Məhkəmə qərarları › İş №2(005)-2976/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2976/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2976/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 10 sentyabr 701 5-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxx 2017-ci il təvəllüdü X3 anadan olmuşdur. Xasiyyətlərinin fərqli olduğu üçün ailəni qoruyub saxlamaq mümkün olmamış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra ananın yanında qalması, uşaq yetkinlik yaşına çatana kimi uşağln saxlanması üçün hər ay cavabehdən 154.0 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi əlavə 30.0 manat ümumilikdə 184.0 manat məbləğin alınıb ona verilməsi müəyyən edilmişdir. Bu il may ayının 15-də övladının 3 yaşı tamam olmuşdur. Elə həmin ay cavabdeh dərhal əlavə ödədiyi 30.0 manat ödənişi dayandırmışdır. Əslində uşağın tam tələbatlarının ödənməsi üçün heç müəyyən olunan ümumi 184.0 manat belə kifayət etmir. Bunun üçün hazırda bazarda olan uşaq tələbatı məhsullarının, elementar tibbi xidmətlərin qiymətlərinə nəzər saldıqda aydın olur. Bunu təbii ki, cavabdeh də bilir, amma təəssüf ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment ödənişi ilə kifayətlənib. Qeyd edir ki, bu müddət ərzində cavabdeh Naxçıvan şəhərində onların ümumi əmlakını kirayə verərək əlavə gəlir əldə etsə də, nə ona, nə də övladına həmin gəlirdən heçnə verməmişdir. Əvvəlki məhkəmə qətnaməsindən artıq 2 il müddət ötmüşdür. Bu müddət ərzində övladı böyümüş, tələbatları və xərcləri də artmışdır. İndiki zamanda təkbaşına uşaq böyütmək, onun bütün maddi məsrəflərini qarşılamaq olduqca çətindir. Əlavə xərclər yarandığı halda isə cavabdeh həmin xərcləri qarşılamır. Hazırda cavabdeh tərəfindən hər ay uşağın saxlanması üçün ödənilən 154.0 manat aliment məbləği kifayət etmir.Qeyd edilənləri nəzərə alaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)- 3110/2018 saylı qətnaməsi əsasında Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı 955882 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 3110/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əliyeva (Məmməd-zadə) Könül Əhəd qızı ilə Cavabdeh arasında 1 saylı Bakı ASAN xidmət mərkəzində xx.xx.2015-ci il tarixdə, 2105 saylı akt qeydi ilə bağlanmış, nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan yəni xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək 30 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ciil tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ciil tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar