Məhkəmə qərarları › İş №2(005)-2907/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2907/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2907/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət X8rşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət X8rşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1936-cı il təvəllüdlü anası X3 26 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X9 1936-cı il təvəllüdlü olmaqla Bakı şəhəri, Nərimanov rayou, Təbriz küçəsi, ev 116 mənzil 103-də onunla birlikdə yaşamışdır. Anasının 26 aprel 2021-ci il tarixdə vəziyyəti qəfildən pisləşmiş və anası rəhmətə getmişdir.Təcili tibbi yardım gəlmiş və həkimə qədər ölüm qeyd edilmişdir. Anasını Zirə qəbristanlığında dəfn etmişlər. Lakin anasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. 2 saylı Bakı Asan Xidməti X10 tərəfindən ona imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə iclasında şahid X16 ifadəsində ölən şəxsin gəlini olduğunu bildirərək, mərhumun 26 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Zirə qəbristanlığında dəfn edilməsi faktını təsdiqlədi. Məhkəmə iclasında şahid X6 ifadəsində ərizəçinin qardaşı olduğunu bildirərək, mərhumun 26 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini, dəfnində iştirak etdiyini və Zirə qəbristanlığında dəfn edilməsi faktını təsdiqlədi. İşdə olan Bakı şəhəri Nərimanov rayon ZAQS şöbəsi tərəfindən verilmiş 02.04.1977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X7r. İşdə olan Təcili və X12 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 26 aprel 2021-ci il tarixdə həkimə qədər ölmüşdür. İşdə olan Bakı şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsinin 06 may 2021-ci il 65№-li arayışdan görünür ki, mərhum X2 qəbirstanlığında dəfn edilmişdir. 2 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən 30 aprel 2021-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; İşdə olan AZE seriyalı 03530835 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1936-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İşdə olan AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 23..3.1977-ci il tarixdə Bakı şəhəri anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X3 26.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X13 etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü X3 26.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar