Məhkəmə qərarları › İş №2(005)-2693/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2693/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2693/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 713 (yeddi yüz on üç) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə, 03.08.2019-cu il tarixli müqavilə üzrə LG markalı kondisioner üçün 1816 (min səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 549 (beş yüz qırx doqquz) manat dəbbə, 21.05.2019-cu il tarixli müqavilə üzrə LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV üçün 4331 (dörd min üç yüz otuz bir) manat ödənilməmiş hissə, 1170 (min yüz yetmiş)manat dəbbə, ümumilikdə 8793 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8823 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 15.09.2019-cu il, 03.08.2019-cu il və 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, LG markalı kondisioner, LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV almış və nəticədə 8793 (səkkiz min yeddi yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1101 (min yüz bir) manat (18 ay x 51 manat + 183 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 927 (doqquz yüz iyirmi yeddi) manat olmaqla ondan, 713 (yeddi yüz on üç) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2599 (iki min beş yüz doxsan doqquz) manat (18 ay x 141 manat + 61 manat ilkin ödəniş LG markalı kondisioner üçün ümumilikdə, 2365 (iki min üç yüz altmış beş) manat olmaqla ondan, 1816 (min səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 549 (beş yüz qırx doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6251 (altı min iki yüz əlli bir) manat (24 ay x 260 manat + 11 manat ilkin ödəniş) LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV üçün ümumilikdə, 5501 (beş min beş yüz bir) manat olmaqla ondan, 4331 (dörd min üç yüz otuz bir) manat ödənilməmiş hissə, 1170 (min yüz yetmiş) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 3091 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 15.09.2019-cu il tarixli, 00915859 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxx” MMC-dən qiyməti 1101 manat olan Samsung LED markalı televizoru almış və 18 ay müddətinə 183 manat ilkin ödəniş olmaqla ayda 51 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.08.2019-cu il tarixli əşyanın nisyə alqısatqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən X4 “xxxx” MMC-dən qiyməti 2599 manat olan LG markalı kondisioneri almış, 18 ay müddətinə 61 manat ilkin ödəniş olmaqla ayda 141 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2019-cu il tarixli, 00674597 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxx” MMC-dən qiyməti 6251 manat olan LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV almış və 24 ay müddətinə 11 manat ilkin ödəniş olmaqla, ayda 260 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 15.09.2019, 03.08.2019 və 21.05.2019-cu il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən Samsung LED TV, LG markalı kondisioner, LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV televizor Cavabdeh təhvil verilmişdir; “xxxx” MMC-nin 09.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 15.09.2019, 03.08.2019 və 21.05.2019-cu il tarixli müqavilələrinə əsasən “xxxx” MMC-dən Samsung LED TV, LG markalı kondisioner, LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV televizor almışdır. Cavabdeh bu günə kimi iki müqavilə üzrə 3091 manat ödəmiş, 09.04.2021-ci il tarixə cavabdehin cəmiyyətə 6860 manat məbləğində ödənilməmiş əsas borcu, 1933 manat dəbbə pulu borcu, cəmi 8793 manat borcu vardır; “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan 06.08.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; 12 aprel 2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı “xxxx” MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 15.09.2019, 03.08.2019 və 21.05.2019 -cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh “xxxx” MMC-dən qiyməti 1101 manat olan Samsung LED markalı televizoru almış və 18 ay müddətinə 183 manat ilkin ödəniş olmaqla ayda 51 manat ödəniş etməyi, qiyməti 2599 manat olan LG markalı kondisioneri almış, 18 ay müddətinə 61 manat ilkin ödəniş olmaqla ayda 141 manat ödəniş etməyi, qiyməti 6251 manat olan LG markalı qabyuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, Samsung LED TV almış və 24 ay müddətinə 11 manat ilkin ödəniş olmaqla, ayda 260 manat aylıq ödəniş etməyi bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı “xxxx” MMC Cavabdeh tərəfindən 09.04.2021-ci il tarixinə onun 6860 manat məbləğində ödənilməmiş əsas borcu, 1933 manat dəbbə pulu borcu, cəmi 8793 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 15.09.2019, 03.08.2019 və 21.05.2019-cu il tarixli müqavilələr üzrə yaranmış cəmi 6860 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə cavabdeh X4 arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 1087 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, 15.09.2019, 03.08.2019 və 21.05.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 214 manat, 549 manat və 1170 manat məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 manat, 100 manat və 200 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.09.2019, 03.08.2019 və 21.05.2019 -cu il tarixli müqavilələr üzrə 6860 manat məbləğində əsas, cəmi 350 manat məbləğində cərimə məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.09.2019, 03.08.2019 və 21.05.2019-cu il tarixli müqavilələr üzrə 6860 (altı min səkkiz yüz altmış) manat ödənilməmiş hissə, 350 (üç yüz əlli) manat dəbbə, cəmi 7210 (yeddi min iki yüz on) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar