Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2873/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 8 mart 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X2 doğum haqqında akt qeydinin bərpa edilməsi və “ata" qrafasında X16, "ana" qrafasında isə X9 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin Ərizəçi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Ərizəçi 18 avqust 2010-cu il tarixdə X12 ailə həyatı qurmuşdur. X12 24 aprel 1964-cü il tarixdə Ermənistan SSRİ, Ararat rayonunda anadan olmuş və Ermənistan SSRİ, Ararat rayonunda doğum haqqında şəhadətnamə verilmişdir. O, Ermənistan SSRl-dən Azərbaycana gələrkən doğum haqqında şəhadətnaməsi Ermənistan SSRl-də qalmışdır. Hal-hazırda həmin doğum haqqında şəhadətnamənin bərpa edilməsi zərurəti yaranmışdır. Belə ki, Ərizəçi rəhmətə getmiş keçmiş həyat yoldaşı X3 qardaşına məxsus əmlakların bağışlanma yolu ilə onun oğlu X4 verilməsi düşünülür. Lakin, X3 doğum haqqında şəhadətnaməsi olmadığı üçün həmin əmlakların bağışlanma ilə verilməsi qeyri mümkündür. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2021-ci il tarixli 92 nömrəli məktubla ona bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığına görə doğum haqqında şəhadətnamə bərpa edilə bilməz. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsinin izahatını və dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 08801354 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 qardaşı X10 Ermənistan SSRİ, Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 09254881 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 bacısı X5 Ermənistan SSRİ, Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 bacısı X6 Ermənistan SSRİ, Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 02 iyun 1958-ci il tarixdə Noraşen rayonunda anadan olmuşdur. X1, anası X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 24 aprel 1964-cü il tarixdə Ermənistan, Ararat rayonu, Yerasx kəndində anadan olmuş, 08 may 2020-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində vəfat etmişdir. İş materiallarında olan Rusiya Federasiyası Pasportun təsdiq edilmiş surətindən görünür ki, X13 24 aprel 1964-cü il tarixdə Ermənistanda anadan olmuşdur. İş materiallarında olan sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki X13 24 aprel 1964-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Sankt Peterburq şəhərində yaşayır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 24 aprel 1964-cü il tarixdə Ermənistan, Ararat rayonu, Yerasx kəndində anadan olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 mart 2020-ci il tarixdə vəfat etmiş X3 doğum haqqında akt qeydi bərpa edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X17, ana qrafasında X11 qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2873/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2873/2021
04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver