Məhkəmə qərarları › İş №2(005)-2805/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2805/2021

03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2805/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, X5 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi, qətnamənin icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası, X9 10.02.1962-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Ələkli kəndində doğulmuşdur. X2 ünvan 1 ünvanmda ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, atası, X9 2 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Ölüm faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və X7 Stansiyası tərəfindən verilmiş 02.02.2021-ci il tarixli 0969 saylı xəbərdarlıq vərəqəsi ilə təsdiq olunur. O, 22.04.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsəm də qeydiyyat şöbəsi tərəfindən şəhadətnaməni verilməsindən imtina olunmuşdur. Qeyd etmək istəyir ki, mərhum X2nu Sabunçu rayonu, Bakıxanov qəbristanlığında dəfn edilmişdir. Halhazırda onun qəbri Sabunçu rayonu, Bakıxanov qəbristanlığında yerləşir. Mərhum atasının mülkiyyətində olan nəqliyyat vasitəsinin özgəninkiləşdirmək istədiyirlər. Bunun üçün X2nun ölüm faktının müəyyən edilməsi lazımdır. Ərizəçi məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, X2nun 02.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə iclasında şahid X10 ifadəsində ölən şəxsin qohumu olduğunu bildirərək, mərhumun 02 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Sabunçu qəsəbəsi “Müsəlman Qəbiristanlığı”nda dəfn edilməsi faktını təsdiqlədi. Naxçıvan Şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş 12.02.1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. X2, anası X1r. İşdə olan Vətəndaşlıq Vəziyyəti aktlarının reyestr xidmətinin verdiyi 23.04.2021-ci il tarixli, 88№-li məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 12.10.2020-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyronilorkən H.Əsgərovun ölümü barədə məlumat aşkar olunmamışdır. Qeyd edilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən ölümün tibb müəssisəsinin sənədi əsasında dövlət qeydiyyatına alınması üçün qeydiyyat şöbəsinə, müvafiq sənəd olmadıqda isə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 02 fevral 2021-ci il tarixdə həkimə qədər ölmüşdür. İşdə olan Sabunçu Rayon Bələdiyyəsinin 02 iyun 2021-ci il tarixli arayışına əsasən bildirilir ki, İsmayıl Mübariz oğlunun atası 1962-ci il təvəllüdlü Ərizəçi həqiqətən 02.02.2021-ci il tarixində Sabunçu qəsəbəsi “Müsəlman Qəbiristanlığı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X5 02 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X8 etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.02.1962-ci il təvəllüdlü X5 02.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar