Məhkəmə qərarları › İş №2(005)-2812/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2812/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2812/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-750/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh, Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, 09.08.2012-ci il təvəllüdlü X6 və 28.11.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulub mənə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X3 19 sentyabr 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 09.08.2012-ci il təvəllüdlü X6 və 28.11.2015-ci il təvəllüdlü X8 adlı övladı anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-750/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh ilə X3 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 19 sentyabr 2011-ci il tarixdə bağlanmış və 756 №si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan 09.08.2012-ci il təvəllüdlü X6 və 28.11.2015-ci il təvəllüdlü X5 onun yanında qalması, 04.12.2018-ci il təvəllüdlü 09.08.2012-ci il təvəllüdlü X6 və 28.11.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh övladının saxlanması üçün heç bir maddi yardım etmir, uşaqla maraqlanmır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 379583 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasındakı nikah 13 iyun 2020-ci il tarixdə pozulmuş, 162 nömrəli akt ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 953832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.08.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27 oktyabr 2012-ci il tarixdə 5442 nömrəsi ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3 yazılmışdır; Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 10 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 658242 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.11.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 10 dekabr 2015-ci il tarixdə 7152 nömrəsi ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3 yazılmışdır; Bakı Şəhəri Nərimanov Şayon Şəhkəməsinin 2(005)-750/2019 saylı, 17.01.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə X3 arasında Sumqayıt şəhər Nikah Evi tərəfindən 19.09.2011-ci il tarixdə 756 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, nikah pozulandan sonra 28.11.2015-ci il təvəllüdlü X8 və 09.08.2012-ci il təvəllüdlü X6 anaları X2 yanında saxlanılması, 04.12.2018-ci il tarixdən başlayaraq, Cavabdeh 28.11.2015-ci il təvəllüdlü X8 və 09.08.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat (üç yüz iyirmi manat) sabit pul məbləğində aliment X2 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamə dərhal icra olunması qət edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşagın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər uşağa 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli, qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)-750/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 28.11.2015-ci il təvəllüdlü X8 və 09.08.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar