Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2845/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, Kreditor MMC-nin Borclu qarşı borcun tutulması barəsində əmr icraatı qaydasında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək,1746 manat pulun Borclu tutularaq Kreditor MMC -yə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən, Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinə sadələşdirilmiş qaydada baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsindən imtina edilir. Məcəllənin 279.2.3-ci maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. Belə ki, Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göründüyü kimi, borclunun tələb üzrə göstərilən halları mübahisələndirə biləcəyindən, işə əmr icraatı qaydasında baxılması mümkün deyil. Göstərilən hal iddia icraatı qaydasında araşdırılaraq həll edilə bilər. Belə ki, ərizənin əsaslandığı tələb etmə hüququ barəsində mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, tələb aşkar olmadığından və borclu tərəfindən mübahisə edilə biləcəyindən, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halları müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün deyildir. Odur ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, kreditorun mövcud pul tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə aid olması aşkar olmadığından, buna görə də məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halı müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün olmadığından, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Kreditor MMC-nin Borclu qarşı borcun tutulması barəsində ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditor MMC -yə izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2845/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2845/2021
07.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver