Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2889/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X6, X9 və Uretan döşək üçün 196 (yüz doxsan altı,) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97318 olan Samsung Galaxy A10 markalı telefon üçün 414 (dörd yüz on dörd) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı Mini soba və mikser üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Paltaryuyan üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00884 olan X8 7 markalı telefon üçün 468 (dörd yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, ümumilikdə 2075 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2105 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, X7, X9 və Uretan döşək, İMEİ kodu **********97318 və **********00884 olan Samsung Galaxy A10 və X8 7 markalı telefon, Hoffmann markalı Mini soba və mikser, Hoffmann Paltaryuyan almış və nəticədə 2075 (iki min yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1176 (min yüz yetmiş altı) manat (24 ay x 49 manat + 0 manat ilkin ödəniş) X6, X9 və Uretan döşək üçün ümumilikdə, 196 (yüz doxsan altı) manat olmaqla ondan, 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 462 (dörd yüz altmış iki) manat (20 ay x 23 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********97318 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 476 (dörd yüz yetmiş altı) manat olmaqla ondan, 414 (dörd yüz on dörd) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 270 (iki yüz yetmiş) manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) Hoffmann markalı Mini soba və mikser üçün ümumilikdə, 280 (iki yüz səksən) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) Hoffmann Paltaryuyan üçün ümumilikdə, 550 (beş yüz əlli) manat olmaqla ondan, 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500 (beş yüz) manat (12 ay x 39 manat + 32 manat ilkin ödəniş) İMEİ kodu **********00884 olan X8 7 markalı telefon üçün ümumilikdə, 573 (beş yüz yetmiş üç) manat olmaqla ondan, 468 (dörd yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1485 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00841131 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 1176 manat olan X6, X9 və Uretan döşəyi almış və 24 ay müddətinə ayda 49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00841190 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 462 manat olan Samsung Galaxy A10 markalı telefonu almış və 2 manat ilkin ödəniş etməklə 20 ay müddətinə ayda 23 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00841232 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 270 manat olan Hoffmann markalı Mini soba və mikseri almış və 18 ay müddətinə ayda 15 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00856427 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 900 manat olan HOFFMANN markalı paltaryuyanı almış və 18 ay müddətinə ayda 50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00987196 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 500 manat olan X8 7 markalı telefonu almış və 32 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 39 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən HOFFMANN markalı paltaryuyan, X6, X9 və Uretan döşək, Samsung Galaxy A10 və X8 7 markalı telefon, Hoffmann markalı Mini soba və mikser Cavabdeh təhvil verilmişdir; “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən “xxxxxxxxxxx” MMC-dən HOFFMANN markalı paltaryuyan, X6, X9 və Uretan döşək, Samsung Galaxy A10 və X8 7 markalı telefon, Hoffmann markalı Mini soba və mikser almışdır. Cavabdeh bu günə kimi 1485 manat ödəmiş, xx.xx.2020-ci il tarixə cavabdehin cəmiyyətə 1823 manat məbləğində ödənilməmiş əsas borcu, 252 manat dəbbə pulu borcu, cəmi 2075 manat borcu vardır; “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli məktubuna əsasən onun xx.xx.2019-cu il tarixində mebel dəsti və xx.xx.2019-cu il tarixində “HOFFMANN” markalı, “**********18A245G00008” İMEİ kodlu paltaryuyan almaqla, “xxxxxxxxxxx” MMC ilə arasında müqavilə bağlanmışdır. Müqavilə şərtlərini pozduğuna görə, öz razılığı əsasında mebel dəsti və paltaryuyan geri qaytarılmışdır. Mebel dəsti 882 AZN və paltaryuyan isə 345 AZN dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ 1227 AZN ümumi borcundan silinmiş, qalan borcun ödənilməsi xahiş olunmuşdur; xx xxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 1176 manat olan X6, X9 və Uretan döşək 24 ay müddətinə hər ay 49 manat aylıq ödəniş etməyi, qiyməti 462 manat olan Samsung Galaxy A10 markalı telefonu 2 manat ilkin ödəniş etməklə, 20 ay müddətinə 23 manat aylıq ödəniş etməyi, qiyməti 270 olan Hoffmann markalı Mini soba və mikser 18 ay müddətinə hər ay 15 manat aylıq ödəniş etməyi, qiyməti 900 manat olan HOFFMANN markalı paltaryuyanı 18 ay müddətinə hər ay 50 manat ödəniş etməyi, qiyməti 500 manat olan X8 7 markalı telefonu 32 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə 39 manat aylıq ödəniş etməyi bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə onun 1823 manat məbləğində əsas, 252 manat məbləğində cərimə, cəmi 2075 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə yaranmış cəmi 1823 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 252 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 0 manat, 62 manat, 40 manat, 45 manat və 40 manat məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 0 manat, 62 manat, 40 manat, 45 manat və 40 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu i il tarixli müqavilələr üzrə cəmi 2010 manat (üç min yüz əlli) məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMCnin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 196(yüz doxsan altı)manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə, 414 (dörd yüz on dörd)manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə, 240 (iki yüz qırx)manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə, 468 (dörd yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, cəmi 2010 manat (iki min on) məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2889/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2889/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver