyəcəyindən, müvafiq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirib, mövcud sübutlar əsasında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini nəzərə alıb onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19 fevral 2015-ci il tarixli 10-15-11-005263 nömrəli Kredit sazişi müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında 48 ay müddətinə, illik 28% olmaqla 3173 ABŞ dolları məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. 10-15-11-005263 nömrəli Kredit sazişinə 1 saylı əlavədən görünür ki, Cavabdeh müqavilə üzrə aylıq 110,59 ABŞ dolları məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. 26.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka 1388,10 ABŞ dolları əsas, 907,02 ABŞ dolları faiz borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 21 avqust 2015-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə hesablanmış ödənilməmiş borcun 3 (üç) gün müddətində qaytarılması, əks təqdirdə müvafiq iddia ərizəsi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi ilə bağlı bank cavabdeh şəxsi xəbərdar etmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1388,10 ABŞ dolları əsas borc, 907,02 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 2295,12 ABŞ dolları (iki min iki yüz doxsan beş dollar on iki qəpik) məbləğində borc vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1388,10 ABŞ dolları əsas borc, 907,02 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 2.295,12 (iki min iki yüz doxsan beş dollar on iki sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2653/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2653/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver